Məhkəmə qərarları › İş №2-1(102)-224/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-224/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-224/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-224/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 30 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi x2 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 sentyabr tarixli 2-1(103)1902/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 13 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının ərizəsində qeyd etdiyi mükafat və maddi yardımları alması barədə arayışın təqdim olunmaması göstərilmişdir. İddiaçı 2018-ci il 27 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il, onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla, pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 1989-cu il 1 sentyabr tarixdən 2002-ci il 28 iyun tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, bundan sonra ona əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən ona pensiya hesablanıb təyin edilərkən 2001-ci il 29 iyun tarixi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20, 21-ci maddələri ilə müəyyən edilmiş müavinətlər nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli 2-1(81)2596/2018 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il, onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla, pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin bird əfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 sentyabr tarixli 2-1(103)-1902/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 5 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 5 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili 2019-cu il 16 yanvar tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı 2019-cu il 16 yanvar tarixli məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh 2019-cu il 30 yanvar tarixli məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndə si çıxışlarda iştirak etmədi. İddiaçı 2019-cu il 30 yanvar tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının 2019-cu il 30 yanvar tarixli məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv olunması hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Cavabdehin işdə olan imtina məktubunun və onun apellyasiya şikayətinin məzmunundan görünür ki, onun tərəfindən iddiaçının 1989-cu il 1 sentyabr tarixdən 2002-ci il 28 iyun tarixə qədər prokurorluq orqanlarında işlədiyi (müstəntiq və prokuror köməkçisi vəzifələrində) və bundan sonra prokurorluq işçisi kimi ona pensiya təyin edildiyi hal mübahisələndirilmir.”. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etira zla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. İddiaçı ona pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmayıblar, işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu göstərməmişdir. Bununla bağlı cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işi tələb edilməyib, həmin işin materialları məhkəmə araşdırmasının predmeti olmayıb. Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinin tətbiqi üçün zəruridir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zə ruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə t əmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 sentyabr tarixli 2-1(103)-1902/2018 nömrəli qərarı ləğv olunur. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar