Məhkəmə qərarları › İş №2-1(102)-2238/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2238/2024

21.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2238/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının pozulma faizi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), X7 və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik də rəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2-1(103)-88/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stressə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 P...; Diaqnozun mətni: Əsas diaqnoz F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Yanaş ı xəstəliklər İ95.9 Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defisitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmış, 6 oktyabrda birinci dəfə yaralanmış, “MPZ. Barotravma” diaqnozu qoyulmuş və müalicə olunmuşdur. 14 oktyabrda sol baldır nahiyəsindən ikinci dəfə yaralanmış, Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və yenidən toplanış mərkəzinə təxliyə olunmuş, döyüş əməliyyatlarında yenidən iştirak etmişdir. xx.xx.2020-ci ildə hərbi xidmətdən eh tiyata tərxis edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra postravmatik pozuntular özünü büruzə verib, müalicə almağa başlamışdır xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla’’ diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hazırda da öz hesabına müalicə alır. Faktiki olaraq heç bir işdə işləyə bilmir, psixoloji pozuntuları var. Həmçinin gündəlik olaraq ağır təsirli sakitləşdirici dərmanlardan istifadə edir, bir sıra vəziyyətlərdə faktiki anlaqsızlıq halında olur. 23 dekabr 2021-ci il tarixində ona əlillik dərəcəsinin təyin olunması üçün Bakı şəhər 1 saylı şəhər p oliklinikası tərəfindən sənədləri əsasında Forma-88 arayışı tərtib olunmuş, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 7 aprel 2022-ci il tarixində TSEK tərəfindən ona imtina cavabı gəlmişdir. İmtina səbəbi olaraq göstərilib ki, bu diaqnoz əlillik əlaməti təyin etmir. Ona Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı tərəfindən verilən sənəddə diaqnoz kimi “Posttravmatik stress pozuntusu F43.1" göstərilib. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında F43.1 diaqnozu əlillik dərəcəsinin verilməsi üçün əsaslı diaqnoz kimi göstərilmişdir. Ona N saylı hərbi hissənin tibbi xidmət rəisi tərəfindən verilən arayışda da öz əksini tapıb ki, “əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə “M.P.Z Barotravma” və xx.xx.2020-ci il tarixdə “Sol baldır nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır”. 23 noyabr 2021-ci il tarixdə tibb elmləri doktoru, professor, Fuad İsmayılov tərəfindən müayinə olunmuş və Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulub. 17 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarl a” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin diaqnozu kimi “uzunmüddətli posttravmatik stress pozuntusu (depressiv daxilolmalarla) ” müəyyən olunur.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik qiymətləndirilməsi zamanı tərtib edilmiş tibbi göndərişdə əsas diaqnozu “Posttravmatik stress pozğunluğu, ağırlaşması olan Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” qeyd edilmiş və həmin diaqnozun adıçəkilən Əsasnamədə hər hansı meyara uyğun gəldiyi müəyyən edilmir. Başqa sözlə, inzibati icraat zamanı inzibati orqanın rəhbər tutduğu qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məh dudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “F43.1 posttravmatik stress pozğunluğu” meyarı nəzərdə tutulmamışdır.

6. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 21(103)-88/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qəra rının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

10. Şikayətdə Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlillyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək bildirir ki, məhkəmələrin gəlmiş olduğu nəticə qanuni və əsaslı sayıla bilməz.

11. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının vəziyyətinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinədən keçmişdir. Həmin müayinə zamanı cavabdehin nümayəndəsi ekspert qismində iştirak etmişdir. Keçirilmiş ekspertiza nəticəsində şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozu n qeyd edilən formada deyil, natamam təsdiqinə əsas verdiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadığı, eləcə də iddiaçının düçar olduğu xəstəliklərlə əlaqədar tam reabilitasiyası mümkünsüzlüyü qeyd edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Q anunu: Maddə

1. Əsas anlayışlar Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti ş əhadətnaməsi almış şəxsdir; Maddə

6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uy ğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin i nsultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60İ66.9,G80-G80.9, S06.0-S06.9) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9);

15. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular Qeyd. Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi. 7.5.1. aqorafobiya F40.0 sosial fobiyalar F40.1 panik pozuntu F41.0 generalizə olunmuş təşviş-p ozuntu F41.1 obsessiv-kompulsiv pozuntu F42 posttravmatik stres pozuntusu F43.1 dissosiativ (konversion) pozuntular F44 somatoform pozuntular F45 fəlakət keçirdikdən sonra şəxsiyyətin F62.0 davamlı dəyişikliyi psixi xəstəlikdən sonra şəxsiyyətin F62.1 davamlı dəyişikliyi Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, 65-80 2 il müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid v ə ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qayd ası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəf indən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

19. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

20. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsi ilə bağlıdır.

21. İddiaçının iddia tələbini əsassız hesab edən həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri bu nəticəyə gələrkən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə tibb ekspertizasının rəylərinə istinad etmişlər.

22. Lakin məhkəmə kolle giyası hesab edir ki, bu rəylər iddianın müqəddəratının həlli üçün mötəbər deyildir. Belə ki, ekspert rəylərindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial ekspertləri iştirak etmiş və onlar da ekspert rəylərini imzalamışlar.

23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası edir ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər. Ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respu blikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

24. İş üzrə verilmiş ekspert rəylərindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, işin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə əsasən, rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizası idarəsi rəhbəri onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək Məhkəmə ekspertizası idarəsinin rəhbərinə qadağandır. Həmin Qanunun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxsl ərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

25. Cavabdeh Agentliyin əməkdaşları məhkəmə ekspertizası idarəsinin ekspertləri deyil, cavabdeh Agentliyin tibbi sosial ekspertləri vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxslər olduqlarından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmiş rəy hesab edilməlidir.

26. Bundan əlavə məhkəmə kollegiyası bildirir ki, iş materiallarında iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxıldığı müəyyən edilir. Həmin göndərişdə iddiaçıya başqa diaqnozlarla yanaşı, S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sad ə miopik astiqmatizm diaqnozu da qoyulmuşdur.

27. Göndəriş verilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olmuşdur. Həmin Əsasnamədə də S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm diaqnozları əlilik təyini üçün əsas olduğu qeyd olunmuşdur.

28. Lakin apelyasiya instansiyası məhkəməsi qərar qəbul edən zaman bu halın mövcudluğuna əhəmiyyət verməmiş, iddiaçıda olan F43.1 “posttravmatik stress pozğunluğu, Posttravmatik pozuntusu, depressiv daxilolmalarla” xəstəliyinin göndəriş verilən zaman qüvvədə olan “Əlilliyin və sağlamlıq i mkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olmamasını rəhbər tutmuşdur.

29. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə istinad edərək bildirir ki, mövcud məhkəmə praktikasında ağırlaşmalar və yanaşı xəstəliklə olduğu təqdirdə əlillik təyin edilə bilər. Odur ki, növbəti apelyasiya baxışında iddiaçıda S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm xəstəliklərinin olub olmaması araşdırılmalı və buna uyğun qərar qəbul edilməlidir.

30. Bundan əlavə iddiaçı ilə bağlı olan göndərişdə, həm xx.xx.2022-ci il tarixli, həm də xx.xx.2023-cü il tarixli ekspertiza rəylərində iddiaçıda “F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik pozuntusu, depressiv daxilolmalarla. 195.9-Də qiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defısitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm”in olduğu qeyd edilmişdir (iş vər 36-40, 83-86).

31. F43.1 diaqnozu göndəriş verilən zaman əlilliyin təyin edilməsi üçün əsas olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks edilib.

32. Məhkəmə kollegiyası bildirir ki, bu halın, yəni F43.1 diaqnozunun mövcudluğu şübhə doğurmur. Lakin bu halla bağlı araşdırılmalı olan məqam mövcuddur. Belə ki, diaqnozun Meyarlarda göstərilməsi hələ həmin diaqnoza görə əlilliyin təyin edilməsi üçün əsas sayıla bilməz. Əlilliyin təyin edilməsi üçün diaqnozla bağlı qiymətləndirilmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda F43.1 kodlu xəstəlik 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayara q bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşahidə olunduqda orqanizmin funksiyalarının pozulması 35-60 faiz kimi müəyyən edilməklə orqanizmin funksiyalarının pozulması müddəti 2 il, həmin diaqnoz 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciətlə müşahidə olunduqda orqanizmin funksiyalarının pozulması 65-80 faiz kimi müəyyən edilməklə orqanizmin funksiyalarının pozulması müddəti 2 il qəbul edilir.

33. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirərək bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apelyasiya baxışı zamanı i ddiaya qoyulmuş F43.1 diaqnozuna görə orqanizmin funksiyalarının pozulma faizi və müddəti müəyyən edilməli, eyni zamanda S06.2 və H52.2 yanaşı xəstəliklərin diaqnozuna görə əliliyin təyin edilməsi məsələsi müzakirə edilməklə qərar qəbul eidlməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol v erilməməlidir.

35. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 21(103)-88/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar