Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2236/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2236/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Açar sözlər: əlilliyin müəyyən edilməsi, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-733/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyin səbəbəlaqəsinin dəyişdirilməsi və müddətsiz hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar 1-ci qrup əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1996-cı il tarixdən 2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verilmişdir. Həmin qərar əsasında cavabdeh tərəfindən ona əlillik təyin olunmuşdur. Səhhətində yaranmış problemlərlə əlaqədar 01 avqust 2018-ci il tarixdən 20 avqust 2018-ci il tarixədək Ş.Abdullayev adına X1 müalicə olunmuş, sonda ona qan dövranının üçüncü-dördüncü dərəcəli xroniki çatışmazlığı diqanozu qoyulmuşdur. Bundan sonra, iddiaçı onun əlilliyinin səbəb-əlaqəsinin dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə yenidən qiymətləndirmənin aparılması üçün onun iştirakının zəruri olduğunu bildirməklə imtina etmişdir. İddiaçı hesab etmişdir ki, ona 2014-cü il tarixdə əlill ik təyin edildiyindən səbəbəlaqənin dəyişdirilməsi üçün təkrar qiymətləndirilmənin aparılması zəruri deyildir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə münasibətini təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının son müayinəsi 12 oktyabr 2015-ci il tarixdə baş tutmuşdur ki, həmin vaxt nə tibbi sənədlər, nə də ki xəstənin obyektiv vəziyyəti birinci dərəcə əlilliyin təyin edilməsinə əsas verməmişdir. Son müayinədən sonra iddiaçının səhhətində ağırlaşmalar yaranmışsa, səhiyyə müəssisəsinin yeni göndərişi əsasında əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 446 saylı qərarına uyğun olaraq qiymətləndirilməklə müvafiq qərar verilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)4088/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə müvafiq olaraq onun əlillik vəziyyətini müəyyən edən səhiyyə müəssisəsinin göndərişi əsasında, onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməsi üçün müraciət etmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Həmin qərardan iddiaçı apellya siya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-733/2019 saylı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.1, 1.4, 1.5, 4.1, 4.2, 4.8, 4.9,4.9-1, 4.9 -2, 5.4, 5.5-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan iddiaçının malik olduğu hüquq və vəzifələr barədə ona izah etməli olduğu halda bunu etməmişdir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.1, 20.2, 23.1-ci maddələrinə və Azərbaycan Respublikası Naizirlə Kabinetinin 05 fevral 201 6-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.1, 4.2, 4.9, 4.9-1-ci bəndlərinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübu tlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 31 oktyabr 2013-cü il tarixli, 2732 saylı xəstəlik şəhadətnaməsi ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” olmaqla hərbi xidmətdən təxris edilmişdir. iddiaçı hərbi xidmətdən “anadangəlmə ürək qüsuru: qulaqcıqlararası çəpərin defekti. İ (birinci) funksional sinif ürək çatmamazlığı, xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” diaqnozlu xəstəliklə təxris olunmuşdur. Həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir. İddiaçı 12 fevral 2014-cü il tarixdə 22 nömrəli TSEK-də ilkin müayinə edilmiş və “anadangəlmə ürək qüsuru qulaqcıqlararası çəpərin defekti, ürək ritminin pozulması, ekstrasistolik aritmiya. Ürək çatmamazlığı İİ mərhələ” diaqnozu ilə ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Göstərilən diaqnoza əsasən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 822 saylı, 13 avqust 2015-ci il tarixli qərarı və Laçın Rayon Mərkəzi Xəstəxanasının 0280003AACAH saylı göndərişi ilə 12 oktyabr 2015-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Re abilitasiya Xidmətində əyani müayinə olunmuşdur. MHHK-nın 13 avqust 2015-ci il tarixli 822 saylı qərarında şəxsin 2008-ci ildə aldığı “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. 12 oktyabr 2015-ci il tarixdə xəstəyə “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Postkontuzion sindrom, tez-tez təkrarlan simpafoadrenergik paroksizlərlə xoşxassəli paroksizmal başgicəllənmə. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar” diaqnozu ilə “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9. bəndinə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. 12 oktyabr 2016-cı il tarixdə iddiaçının ikinci dərəcə əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq “Əlillik Altsistemi” tərəfindən beş il müddətinə uzadılmışdır. İddiaçı Ş.Abdullayev adına X2 01 avqust 2018-ci ildən 20 avqust 2018-ci il tarixədək müalicə olunmuş, buna dair ona ambulator kitabçadan çıxarış verilmiş, lakin iddiaçı Azərbaycan Respublikasının “Tibbi-Sosial Ekspert Komissiyal arı haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə müvafiq olaraq onun əlillik vəziyyətini müəyyən edən səhiyyə müəssisəsinin göndərişi əsasındaiştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməsi üçün müraciət etməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respub likası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, məsələ hər hansı bir qaydada mübahisələndirilməmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Tələblə iddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi və müddətsiz hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar 1-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə görə isə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəməd ə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsi isə inzibati mübahisələrin məhkəmə aidiyyətini müəyyən etmişdir. Tələb üzrə iddia növü müəyyən olunarkən, məhkəmə kollegiyası hesab edir ki, iddia məcburetmə haqqında iddiaya aiddir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddələrin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqdan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyy ətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstəriş əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi- sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqd a, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəf indən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil etməlidir. Hərbi-həkim ekspertizasının verdiyi göndərişi e lektron sənəd formasında daxil etmək mümkün olmadığı hallarda, göndəriş kağız formasında hazırlanmaqla hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilməlidir. Göndəriş elektron qaydada rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X6 (TSERAS) ötürülür. Əlillik dərəcəsinin ağırlaşması ilə bağlı TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları TSERAS-a daxil etməli, TSERAS tərəfindən bu məlumatlar Xidmətə ötürülməlidir. Xidmət TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir və TSERAS-a daxil edir. Maddələrin tələblərinin iddiaçının bildirdiyi hallara münasibətdə tətbiqi onunla bağlıdır ki, iddiaçıya aid hərbi-həkim ekspertizasının qə rarı və onun əlilliyin yenidən qiymətləndirilməsi üçün həmin hərbi-həkim ekspertizasının tərtib etdiyi göndəriş bir halda ya elektron formada, bu mümkün olmadıda isə kağız formasında TSEK-a təqdim olunmalıdır. Müvafiq olaraq əlillik dərəcəsinin ağırlaşması ilə bağlı məsələ qalxdığından, həmin sənədlər TSEK tərəfindən Xidmətə ötürülməlidir ki, sonuncunun qərarın qəbul olunması mümkün olsun. Lakin iddiaçı tərəfindən əlilliyin müəyyən edilməsi üçün bu prosedur qaydalara əməl edilməmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı məktubdan, məhkəməyə təqdim etdiyi etirazdan göründüyü kimi, inzibati orqan iddiaçının arzuladığı hüquqi nəticəyə dair hər hansı bir inzibati qərarın qəbul edilməsindən imtina etməmişdir. Cavabdehin ifadə etdiyi mövqeyi müvafiq sənədlərin (səhiyyə müəssisəsinin göndə rişinin və s.) təqdim edilməməsi əsası ilə iddiaçının əlilliyin müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və təqdim olunduğu halda, məsələyə baxılacağı qeyd edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtləri kimi iddiaçı o halda hüquqlarının pozulmasına əsasla bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarxili, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda göstərilmiş istinadlara uyğun olaraq qeyd edir ki, apellyasiya məhkəməsinin hüquqi qiymətləndirməsi düzgün olsa da, lakin nəticəvi hissə iddianın əsaslılığı kimi verilmişdir. Fərqli nəticələrin əhəmiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun un qeyd edilmiş qərarında aşağıdakı kimi ifadə olunmuşdur: 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayıl mamalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi mümkün hesab edilməməlidir. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, yuxarıda istina d edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi üçün hərbi-həkim ekspertizası tərəfindən müvafiq göndərişin TSEK-a təqim edilməsi üçün iddiaçı hərbi-həkim ekspertizasına müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-733/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi və müddətsiz hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar 1-ci qrup əlilliyin təyin edilməsi barədə iddia tələbi mümkün sayılmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakim
Məhkəmə qərarları › İş №2-1(102)-2236/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2236/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver