Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2239/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsindən əsassız imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il t arixdən üçüncü qrup əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(103)-2042/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilkin olaraq xx.xx.2013-cü il tarixdə “Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ bud sümüklərinin orta 3/1 hissəsinin osteosintezdən sonrakı bitişmiş sınığı” diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü il tarixdə təkrar qiymətləndirilərək ona “Sağ bud sümüyünün kondiluslarının bitişmiş sınığı” diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlil lik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə təkrar qiymətləndirilərək ona “Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və baldırın trofiki pozğunluqları” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilərək ona “Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və baldırın trofiki pozğunluqları” diaqnozu ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçının əlillik vəziyyəti Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə “Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası” diaqnozu ilə təkrar qiymətləndirilmiş və ona son illərdə müalicəsinin olmadığı, əlavə müalicəyə ehtiyacının olması səbəbilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir.
6. İddiaçının əlillik vəziyyəti Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə “Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası, Hipertrofik çapıq, Sağ baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə” diaqnozu ilə yenidən qiymətləndirilmiş, ona göndərişin natamam doldurulması, müayinələrin qənaətbəxş o lmaması səbəbilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, xəstəliyin ağırlaşmalarının dəqiqləşdirilməsi və ətraflı qeyd olunmasına dair göstəriş verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ilkin olaraq 2013-cü ildən üçüncü dərəcə əlillik, 2015-ci ildən isə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildə növbəti qiymətl əndirmə zamanı əlavə müalicəyə ehtiyacının olması əsas gətirilərək ona əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsasız hesab edir. Onun təqdim etdiyi sənədlər və forma 88 arayışı ona əlilliyin xx.xx.2021-ci il tarixdən təyininə əsas verir. Cavabdehin etirazları:
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması və müayinənin nəticəsi barədə məlumat verilməsi üçün cavabdehə bir ay müddət təyin edilmişdir. 11. 4 saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əyani müayinə aktında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişinə əsasən xx.x x.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” (Ətraflı səbəb: “müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun”) barədə qərar verilmişdir. Səhiyyə müəssisəsinin həmin göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə iddiaçının obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı iddiaçının halhazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (“Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Patella femoral artroz, Valgus deformasiyası, Hipertrofik çapıq, Sağ baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kont rakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq İİİ (üçüncü) dərəcə müddətsiz əlilliyin təyini qərara alınmışdır.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlərin və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərarı qəbul edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nət icə:
13. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(112)-1705/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı iddiaçının əlilliyi ilkin olaraq təyin edilmədiyindən (iddiaçı 2010-cu ildən xəstəlikdən əziyyət çəkir və 2013-cü ildən əlildir), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdi q edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır, yəni təkrar əlillik təyinatı zamanı şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması tələb edilə bilməz.
15. Həmçinin Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı XBT-10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları nın məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİİ dərəcə əlillik təyin olunmasına əsas verən xəstəliyinin müəyyən edilməsinə baxmayaraq (əyani müayinə zamanı Əsasnamənin 2.5.5-ci bəndi təsdiq olunmuşdur) və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar müalicədə olmasına (xx.xx.2022-ci il tarixdə tərtib olunmuş Forma 88-də həmin əvvəlki müalicələr ətraflı göstərilib) və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
16. Cavabdeh həmin qərar dan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(103)-2042/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli göndəriş iddiaçıya əlillik təyininə əsas vermədiyi üçün ona əlillik təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş əyani müayinədə müəyyən edilmişdir ki, iddiaçının obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı iddiaçının hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (“Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Patella femoral artroz, Valgus deformasiyası, Hipertrofik çapıq, Sağ baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Belə olduğu halda, cavabdeh tərəfindən haqlı olaraq iddiaçıy a xx.xx.2022-ci il tarixdən əlillik təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının əlilliyi məhz təkrar müayinə anında müəyyən edilmişdir. Bu müəyyənetmənin müvafiq sübutlar olmadan əvvəlki tarixə aid edilməsi yolverilməzdir. Həmçinin əlilliyin təyini və bərpası cavabdehin müstəsna səlahiyyəti olsa da, məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçıya üçüncü dərəcə əlilliyi müddətsiz şəkildə təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.4. Əlilliyin q iymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim eksper tizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentl ik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 23. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyə n etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur....
2. Əlilliyin müəyyən olunması meyarları... 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:... 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72Q72.7);
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumi likdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsi n sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ət raflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə “Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası” diaqnozu ilə təkrar qiymətləndirilmiş, lakin ona son illərdə müalicəsinin olmadığı, əlavə müalicəyə ehtiyacının olması səbəbilə ə lilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir. 32. xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə “Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası, Hipertrofik çapıq, Sağ baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə” diaqnozu ilə yenidən qiymətləndirilmiş, lakin ona göndərişin natamam doldurulması, müayinələrin qənaətbəxş olmaması səbəbilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, xəstəliyin ağırlaşmalarının dəqiqləşdirilməsi və ətraflı qeyd olunmasına dair göstəriş verilmişdir.
33. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı əyani müayinə olunmuş, onun hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (“Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Patella femoral artroz, Valgus deformasiyası, Hipertrofik çapıq, Sağ baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmiş və ona sonuncu qiymətləndirilmə tarixindən, yəni xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq İİİ (üçüncü) dərəcə müddətsiz əlilliyin təyini qərara alınmışdır.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli göndərişdə iddiaçıya təyin edilmiş əsas diaqnoz və ağırlaşmalar xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən iddiaçının üçüncü dərəcə əlillik təyin olunmasına əsas verən xəstəliyinin müəyyən edilməsinə, iddiaçının həmin xəstəliklərlə bağlı illər ərzində stasionar müalic ədə olmasına və həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya əlilliyin növbəti müddətə xx.xx.2021-ci il tarixdən təyin olunmaması onun qanunla qorunan hüquqlarını pozmuşdur.
36. Kassasiya şikayətinin digər dəlili də ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
37. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inziba ti aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 38. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (maddə 14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (maddə 14.3).
39. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin ol unmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 21(103)-2042/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.