Məhkəmə qərarları › İş №2-1(102)-2234/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2234/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2234/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(107)-260/N23 nömrəli, 4 may N23cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Xəstəlik haqqında” şəhadətnaməyə əsasən, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə iddiaçının xx.xx.NN-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.

2. Hərbi hissə tərəfindən iddiaçıya verilmiş arayışa görə, həmin arayış ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı verilir ondan ötrü ki, o həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 049 nömrəli əmrinə əsasən 2-ci kəşfiyyat bölüyünün 2- ci kəşfiyyat t ağımının 1-ci kəşfiyyat manqasının komandiri vəzifəsini icra etmişdir. Hal-hazırda ehtiyata buraxılmışdır.

3. İddiaçı, 2-ci kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 1-ci kəşfiyyat manqasının komandiri Azərbaycan Ordusundan tərxis olunduğuna görə xx.xx.NN-ci il tarixdən bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir.

4. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılıb və qeydiyyata durmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilmişdir.

5. İddiaçı xx.xx.N16-cı il tarixdə Tərtər-Qafanlı istiqamətində gedən döyüşlərdə, xx.xx.NN-ci il tarixdə isə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində könüllü iştirak etmişdir.

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq kompensasiya ödənilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, ərizəyə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli, 353 nömrəli əmrindən çıxarışda hərbi hissəyə “hərbi vəzifəli əsgər” qismində cəlb edilmişdir. Cavabdeh iddiaçıya məktubda bildirmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabin etinin 180-24 №-li 23 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Şəki rayonunun Kəhrizoba kəndində anadan olmuşdur. İddiaçı xx.xx.N07-ci ildə hərbi xidmətə getmişdir. İddiaçı xx.xx.N09-cu ildə hərbi xidmət sıralarından ehtiyata buraxılmış, xx.xx.N15-ci il tarixdən 1-ci X1 əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissəyə manqa komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı N16-cı ildə aprel döyüşlərində Tərtər-Qapanlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N16-cı ildə ordu sıralarından təxris olunmuşdur. 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qayıtmışdır. xx.xx.NN-ci ildə "Partlayış travması, döş qəfəsin sol yarısının yumşaq toxumaların əzilməsi" travması almışdır. İlk tibbi yardım olunduqdan sonra N saylı hərbi hissədə ambulator müayinədə olmuşdur. xx.xx.NN-ci ildə ordu sıralarından təxris edilmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-510/N23 nömrəli, 17 yanvar N23-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/N23 nömrəli, 4 may N23-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov/sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, iddiaçı isə ehtiyatda olan əsgər qismində hərbi əməliyyatlara cəlb olunduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiya məhkəm əsi öz hüquqi mövqeyinin əsası kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.N04-cü il tarixli 711-İİQ nömrəli Qanunun 1.1, 1.2, 1.3, 1.4, 6.1, 6.2, 6.3, 14.1, 14.2, N.12-ci, "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust N04-cü il tarixli 104 nömrəli Fərmanının 2.3-cü bəndi və “İnzibati icraat haqqında” Qanunun 24.1, 61.1, 61.2,62.1-ci maddələrinə istinad etmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

17. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar N14-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolu və İnzibati Prosessual Məcəllənin 91 və 96.5-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.N04-cü il tarixli 711-İİQ nömrəli Qanunu: Maddə 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Maddə1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Maddə 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövl ət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və ə ks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqav iləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Maddə 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Maddə N.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 20. "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikas ı Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust N04-cü il tarixli 104 nömrəli Fərmanı: Bənd 2.3. Qanunun N.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktla r göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrin in şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçı kəşfiyyat və ə ks-kəşfiyyat fəaliyyətini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, iddiaçı isə ehtiyatda olan əsgər qismində hərbi əməliyyatlara cəlb olunduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi qanunla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya m əhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/N23 nömrəli, 4 may N23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar