Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2237/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı iş üzrə QƏRARİ Açar sözlər: qismən ödənişli sosial məzuniyyətlə bağlı işsizlikdən sığorta ödənişinin təyin edilməsi əsası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı “işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2-1(104)-96/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göygöl rayon Təhsil Sektoru Xasabağ kənd ümumi orta məktəbi üzrə xx.xx.2021ci il tarixli, 42 nömrəli əmri ilə Xasabağ kənd ümumi orta məktəbinin kitabxanaçısı İddiaçı 3 yaşa çatmamış uşağı olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixədək, yəni uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdə hesab edilmişdir.
2. Göygöl rayon Təhsil Sektoru Xasabağ kənd ümumi orta məktəbi üzrə xx.xx.2021ci il tarixli, 44 nömrəli əmrlə Xasabağ kənd ümumi orta məktəbində sinif komplektləri bağlandığı üçün kitabxanaçı ştat vahidi ixtisar edilmişdir.
3. Göygöl rayon Xasabağ ümumi orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 73 nömrəli əmr ilə İddiaçı – məktəbin kitabxanaçısı xx.xx.2021-ci il tarixdə məktəbin sinif komplektlərinin sayının azalması nəticəsində kitabxanaçı ştatının ixtisarı zərurəti yarandığına və həmin müddətdə qismən ödənilən analıq məzuniyyətində olduğuna, məzuniyyət müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığına görə onunla bağlanmış Əmək Müqaviləsinə 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsi ləğv edilmiş işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əmək haqqı məbləğində işdənçıxarma müavinəti ödənilmişdir.
4. İddiaçı X3 məxsus 181311 nömrəli əmək kitabças ına əsasən müəyyən olunur ki, onun sonuncu iş yeri üzrə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir.
5. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X1 Filialına müraciət edərək işsizlikdən sığorta ödənişinin təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X1 Filialı xx.xx.2023-cü il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqı nda” Qanunun 33.1.2-ci və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sözügedən Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində işsizlikdən sığorta ödənişinin təyin edilməsi həyata keçirilir. Tələb olunan sığorta stajına malik olmadığı üçün iddiaçıya qanunvericiliyə uyğun işsizlikdən sığorta stajının təyin edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, X14 Kollecinin ibtidai sinif müəlliməliyi ixtisasını bitirmiş, Göygöl rayon Xasabağ kənd əsas orta məktəbinin direktorunun xx.xx.2006-cı il tarixli, 33 nömrəli əmri ilə həmin məktəbin kitabxanaçı vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətinə çıxdıqdan 29 gün sonra, yəni xx.xx.2021-ci il t arixdə onun vəzifəsi ixtisara düşmüşdür. Analıq məzuniyyətində olduğu üçün ixtisar olunduğu gün deyil, analıq məzuniyyətinin bitdiyi gün (xx.xx.2023-cü il tarixdə) onu tutduğu vəzifədən azad etmişlər. O, vəzifədən azad edildikdən sonra qeydiyyatda olduğu məşğulluq mərkəzinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. Cavabdeh orqanın imtinasına səbəb kimi guya onun sığorta hadisəsi baş verdiyi andan əvvəlki 24 ayın 12 təqvim ayından az sığorta stajının olması göstərilmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək iddia tələbinin “işləmədiyi 3 ay 9 gün üçün işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyul ması” kimi qəbul edilməsini məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(114)-1442/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş tələb inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü tarixli, 2- 1(114)-1442/2024 saylı qərarı ilə (hakim X13) iddianın təmin edilməsi, İddiaçı işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.2-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna işçil ərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər. Müddətli əmək müqaviləsi üzrə şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququnun yaranması üçün sığorta hadisəsi qismində sözügedən müddətli əmək müqaviləsinin müddətinin bitməsi qanunvericilik baxımından tanınmaqdadır. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 181311 nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox əmək münasibətlərind ə olmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-96/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X12 (məruzəçi), X4 və X6) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-1442/2024 saylı qərarı qismən dəyişdirilmiş, İddiaçı 3 ay 9 gün üçün işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 üzərinə qoyulmuşdur.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanunlar ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir.
16. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona işləmədiyi 3 ay 9 gün üçün işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə ərizəni icraata qəbul etsə də, məhkəmə qərarının nəticə hissəsində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədəki xüsuslar nəzərə alınmadan qərar qəbul edilmişdir.
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində “İşsizlikdən sığorta haqqında” Qanun 2, 11, 13-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
19. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki 24 ay ərzində iddiaçının xeyrinə işsizlikdən sığorta məqsədləri üçün sığorta haqqı ödənilmədiyi üçün qeyd edilən müddət sığorta stajı sayıla bilməz. Belə ki, iddiaçı ilə əlaqədar sığorta hadisəsi (əmək müqaviləsinin Məcəl lənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi) 23 oktyabr 2023-cü il tarixində baş vermişdir. Sığorta stajının müəyyən olunması üçün qeyd edilən tarixdən geriyə doğru 24 aylıq təqvim müddəti (23 oktyabr 2023-cü il – 23 oktyabr 2021-ci il arasında olan müddət aralığı üzrə) araşdırılan zaman həmin müddət aralığında ümumiyyətlə iddiaçının lehinə işsizlikdən sığorta haqqı ödənilmədiyi, dolayısı ilə qeyd edilən müddətə münasibətdə sığorta stajının olmadığı müəyyən olunmuşdur.
20. İşə baxan məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməmiş, iddiaçının sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ayda sığorta stajı olmadığı üçün ona işsizlikdən sığorta ödənişinin təyin edilməsinin mümkün olmadığına baxmayaraq, iddiaçının sosial məzuniyyətdə olduğu müddətin qanunvericiliy ə əsasən onun sığorta stajına daxil edildiyini qeyd etmiş, lakin konkret hansı qanunvericilik aktına əsasən hesab edildiyini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. İşsizlikdən sığortanın məqsədi və əhatə dairəsi 1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. M addə
2. Əsas anlayışlar 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;... 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; Maddə
11. Sığorta stajının hesablanması 11.0. Bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir: 11.0.1. bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət; 11.0.2. bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət. Maddə
13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-c i hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanm ayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:... məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; 24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər:... 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; Maddə
7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinət lər aşağıdakı hallarda təyin edilir:... 7.0.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda; Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:... 9.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniy yətə çıxdığı gündən məzuniyyət müddətinə; Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları 10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hal larının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
32. Əvvəlcə işin hallarına iş materiallarında olan sənədlər əsasında nəzər yetirilməsi zəruridir. Həmin sənədlər əsasında müəyyən edilir ki, İddiaçı Göygöl rayon Xasabağ kənd orta məktəbinin kitabxanaçısı işləmiş, xx.xx.2021-ci il tarixdə uşağının üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Sosial məzuniyyətinə çıxdıqdan sonra onun vəzifəsi ixtisara düşmüşdür. Sosial məzuniyyətində olduğu üçün o vəzifəsinin ixtisar olunduğu gün deyil, məzuniyyətinin bitdiyi gün (xx.xx.2023-cü il tarixdə) tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı ona işsizlikdən sosial sığorta ödənişinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya bildirmişdir ki, onun tələb olunan sığorta stajı mövcud olmadığından müraciəti əsassızdır.
33. Hazırkı halda iddiaçının hüquqi marağı 3 ay 9 gün üçün işsizlikdən sığorta ödənişinin təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaçının mövqeyini və iş üzrə məhkəmələr tərəfindən gəlinmiş nəticəni əsassız hesab edərək bildirir ki, “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sözügedən Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödəniş i məbləğində işsizlikdən sığorta ödənişinin təyin edilməsi həyata keçirilir. İddiaçıya münasibətdə bu şərtlər ödənilmədiyindən onun iddia tələbi təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası cavabdehin mövqeyini qüvvədə olan qanunvericilik normalarına zidd hesab edərək gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
35. Əvvəla müəyyən edilməli hal işçi ilə işəgötürən arasında əmək münasibətlərinin olması faktıdır.
36. Əmək Məcəlləsinin 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyas ının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək münasibətləri işəgötürənlə işçi arasında əmək müqaviləsi əsasında yaranır və bu münasibətlər tərəflər arasında bağlanmış müqavilə ləğv edilənədək davam edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı qismən sosial məzuniyyətdə olduğu dövrdə işəgötürənlə arasında əmək münasibətləri davam etmiş, Əmək Məcəlləsinin 9-cu maddəsində təsbit edilən digər hüquqlarla yanaşı işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq hüququna malik olmuşdur.
38. Eyni zamanda qeyd edilməlidir ki, əmək qanunvericiliyində müxtəlif məzuniyyət növləri nəzərdə tutulmuşdur ki, onlardan biri də sosial məzuniyyətdir. Digər məzuniyyət növləri kimi bu məzuniyyət zamanı işçinin iş yeri, vəzifəsi (peşəsi), Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, eləcə də işçi kimi qanunla verilmiş hüquqları tam təmin edilir.
39. İşsizlikdən sığorta olunmaq hüququ da işçiyə dövlət tərəfindən verilmiş hüquqdur və şəxsin məzuniyyətdə (o cümlədən qismən ödənişli sosial məzuniyyət) olması bu hüquqların ləğvi və ya hər hansı bir formada məhdudlaşdırılması üçün əsas sayılan hal deyildir.
40. Beləliklə, yuxarıda qeyd edilən halları və qanunvericiliyin normalarını ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, şəxsin sosial məzuniyyətdən qayıtdıqdan sonra ştatının ləğvi əsası ilə əmək müqaviləsinə (əmək münasibətlərinə) xitam verildikdə onun digər hüquqları ilə yanaşı işsizlikdən sığorta olunmaq hüququ da yaranmış olur.
41. Heç təsadüfi deyil ki, işçilərin ştatının ixtisar edilməsilə bağlı sığorta hadisəsinin baş verməsi və bu əsasla sığorta ödənişinin ödənilməsinin zəruriliyi “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci maddəsində əksini tapmışdır.
42. İddiaçıya münasibətdə işsizlikdən sığorta haqqı ödəməsi üçün onun işdən azad olunan vaxt son 24 ay müddətində 12 ay ərzində həm də məcburi dövlət sığorta haqqı ödəmiş olması şərtdir. Bu hal təsdiq olunduqda işsizlikdən s ığorta üzrə tələb hüququ yaranmış olur.
43. Cavabdehin dəlillərinə görə İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki 24 ay ərzində iddiaçının xeyrinə işsizlikdən sığorta məqsədləri üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən qeyd edilən müddət sığorta stajı sayıla bilməz. Belə ki, iddiaçı ilə əlaqədar sığorta hadisəsi (əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi) 23 oktyabr 2023-cü il tarixində baş vermişdir. Sığorta stajının müəyyən olunması üçün qeyd edilən tarixdən geriyə doğru 24 aylıq təqvim müddəti (23 oktyabr 2023-cü il – 23 oktyabr 2021-ci il arasında olan müddət aralığı üzrə) araşdırılan zaman həmin müddət aralığında ümumiyyətlə iddiaçının adına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi, nəticədə sığorta staj ının olmadığı müəyyən olunmuşdur.
44. Şikayətin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə o, işəgötürənlə əmək münasibətlərində olduğundan Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normalarına görə bu müddət onun sığorta stajına daxildir. 45. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğindən, dövlət müavinətlərindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır və “Sosial müavinətlər haqqında” Qanunun 10-1.1-ci maddəsinə görə müavinətlər tam məbləğdə ödənilir. Yəni qanunvericiliyin tələbinə görə iddiaçıya ödənilmiş qismən ödənişli sosial məzuniyyət məbləğindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Hazırkı halda iddiaçı ilə bağlı işsizlikdən sığorta hadisəsi baş verərkən sığorta hadisəsinə qədər ona qismən ödənişli sosial məzuniyyət haqqı ödənilmiş və qanuna müvafiq olaraq həmin ödənişdən məcburi dövlət sosial sığorta haqqı tutulmamışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olduğundan, sosial məzuniyyətdə olduğu müddətdə ona ödəniş edildiyindən, həmin ödənişdən məcburi dövlət sosial sığorta haqqının tutulması birbaşa qanunla qadağan olunduğundan sosial məzuniyyətdə olan dövrün “İşsizlikdən sığorta haqqında” Qanunun məqsədləri üçün sığorta stajı kimi hesablanmasının qeyri mümkünlüyü barədə cavabdehin dəlilləri əsaslı olmamışdır.
47. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə işsizlikdən sığorta ödənişinin ödənilməsini tələb edən iddiaçı qadındır və körpə uşağa qulluq etməsi məqsədi ilə qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək qismən sosial məzuniyyətə çıxmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, uşağa qulluqla bağlı məzuniyyət konstitusiyon hüquqdur. Belə ki, Konstitusiyanın 34-cü maddəsinə təsbit edilmişdir ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
48. Bir məqama da diqqət yetirmək lazımdır ki, Azərbaycan Respublikası sosial yönümlü siyasət həyata keçirir. Sosial siyasətin əsas məqsədi vətəndaşların sosial müdafiəsini həyata keçirməkdən, yəni şəxsiyyətin sərbəst inkişafını və layiqli həyat səviyyəsini təmin edən şərait yaratmaqdan, təhsil, əmək, sağlamlığın qorunması, sosial müdafiə və digər sahələrdə sosial proqramları reallaşdırmaqdan, ailəni himayə etməkdən ibarətdir. Dövlət öz üzərinə sosial xarakterli öhdəliklər götürür, vətəndaşların əmək və sağlamlıqlarını qoruyur, təhsilin, mədəniyyətin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir. Bu baxımdan Azərbaycan dövləti sosial dövlət hesab edilir. Dövlətin sosial əsasları dedikdə, ailə, təhsil, səhiyyə, elm, dil və digər məsələlər başa düşülür. Ailə cəmiyyətin əsas özəyidir. Buna görə də o, dövlət tərəfindən xüsusi olaraq himayə olunur. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Analıq, atalıq və uşaqlıq qanunla qorunur.
49. Məhz yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, heç də təsadüfi hal deyil ki, qanunverici qismən sosial məzuniyyətdə olan şəxsin gəlirlərindən məcburi dövlət sosial sı ğorta haqqının tutulmasını istisna edir. Qismən sosial məzuniyyətin əsas məqsədi və bu zaman ödənilən məbləğin təyinatı körpəyə qulluq və ona zəruri qayğının göstərilməsi üçün nəzərdə tutulmuşdur.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 21(104)-96/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.