Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2235/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağ sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1310/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "Gəmi Təmirçisi" Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, X5 Bakı şəhəri Hövsan qəsəbəsi "Gəmi Təmirçisi" BYC-nin D4 saylı bağ sahəsinin istifadəçisidir.
2. Hövsan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 61 nömrəli arayışına görə, X2 bağ massivində yerləş ən D-4 saylı bağ sahəsinə dair torpaq vergisini ödəmişdir və hazırda Hövsan Bələdiyyəsinə borcu yoxdur.
3. AZ-İİ 160575 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə görə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********45-05101-093081 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 50.84 kv.m. olan mənzildən ibarətdir. 5. "Gəmi Təmirçisi" Bağçılıq Yoldaşlığının 1997-ci ildə verilən sənədində qeyd olunmuşdur k i, X1 rayonu Hövsan qəsəbəsində yerləşən Bağçılıq Yoldaşlığının üzvüdür, ona ümumi sahəsi 0,05 hektar olan D-4 saylı sahə ayrılmışdır.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli **********95 nömrəli məktubunda bildirmişdir ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının Suraxanı rayonu Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar olunmamışdır.
7. İddiaçı bağ sahəsinin mərhum anasına məxsus olmasına dair arayış verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək, xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı mərhum X3 adına “Gəmi Təmirçisi" bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhər Suraxanı rayonu Hövsan b ağ massivi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi olan D4 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində yerləşən D-4 nömrəli bağ sahəsinin mərhum X4 məxsus olması barədə arayışın ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8136/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İşin faktiki hallarından göründü yü kimi, iddiaçı tərəfindən mərhum X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinin üzərində hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının, üzərində mərhum anası X3 mülkiyyət hüququnun tanınması və bu haqda arayış verilməsini istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən D-4 saylı bağ sahəsinə dair qanunvericilikdə göstərilən sənədlər mövcud deyil. Beləki iddiaçı tərəfindən bağ sahəsinin mərhum anasına ayrılmasına dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və ya üzvlərin iclasının protokolundan çıxarışını təqdim etməmiş, bu sənədlər cavabdehin arxivində saxlanılan “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına dair 343 nömrəli arxiv qovluğunda da aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının arxiv sənədlərində saxlanılan bağçılıq yoldaşlığının üzvlərin siyahısında X3 adı aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş “üzvlük bileti” və “nizamnamədən çıxarışı”na gəldikdə isə qeyd olunmalıdır ki, bu sənədlər qanun tələblərinə cavab vermədiyi üçün mötəbər sübutlar deyil və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd sayılmır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1310/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Oruczadə və R.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid sənədlər toplusunun (arxiv qovluğunun) məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tələb olunan arxiv qovluğu təqdim olunmuşdur. Adı çəkilən arxiv qovluğuna baxış keçirilən zamanı müəyyən olundu ki, həmin qovluqda “Xəzərdənizgəmitəmir” İB-nin sənədləri arasında bağçılıq yoldaşlığa qəbul edilmək istəyən işçilərin siyahıları mövcuddur, hansı ki belə siyahılar cəmi 3 ədəd olmuşdur. Həmin siyahılara baxış keçirilərkən iddiaçının mərhum anası Nərgiz Məmmədo vanın (hətta iddiaçının dediyi kimi mərhumun ata soyadı “Səfərova” ilə də axtarılarkən) adı aşkarlanmadı. Bundan əlavə cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdi ki, 2017-ci ildə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “Gəmi təmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyətinin sədri X9 xx.xx.2020-ci il tarixdə etdiyi müraciət məktubuna əlavə etdiyi bağçılıq yoldaşlığının 64 nəfər üzvlərinin siyahısında da iddiaçının mərhum anası Nərgiz Məmmədovanın adı olmamışdır. Həmin sənədlərə baxış keçirilərkən həmin fakt öz təsdiqini tapmışdır.... İşin hallarından görünür ki, iddiaçı inzibati aktın qəbulunu zəruri edən halların mövcudluğunu sübut edə bilmir, formal mülahizələrə əsasən və arxivdə aşkarlanmayan sənəd (may 1997-ci ilin sənədi, bələdiyyənin torpaq vergisi ödənilməsi barədə arayışı, “Gəmi təmirçi” Bağçılıq Cəmiyyətinin sədri tərəfindən 2021-ci ildə verilmiş arayış) əsasında mövcud bağ sahəsinin mərhum anasına məxsusluğuna dair arayışın verilməsini tələb edir. Halbuki belə növdə arayışın verilməsi üçün qanunla müəyyən edilmiş sənədlər iddiaçı tərəfindən təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı isə qanunvericilikdə nəzərdə tutulmuş həmin sənədlərin -bağ sahəsinin icarəsi ilə bağlı mərhumla bağlanmış müqavilə, onun bağçılığa üzvlük kitabçası, adının “Xəzərdənizgəmitəmir” İB-nin bağçılıq yoldaşlıq birliyindən bağ sahəsi verilən işçilərin adlı siyahısında olmasını təsdiq edən sənəd (siyahı), mərhumun “Xəzərdənizgəmitəmir” BİB-nin işçisi olmasını təsdiq edən hər hansı sənəd (əmək kitabçası) ümumiyyətlə mövcud olmadığı müəyyən olunmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
14. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qanunvericilikdə göstərilən sənədlərin mövcud olmadığını bildirsə də, "Gəmi Təmirçisi" Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin 1997-ci il tarixli üzvlük bileti, "Xəzər dəniz gəmi təmiri" BİB-nin fəhlə və qulluqçularının bağçılıq cəmiyyətinin Nizamnaməsindən xx.xx.2021-ci il tarixli çıxarış, "Gəmi Təmirçisi" Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin xx.xx.2021-ci il tarixli arayışı, Hövsan Bələdiyyəsinin APE 002266 nömrəli xx.xx.2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzinə hər hansı bir münasibət bildirm əyib. Məhkəmə hesab edib ki, iddiaçının təqdim etdiyi "üzvlük bileti" və "Nizamnamədən çıxarış" qanunun tələblərinə cavab vermədiyi üçün mötəbər sübutlar deyil və daşınmaz əmlaka dair hüquq müəyyənedici sənəd sayılmır. Ancaq məhkəmə hansı səbəbdən həmin sənədlərin mötəbər sübutlar olmadığını və daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər sayılmadığını qərarda əsaslandırmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini t əmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 20 07-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiy yət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıl arının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclası nda baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixl i Qərarı: “Torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub- olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü
22. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
23. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydas ı
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı i nstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum qalmır.
28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ilk dəlili əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinə əsas şərt kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə, mötəbərlik əhəmiyyəti qazanırdı. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya həmin icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərt idi. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, mülkiyyətçiyə məxsus müstəsna hüquqlardan qanunsuz istifadə qaydasında torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaran masına əsas təşkil edə bilməz.
29. Aşağı instansiya məhkəmələri tərəfindən arxiv qovluğu tələb olunmuş və qovluğa baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, həmin qovluqda bağçılıq-yoldaşlığa qəbul edilmək istənən işçilərin 3 ədəd siyahısı mövcuddur, həmin siyahılarda isə iddiaçının mərhum anası Nərgiz Məmmədovanın (hətta iddiaçının dediyi kimi mərhumun ata soyadı “Səfərova” ilə də axtarılarkən) adı aşkarlanmamışdır.
30. Şikayətin digər dəlili də əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan hallardan (1. icarə müqavilələri; 2. sərəncamlar; 3. orderlər; 4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş: 4.1. üzvlük kitabçası və ya 4.2. üzvlərin iclasının protokolundan çıxarış) başqa hər hansı biri (bağçılıq cəmiyyətinin nizamnaməsindən çıxarış, bağçılıqyoldaşlıq cəmiyyətinin arayışı, bələdiyyənin vergi qəbzi və sair) hazırkı iddianın əsaslı sayılması üçün mötəbər əhəmiyyətə malik hal kimi çıxış edə bilmir.
31. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1310/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarix li qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.