Məhkəmə qərarları › İş №2-1(102)-2238/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2238/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2238/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Araz Hüsiyevin və vəkili Elmira Hüseynovanıniştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 aprel 2019-cu il tarixli, 21(103)-1018/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin t əsisçiləri adından İddiaçı1, X1, İddiaçı4, İddiaçı5 və İddiaçı3 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli iş № 2-1(82)-342/2019, (sədrlik edən hakim R.Kərimli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçılarapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli iş № 2-1(103)-1018/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İddiaçı2) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli, 2-1(103)-1018/2019 nömrəli qərardadı əsassızdır və ləğv edilməlidir.Belə ki, məhkəmə qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyul 2017 və 27 iyun 2018-ci il tarixli qərarlarına əsaslanaraq iddiaçıların hazırkı iddia predmeti üzərində subyektiv hüququnun olmasını bildirmişdir.B ununla əlaqədar bildirir ki, məhkəmənin belə bir mövqeyi tamamilə əsassızdır.Belə ki, iddia 59 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2 Əsgər oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı3 tərəfindən imzalanmışdır. Lakin, nə “59 saylı Mənzil-Tikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır.İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasının protokolu”xxxx“59 saylı Mənzil-Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz. Kooperativ qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatdankeçmədiyindən, eyni zamanda kooperativin nizamnaməsi təsdiq olunmadığından, iddiaçılar tərəfindən kooperativin təsis yığıncağının keçirilməsi, təsis yığıncağının qərarı, kooperativ üzvləri tərəfindən təsis müqaviləsi məhkəməyə təqdim edilmədiyindən onların kooperativin təsisçisi olmadıqlarını təsdiq edir.Eyni zamanda, həmin hüquqi şəxs tərəfindən qaldırılmış iddiaya da məhkəmə tərəfindən baxıla bilməz. Beləliklə, 59 saylı Mənzil-Tikinti Kooperativi o halda hüquqlara, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilər ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış olsun. Lakin, 59 saylı Mənzil-Tikinti Kooperativi adlı hüquqi şəxsin mövcud olması barədə işin materiallarında heç bir mötəbər sü but yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh apelyasiya instansiyası məhkəməsinin 23 aprel 2019-cu il tarixliqərardadının ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməs inə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hüsiyev də, cavabdehin vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün, digər iddiaçılar isə məhkəmə iclasına gəlmədikləri üç ün işə onların iştirakı olmadan baxılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kasasiya şikayəti mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qəra rdaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Birinci instansiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli iş № 2-1(82)-342/2019, qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli iş № 2-1(103)-1018/2019 qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qəra ra alınmışdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə qərardadının məzmunundan müəyyən olunur ki, yeni baxış zamanı mümkünlük məsələsinin həll edilməsi üçün əlavə araşdırılmanın aparılmasına dair hər hansı göstəriş verilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mayaraq, öz qərardadında iddiaçıların subyektiv hüquqa malik olmalarını qeyd etmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu mənada, apelyasiya instansiyası məhkəməsi tərəfindən özünün qəbul etdiyi qərardadda həmin məhkəmə aktından şikayət verilməsi hüququnun göstərilməsi də düzgün deyildir. Hər bir halda kasasiya şikayətinin mümkünlüyü məsələsi apelyasiya instansiyası məhkəməsinin aktında bu barədə göstərişin olmasına görə deyil, prosessual qanunvericiliyin tələblərinə əsasən həll olunmalıdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı və kasasiya şikayətinin qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 aprel 2019-cu il tarixli, 21(103)-1018/2019 saylı qərardadından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsitərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmasın və kasasiya şikayətinin qəbulundan imtina edilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar