Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2237/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Xəqani Məmmədov, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı xx.xx.1957-ci il doğum tarixli iddiaçının 1983-cü ildən 1997-ci il tarixinə qədər işlədiyi dövr onun sığorta stajı hesab olunmaqla 10.05.2017-ci il tarixdən 60 yaşdan yaşa görə əmək pen siyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-669/2019 saylı iş üzrə 10.04.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.1957-ci il doğum tarixli iddiaçının 1983-cü ildən 1997-ci il tarixinə qədər işlədiyi dövr onun sığorta stajı hesab olunmaqla 10.05.2017-ci il tarixdən 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10.05.2017-ci il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəyə əsasən cavabdeh təşkilatın 13/01-1722 saylı 15.05.2017-ci il tarixli cavab məktubunda bildirilmişdi r ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi 10.05.2017-ci il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəyə əsasən bildirmişdir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən qadınlar 60 yaşına çatdıqda azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. Həmçinin həmin məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən ed ildiyindən, təqdim edilmiş 129 saylı, 11.04.2017-ci il tarixli arayışda qeyd edilən dövrlərin sığorta stajı hesablanarkən nəzərə alınması qaydalara ziddir. Birinci instansiya məhkəməsinin 21.11.2018-ci il tarixli iş № 2-1(82)-3968/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 21.11.2018-ci il tarixli qərarının ləğv edilməsibarədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.04.2019-cu il tarixli iş № 2-1(103)-669/2019 (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 21.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin şikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanunsuz hesab edilərək ləğv olunmalıdır. Vətəndaş İddiaçı tərəfindən təqdim edilmiş 11.04.2017-ci il tarixli, 129 saylı arayışda qeyd edilən dövrlərin sığorta stajı hesablanarkən nəzərə alınması qanuna ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-669/2019 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasınagəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şi kayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin şikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanunsuz hesab edilərək ləğv olunmalıdır. Vətəndaş İddiaçı tərəfindən təqdim edilmiş 11.04.2017ci il tarixli, 129 saylı arayışda qeyd edilən dövrlərin sığorta stajı hesablanarkən nəzərə alınması qanuna ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 01.06.1983-cü il 100 saylı əmr ilə tabelçi təyin olunmuş, 02.11.1987-ci il 107 saylı əmr ilə işdən azad olunmuşdur, Qazax rayon Dövlət Arxivində 41 saylı fondda mühafizə edilən Vaqif sovxozunun əmr kitablarında 12.01.1988-ci il 7 saylı əmr ilə sovxoza fəhlə təyin olunmuş, 22.04.1988-ci il 32 saylı əmr ilə mühasibat şöbəsinə hesablayıcı təyin olunmuşdur. 21.12.1997-ci il 75 saylı əmr ilə islahatla əlaqəli işdən azad olunmuşdur. 01.07.2017-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hiss əsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il (10) il sığorta stajı olduqda ( bu Qanunun qüvvəyə mindiyi günədə k yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası “Əmək pensiyaları ha qqında” Qanununun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. İddiaçının 01.06.1983-cü ildən - 02.11.1987-ci ilə kimi, 12.01.1988-ci ildən - 21.12.1997-ci il tarixinə kimi əmək fəaliyyəti ilə məşğul olması işdə olan arxiv arayışı ilə təsdiq olunduğundan, bu məsələnin məhkəmə qaydasında müəyyən edilməsinə zərurət qalmır və iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona pensiya təyin edilməsindən cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyal arı haqqında” Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Halbuki cavabdeh inzibati orqan qeyd olunmuş normanı nəzərə almamış və iddiaçıya qanunsuz və əsassız olaraq imtina verərək pensi ya təyin etməkdən imtina etmişdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinin tələblərinə görə inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfl i, tam və obyektiv araşdırmağa borcludur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18.02.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 10.04.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2019-cu il tarixli 21(103)-669/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2237/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2237/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver