Məhkəmə qərarları › İş №2-1(102)-2239/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2239/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2239/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta haqları ödədiyi illərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının b ərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-267/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış»ın (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajın a daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 11 mart 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə ona elektron qaydada İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə ona əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət tarixinə ona 5 il sığorta stajı tələb olunduğundan İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik p ensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq ona pensiyanın ödənilməsi dayandırılmış və bununla əlaqədar DSMF-nin Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmiş, şöbə xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubla ərizəni rədd edərək onun əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın” (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçıya xx.xx.2017-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmişdir. 5 il 20 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuş və təyinat aparılmışdır. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsdiqini tapmadığı üçün ödənişlərin edilməsi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala MDSS ödənişləri haqqında sorğu yazılmışdır. Sorğuya verilən cavab məktubu və sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-281/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları h aqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının” İİ bəndinin B yarımbəndində əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay: 12 ay = 4 il 4 ay) təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının 5 ildən artıq sosial sığorta stajına malik olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etməsi və bu əsasla ona təyin olunmuş əlilliyə gö rə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-487/2021 nömrəli, 9 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş e tmişdir. kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2335/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Ə.Kərimov və K.N.Bədəlov) apellyasiya instansiyası məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının sığorta stajı onun paylı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətə əsaslanır. İddiaçı da “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012 -2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsi isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddəti nəzərdə tutur. Belə olan halda, əgər məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyursa, 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarının həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödənilib-ödənilmədiyini müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarında 2012-2016-cı illərdə qüvvədə olmuş, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarını, o cümlədən, məcburi dövlət sosial sığorta haqqının dərəcələrini (hazırkı halda, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların keyfiyyət qrupları üzrə /iş v.10/ müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının miqdarını) müəyyən edən qanunvericilik aktlarının normalarına istinad yoxdur. Qərarda daha sonra göstərilmişdir ki, cavabdehin nümayəndəsi də apellyasiya instansiyası məhkəməsində icraat zamanı bəyan etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzlər üzrə ödənişlər nəzərə alındıqda belə, tələb olunan 5 illik sığorta stajı tamamlanmır (iş v. 139). Məhkəmə qərarında cavabdehin həmin dəlilinə münasibət bildirilməyib. Həmin dəlilə münasibət bildirmək üçün isə iddiaçının 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta ha qlarını həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödəyib-ödəmədiyini müəyyən etmək lazım idi. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-267/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddət indən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Ali Məhkəmənin İnzibati Kollegiyası işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarının iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial s ığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ilk dəfə əlillik dərəcəsi xx.xx.2017-ci il tarixdə təyin edilmişdir. DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 05 il 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 204.60 manat pensiya kapitalı vardır. Lakin 2020-ci ildə araşdırma zamanı qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial siğorta stajı barədə “Siğortaolunanın fərdi uçot məlumatları əsasında so sial siğorta stajı və pensiya kapitalı barədə “Arayış”ın təsdiqini tapmaması səbəbindən iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır.

27. Cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.

28. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. 2

9. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

30. Bu baxımdan i nzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

31. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 27-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsipl ərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

32. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

33. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması ilə bağlı inzibati icraat aparmadığından, təyin edilmiş pensiyanın qanuniliyi inzibati icraat aparılmadan yoxlanıldığından, işin hazırkı vəziyyətində cavabdehin dəlili, yəni iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torp ağa görə 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqları ödəməsi, həmin dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma aparılması istisna olunur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırarkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarının tələbinə əməl etməməsi əsası ilə onun hərəkəti qanunsuz sayıldığından, pensiya ödənişinin dayandırılmasına əsas olan hal, yəni iddiaçının qanunun tələb etdiyi həddə sığorta stajına malik olub-olmaması hazırkı vəziyyətdə məhkəmə araşdırmasının predmetini təşkil etməyəcəkdir. Odur ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilməsi hissəsində iddia mümkün sayılmamalıdır.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarının iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-267/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarının iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar