Məhkəmə qərarları › İş №2-1(102)-2239/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2239/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2239/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı(məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1547/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 29, 53 saylı mənzilin xidməti yaşayış sahəsindən çıxarılması və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(112)-11451/2023 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır.

3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şik ayəti verərək Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(112)-11451/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(103)-1547/2024 nömrəli qərardadı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1547/2024 nömrəli qərardadından 29 aprel 2024-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsin ə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2024-cü il tarixli 2-1(103)-1547/2024 nömrəli qərardadı ilə ərizəsi təmin edilməmişdir.

6. Qərardad onunla əsaslandırılmışdır ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də maşın operatoru vəzifəsində işləyir və əmək haqqı məbləği 400 manatdır. İddiaçı ərizəsində 350 manat əmək haqqının olduğunu və bu səbəbdən də vəkil ilə müqavilə bağlamaqda maddi çətinlik çəkdiyini bildirmişdir. Lakin yenə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçıya 932,96 manat pensiya məbləği təyin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli 21(103)-1547/2024 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

8. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və ş ikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur 10.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etmə kdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

12. Bu Qərarın 9-10-cu bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.

13. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1547/2024 nömrəli nömrəli qərardadı və “inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı da 6 aprel 2024-cü il tarixdə poçt vasitəsi ilə göndərmişdir. İddiaçı tərəfindən 16 aprel 2024-cü il tarixdə qəbul edilmişdir.

14. Həmin izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı az təminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

15. İş materiallarından müəyyən olunur ki, iddiaçı apellyasiya instansiya məhkəməsinə vəkillə təmin olunma barədə ərizə təqdim etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2024-cü il tarixli, 2-1(103)-1547/2024 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş və iddiaçı həmin qərardaddan şikayət verməmişdir.

16. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.

17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(103)-1547/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar