Məhkəmə qərarları › İş №2-1(102)-2239/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2239/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2239/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə pensiya təyin edilmiş şəxsə dövlət qulluğu stajına görə əlavənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının verilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(103)-846/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 23 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktubu ilə İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 2.İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası çatmış (hazırda 64,5 yaş) və ya yaşa çatanadək İ qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına çatmaqla) 20.11.1-ci, 20.11.2-ci maddələrinə “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.

3. İddiaçının yaşının 64,5-dən az (49,33 yaş) olmasına, həmçinin İ qrup əlil olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı məhkəməyə müraciət edərək 3- cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, 20 dekabr 1994-cü il tarixdə ona “ümumi görməyə görə” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. 10 iyun 1993-cü ildən 05 fevral 2019cu ilə qədər dövlət qulluğunda 24 il 10 ay ümumi iş stajı olmuşdur. Əlillik təyin olunduğu tarixdən əlilliyə görə DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 3-cü qrup əlil kimi pensiya təyin olunmuş və ödənilmişdir. Daha sonra isə dövlət qulluğunda işlədiyi dövrlər nəzərə alınmaqla və 01 yanvar 2005-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 5-ci maddəsinə uyğun olaraq ona 29.03.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Uzun müddət dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası alsa da, 2018-ci ildə həmin pensiya dayandırılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatının aparılmasının mümkün olmaması səbəbindən 01 oktyabr 2019-cu il tarixdən yalnız əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir. 6.Hazırda qüvvədə olan qanunvericiliyə əsasən şəxsin dövlət qulluqçusu kimi pensiya ala bilməsi üçün 3 şərtin mövcud olması tələb olunur - əmək pensi yası yaşına çatması, birinci dərəcə əlil olması və dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması. Cavabdeh hazırda tələb olunan üç şərti əsas gətirməklə iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin ona 3-cü qrup əlillik 1994-cü ildə təyin edilmiş, qanunvericiliyə dəyişiklik edilmədən öncə dövlət qulluğunda lazım olan stajı toplamış və buna görə də, ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin edilmişdir. İşləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh tərəfindən artıq ödənilmiş həmin məbləğlər hazırda əmək pensiyasından tutulmaqdadır. İnzibati orqanın bu hərəkətindən narazılığı yoxdur. Lakin iddiaçıya əlillik təyin olu nduğu dövrdən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Ona əlillik təyin oldunduğu dövrdən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan ilk növbədə ona təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericilik normalarını əsas götürmüşdür. Bununla da, qanunvericiliyin tələbləri pozulmuş, iddiaçıya ödənilməli olan pensiya məbləği əhəmiyyətli dərəcədə azalmışdır.

7. Cavabdeh iddiaya qarşı etirazında müraciəti təmin etməkdən imtina edərkən ə saslandığı eyni dəlillərə istinadla iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğunu bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. 8.Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli, 2-1(112)-5715/2020 nömrəli qərarı ilə (hakim - N.İ.Abıyev) iddia təmin edilərək İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 9.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 20.12.1994-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuş və onun dövlət qulluqçusu kimi əmək pe nsiyası almaq hüququ məhz qanunvericiliyin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq yaranmışdır. 10.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli 21(103)-846/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - E.Nağıyeva, hakimlər V.Məmmədov və A.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli 2-1(112)-5715/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 14.Məhkəmə hesab etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüquq 01.07.2017-ci il tarixindən öncə yaranmışdır. Lakin məhz bu tarixi nəyə əsasən müəyyənləşdirdiyini əsaslandırmamışdır. 15.İddiaçı 05.02.2019-cu ilə qədər dövlət qulluqçusu olduğundan onun dövlət qulluqçusu həmin tarixə kimi əmək pensiyası almaq hüququ yarana bilməzdi. Dövlət qulluqçularının əmək pensiyası isə işlədiyi dövrdə deyil, işdən çıxdıqdan sonra təyin edilir. Məhkəmənin istinad etdiyi 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 5.1-ci maddəsi il ə müəyyən edilirdi ki, pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. Yəni, iddiaçı həmin dövrdə dövlət qulluğunda olduğu üçün onun dövlət qulluqçusu kimi pensiya almaq hüququ yox idi. 16. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən, həmin Qanunun 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara həmin əlavənin ödənilməsi dayandırılır. Yəni, iddiaçı dövlət qulluqçusu kimi 21.11.2018-ci ilə qədər fəaliyyət göstərdiyi müddətdə Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş əlavələri ala bilməzdi. Beləliklə, iddiaçı yalnız 05.02.2 019-cu il tarixindən, dövlət qulluğuna xitam verildikdən sonra ona Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün müraciət edə bilərdi. Həmin tarixində isə artıq həmin maddəyə müvafiq dəyişiklik olmuşdu və yalnız əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş şəxslərin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ var idi və iddiaçının əlilliyi isə 3-cü qrup olduğuna görə həmin şəxslər kateqoriyasına daxil deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 29 mart 2010-cu il tarixə olan redaksiyası: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20. 1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 19.İnzibati Prosessual Məcəllə: Maddə 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlar la və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasi ya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 21.İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya 29 mart 2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə pensiya təyin edilmiş, uzun müddət o, dövlət qulluğu vəzifəsində işləməklə yanaşı həmin pensiyanı almış, sonradan cavabdeh 2018-ci ildə qanunsuz aparıldığına istinadla pensiya ödənilməsini dayandırmış, 01 oktyabr 2019- cu il tarixdən etibarən isə yalnız əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir. 24.İddiaçı hazırda 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pen siyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 25.İddiaçının dəlilləri ondan ibarətdir ki, ona 3-cü qrup əlillik 1994-cü ildə təyin edilmiş, qanunvericiliyə dəyişiklik edilmədən öncə dövlət qulluğunda lazım olan stajı toplamış və buna görə də, ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin edilmişdir. İşləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh tərəfindən artıq ödənilmiş həmin məbləğlər hazırda əmək pensiyasından tutulmaqdadır. İnzibati orqanın bu hərəkətindən narazılığı yoxdur. Lakin iddiaçıya əlillik təyin olunduğu dövrdən 01.07. 2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Ona əlillik təyin oldunduğu dövrdən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. 26.Cavabdehin mövqeyinə görə isə iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüquq 01.07.2017-ci il tarixindən öncə yaranmamışdır. Çünki dövlət qulluqçularının əmək pensiyası isə işlədiyi dövrdə deyil, işdən çıxdıqdan sonra təyin edilir. İddiaçı 29 mart 2010-cu ildə dövlət qulluğunda olduğu üçün onun dövlət qulluqçusu kimi pensiya almaq hüququ yox idi. İddiaçı yalnız 05.02.2019-cu il tarixindən, dövlət qulluğuna xitam v erildikdən sonra ona “Əmək pensiyaları haqqında ”Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün müraciət edə bilərdi. Həmin tarixdə isə artıq həmin maddəyə müvafiq dəyişiklik olmuşdu və yalnız əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş şəxslərin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ var idi və iddiaçının əlilliyi isə 3-cü qrup olduğuna görə həmin şəxslər kateqoriyasına daxil deyildir. 27.Məhkəmələr iddianı təmin edərkən ona əsaslanmışlar ki, iddiaçıya 20.12.1994-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuş, o, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dövlət qulluğu stajından artıq stajına malik olmuş və onun dövlət qulluqçusu kimi əmək pens iyası almaq hüququ məhz qanunvericiliyin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq yaranmışdır. 28.Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hazırkı tələbinin əsaslı olması üçün müəyyən olunmalıdır ki, ona 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən o, həm də həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğundakı stajına görə əlavələri almaq hüququna malik olmuşdurmu? 29.Qanunvericiliyin bununla bağlı həmin vaxt qüvvədə olan istinad olunan normasından göründüyü kimi iddiaçı sözügedən qulluq stajına görə əlavələri o halda ala bilərdi ki, əlilliyə görə əmək pensiyası təyin edilən vaxt dövlət qulluğunda işləməyən şəxs olsun. 30.Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya məhkəməsi iddianı təmin etsə də, bu istiqamətdə yəni, ə lilliyə görə pensiya təyin edilərkən iddiaçının dövlət qulluğunda işləyibişləmədiyini müəyyənləşdirmək üçün hər hansı araşdırma aparmamışdır. Bundan başqa, iş materiallarında mövcud olan sənədlərə əsasən də sözügedən məsələyə dair yekun və qəti qənaətə gəlmək hazırkı mərhələdə mümkün deyildir. 31.Belə ki, iddiaçıya 29 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilərkən onun həmin vaxt dövlət qulluqçusu kimi fəaliyyət göstərib-göstərmədiyi ilə bağlı məsələyə dair əmək kitabçasındakı məlumatlarla Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş dövlət qulluqçusunun anket məlumatları (i.v.99) arasında uyğunsuzluq vardır. Apellyasiya məhkəməsi həmin halın dəqiq müəyyənləşdirilməsinin iş üzrə həlledici əhəmiyyət kəsb etməsini nəzərə almadan sözügedən uyğunsuzluğun səbəblərini müəyyənl əşdirməmiş, eləcə də mübahisəli hal üzrə vəziyyəti dəqiq müəyyən etməmişdir. 32.Yuxarıda göstərilənlərə və İPM-in 96.5 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 21(103)-846/2021 saylı saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar