Məhkəmə qərarları › İş №2-1(102)-2234/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2234/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2234/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı X1 və vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-595/20 19 saylı qərarından İddiaçı X1 və onun vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olmaqla, 1977-ci ildən əmək fəaliyyətinə başladığını, 1985-ci ildə X4 ilə daxil olduğu rəsmi nikahdan 1986, 1987 və 1990-cı ildə üç uşağının anadan olduğunu, 3 uşaqlı ana kimi xxxx 2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdehin xxxx 2018-ci il tarixli məktubla imtina etdiyini bildirərək, 3 uşaqlı ana kimi xxxx 2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF-nun Bakı şəhəri, Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-2753/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Manaf qızına xxxx 2007-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur (hakim R.Kərimli). Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-595/2019 saylı qərarı ilə (İ.Əhmədov - sədrlik edən və məruzəçi, hakimlər S.Seyidova və V.Məmmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apelyasiya şi kayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı Manaf qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı X1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçı 1977-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmış, 1985-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan üç övladı doğulmuşdur: xxxx 1986-cı il tarixdə X1, xxxx 1987-ci il tarixdə X2 və xxxx 1990-cı il tarixdə X3, üç uşaqlı ana kimi müvafiq pensiya yaşına çatdığından, o, xxxx 2007-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmiş, lakin cavabdeh xxxx 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı X1 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi b arədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlə rin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı Manaf qızının və vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-595/2019 saylı qərarı ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməli, kassasiya şikayəti təmin edilməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş İddiaçı X1 197 7-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmış, əmək kitabçası və arxiv arayışına əsasən o, xxxx 1977-ci il tarixdə köşkdə satıcı vəzifəsinə qəbul olunmuş və xxxx 1983-cü il tarixədək orada işləməklə, 6 il stajı toplamış, 1985-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan üç övladı doğulmuş: xxxx 1986-cı il tarixdə X1, xxxx 1987-ci il tarixdə X2 və xxxx 1990-cı il tarixdə X3, üç uşaqlı ana kimi müvafiq pensiya yaşına çatdığından, o, xxxx 2007-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xxxx 2018-ci il tarixli məktubla iddiaçıya müvafiq pensiyanın təyin edilməsindən imtina etmişdir. İddia tələbini təmin etməyən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, cavabdeh inzibati orqanın imti nasının əsasını iddiaçının qanunvericiliklə müəyyən edilmiş stajının mövcud olmaması təşkil edir, iddiaçının əmək kitabçasının tərtib edilmə vaxtı yazılmamış və əmək kitabçasının müvafiq təşkilatların möhürü ilə təsdiqlənməsi, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmasını müəyyən etmək mümkün deyil, iddiaçı əmək kitabçasının əslinin olmadığını bildirmiş, əmək kitabçası heç bir sənədə əsaslanmamaqla verildiyindən məlum əmək kitabçasının İddiaçı qeyd olunmuş illərdə işləməsini və həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməsini təsdiqləyən sübut kimi qəbulu mümkün deyil, İddiaçı üç uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsi üçün iş və sosial sığorta stajı təsdiq edilmədiyi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı əsas mö vcud deyildir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. İddiaçının xxxx 2010-cu ilədək 51 yaşı olmaqla, üç uşağının olması və onları səkkiz yaşınadək tərbiyə etməsi işin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarıdır. İşin müəyyən edilməli olan digər halı isə iddiaçının sosial sığorta stajının olub-olmamasıdır ki, iddiaçı bununla bağlı əmək kitabçasının surətini, oradakı qeydləri təsdiq edən Beyləqan rayon Dövlət Arxivinin 2013-cü il tarixli, 390 saylı arayışını tədim etmiş, işə apellyasiya qaydasında baxan məhkəmənin sorğusuna cavab olaraq Beyləqan rayon Dövlət Arxivi həmçinin həmin arxiv arayışının verilməsi üçün əsas olmuş sənədlərin surətlərini apellyasiya məhkəməsinə təqdim etmişdir. Beyl əqan rayon Dövlət Arxivinin 2013-cü il tarixli, 390 saylı arayışında isə iddiaçının xxxx 1977-ci ildə Universamın nəzdində olan köşkə satıcı qəbul edidiyi, 22.05.1980-ci ildə gündəlik tələbat mallarına satıcı vəzifəsinə təyin edilərək, xxxx 1983-cü ildən növbəti əmək məzuniyyətinə buraxıldığı qeyd edilmişdir. İş materiallarında həmin arxiv arayışında qeyd edilən faktların həqiqiliyini təkzib edən heç bir mötəbər sübut yoxdur, cavabdeh tərəfindən də bununla bağlı məhkəmələrə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsi nə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 149-cu maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şam il edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya onları bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birli klər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. “Vətəndaşların pensiya təminatı haqqında” xxxx 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirl ər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü bəndinin müddəalarına əsasən, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız for mal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibatı orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlər in və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 8.1-ci maddəsinin xxxx 2010-cu il tarixədək qüvvədə olan tələblərinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qa dınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda, 4 uşağı olanlar - 50 yaşına çatdıqda, 5 uşağı olanlar - 49 yaşına çatdıqda, 6 uşağı olanlar - 48 yaşına çatdıqda, 7 uşağı olanlar47 yaşına çatdıqda, 8 uşağı olanlar-46 yaşına çatdıqda, 9 uşağı olanlar - 45 yaşına çatdıqda, 10və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Həmin maddənin xxxx 2010-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 30.1 -ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 31.1 -ci maddəsinin xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Məcəllənin 37.7-ci maddəsinin xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyası nın məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin maddənin xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə förə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublkasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1- ci maddəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İnzibati Prosessual Məcəlləninin 14.1-ci madəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmay an və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında)iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək, vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati ak tın qəbul edilməsi ilə bağlı olmayan (inzibatı aktın qəbul edilməsinə yönəlməyən)müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı üç uşağını 8 yaşınadək tərbiyə etmiş və 5 il az olmayaraq iş stajı olan qadın (bu, işin mübahisəli hallarına aid deyil) kimi xxxx 2007-ci il tarixdə, yəni xxxx 2010-cu il tarixədək 51 yaşına çatdığından, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmış olur və buna görə də nə vaxt müraciət etməsindən asılı olmayaraq, ona həmin tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən imtina edilməsi qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi, cavabdeh qanunvericiliklə onun üzərinə qoyulmuş xidməti vəzifələrinin icrası üzrə bu müddət ərzində faktiki heç bir tədbir görməmiş, iddiaçıya cavab yazmaqla işini bitmiş sanmış, qərardan verdiyi apellyasiya şikayətində isə konkret sübutlara istinad etmədən, məhkəmənin gəldiyi nəticəni, iddiaçı nın sosial sığorta stajını belə maddi hüquq normaları ilə mübahisələndirmədən qərarın ləğvini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı araşdırmanın davam etdirilməsinə hər hansı zərurət olmadığını nəzərə alan məhkəmə kollegiyası hazırkı işə dair yekun qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)595/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçı İddiaçı X1 xxxx 2007-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmalı, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İP M-nin İPM-nin 91, 96.5 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-595/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X1 xxxx 2007-ci il tarixdən çox uşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulsun. İddiaçının kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar