Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2236/2020 15.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “imtinanın əsassız hesab edilməsi və Azərbaycan Respublikası vətəndaşlığının alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il ta rixli, 2-1(103)-683/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi və Azərbaycanda qanuni əsaslarla fasiləsiz olaraq 5 il yaşamağını nəzərə alaraq Azərbaycan Respublikası vətəndaşlığının alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Ş.Ə.Süley manova) iddianın rədd edilməsi qərara alınmışdır.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-683/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.Ə.Baxışova) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3858/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
6. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-683/2020 nömrəli qərarından x x.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, TƏRƏFLƏRİN İZAHATLARİ a) Kassasiya şikayətinin mümkünlüyü
7. İddiaçı məhkəmə qərarını xx.xx.2020-ci il tarixində almış, kassasiya şikayətini isə xx.xx.2020-ci il tarixində vermiş, bununla da kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
9. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
10. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
13. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
14. H əmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Hazırkı qərarın 5-7-ci bəndlərindən göründüyü kimi, iddiaçı kassasiya şikayəti vermə müddətini ötürmüşdür.
17. Bununla bağlı iddiaçıya məhkəmə tərəfində n xx.xx.2020-ci il tarixində bildiriş göndərilmiş, bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək (xx.xx.2020-ci il saat 10:50) göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi iddiaçıya tövsiyə olunmuş, əks halda iddiaçının kassasiya şikayətinin mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
18. Həmin müddət ərzində iddiaçı prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün kassasiya şikayəti mümkün sayılmamalıdır.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-683/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.