Məhkəmə qərarları › İş №2-1(102)-2237/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2237/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2237/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(102)1748/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işi nəzərdən keçirərək aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-9849/2022 nömrəli qərarı ilə iddia rədd edilm işdir.

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və A.P.Oruczadə) 16 may 2023-cü il tarixli, 21(102)-1748/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(112)-9849/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(102)-1748/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı ə rizə təqdim edərək kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, cavabdehin kassasiya şikayətini geri götürməsinə dair yazılı ərizəsi təmin edilməli, onun şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.

9. Belə ki, Azərbaycan R espublikası İPM-nin 97.1-ci maddəsinə əsasən Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vardır.

10. Kassasiya şikayəti vermiş şəxsin kassasiya şikayətini geri götürməsi kassasiya icraatına xitam verilməsi kimi prosessual nəticə törədir.

9. Kassatorun kassasiya şikayətini geri götürməsi barədə ərizəsinin rədd edilməsi üçün əsaslar müəyyən edilmir.

10. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(102)-1748/2023 nömrəli qərarından verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar