Məhkəmə qərarları › İş №2-1(102)-2239/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2239/2019

07.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2239/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, X3, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi) kompensasiyanın ödənilməsinin gecikdirilməsinin qanunsuz sayılması, kompensasiyanın və faizlərin ödən ilməsitələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-407/2019saylı, 22 yanvar 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 3 may 2018-ci il tarixli qərarına əsasən, ona 2.100 avro və ödəmənin gecikdirilməsinə görə faizlər hesablanıb ödənilməlidir. İddiaçı hesab edir ki, həmin məbləğin gecikdirilməsi qanunsuz sayılmalı və cavabdeh tərəfindən ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4442/2018 saylı 6 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabd eh inzibati orqan olmadığından ona qarşı verilən iddia mümkün sayıla bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-407/2019 saylı 22 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh iddiaçının iddiasına cavab verməli olan orqan olmamışdır. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Avropa Məhkəməsinin 3 may 2018-ci il tarixli qərarı ilə ona 2.100 avro ödənilməlidir. Həmin məbləğ dövlət tərəfindən ödənilməmişdir. Konvensiyaya əsasən, bu məbləğ Azərbaycan Respublikası tərəfindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qərardadı əsassız və qanunsuz olduğundan kassasiya qaydasında ləğv olunmalıdır. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Digər tərəflər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının m ümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin 3 may 2018-ci il tarixli qərarı ilə maddi ziyana görə iddiaçıya 2.100 avro məbləğində kompensasiya təyin edilmişdir. İddiaçı hesab edir ki, həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia düzgün olmayan cavabdehə qa rşı verildiyindən iddia mümkün iddia deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 3 may 2018-ci il tarixdə “Ramixanova və digərləri Azərbaycana qarşı” (şikayətin №71816/13) qərar qəbul edərək Konvensiyanın 6-cı maddəsinin pozuntusunu aşkar etmiş maddi ziyana görə iddiaçıya (şikayət № 40417/12) 2.100 avro məbləğində kompensasiya təyin edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu müddəanın tələblərinin Prezident Administrasiyasının cavabdeh kimi cəlb olunması məsələsinə tətbiqi isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, cavabdeh ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. Qanunvericilikdə Avropa Məhkəməsinin qərarının cavabdeh tərəfindən icra edilməli olması nəzərdə tutulmamışdır. İnzibati icraatda iddianın müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən, həm də müvafiq cavabdehliyi olan şəxsə yəni, qanunla üzərinə vəzifə qoyulan inzibati orqana qarşı verilməsi və bu zaman həmin orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının konkret şəkildə əsaslan dırılması iddianın mümkünlüyünün zəruri şərtləridir. Cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qə rara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-407/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar