Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-224/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi rütbəli ədliyyə qulluqçusuna təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “p ensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-1(103)-1258/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 24 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 15 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının 2019-cu il 3 yanvar tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2001-ci il 12 yanvar tarixədək daxili İşlər və ədliyyə polis orqanlarında qulluq keçmiş, 2001-ci il 12 yanvar tarixdə struktur dəyişikliyi nəticəsində güzəştli şərtlərlə 32 il xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi kimi 17 il 11 ay 20 gün xidmət etmişdir. 2019-cu il 3 yanvar tarixdə qulluqda olmanın son yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidməti davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. İddiaçının hərbi qulluqçu deyil, xüsusi rütbəli şəxs olması, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarının ona şamil edilməsini istisna etmir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli, 2-1(81)3603/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının 2019-cu il 3 yanvar tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində təsbit edilmiş “Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etmiş əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” məhdudiyyəti iddiaçı hərbi qulluqçu deyil, ədliyyə işçisi olduğu üçün iddiaçıya şamil edilməməlidir. Beləliklə, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-1(103)-965/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli qərarı d əyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda, hesab etmişdir ki, məhkəmə kollegiyası hazırkı işdə iddiaçının ədliyyə orqanının xüsusi rütbəsi üzrə təqaüdə çıxmış pensiyaçı olmasını, Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 saylı qərarının iddiaçıya şamil edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı 2001-ci ildə pensiyaya çıxsa da, ədliyyə orqanlarında xüsusi rütbəli şəxs olaraq qulluğunu davam etdirdiyi üçün onun 2001-ci ildə təyin edilmiş pensiyasının 2019-cu il 3 yanvar tarixdən (işdən azad olunduğu vaxtdan) yenidən hesablanmasını tələb etmək hüququ vardır və buna görə də birinci instansiya məhkəməsi onun bu barəd ə iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(102)-103/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləməklə 2001-ci ildən qulluq illərinə görə təqaüdə çıxmış, yəni, iddiaçı 1981–2001-ci illə r ərzində Penitensiar Xidmətində qulluq etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 3 kateqoriyalı işçilərin olması mövcuddur, yəni, sözügedən xidmətdə xüsusi rütbəsi olan əməkdaşlar, mülki işçilər (dövlət qulluqçuları) və hərbi qulluqçular vardır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2001-ci ilə qədər, yəni, pensiyaya çıxmazdan əvvəl həmin xidmətdə hansı vəzifələrdə işləməsi, yəni, xidmətin hansı kateqoriyadan olan işçi olması araşdırılmamışdır. Halbuki, adıçəkilən məsələ iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsində həlledici xarakter daşıyır. Belə ki, iddiaçının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində hansı kateqoriyalı işçi olması mütləq qaydada müəyyən ed ildikdən sonra, onun 2001-ci il 12 yanvar tarixdən 2019cu ilə 3 yanvar qədər ədliyyə orqanlarında çalışdığı müddətin qulluq illərinə görə əmək pensiyasının yenidən hesablanmasının zəruri olub-olmaması konkret şəkildə bəlli olacaqdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-1(103)-1258/2021 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda, hesab etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 2021-ci il 7 iyul tarixli, 17/3-132 saylı arayışda qeyd edilmişdir ki, penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı həqiqətən 1979-cu il 6 fevral tarixdən 1993-cü il 26 fevral tarixədək Rusiya Federasiyasının daxili işlər orqanlarında, 1993-cü il 26 fevral tarixdən 2001-ci il 12 yanvar tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuş və qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 2001-ci il 12 yanvar tarixədək xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuşdur.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayət inin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı 2001-ci ildən pensiyadadır və 2019-cu il 3 yanvar tarixədək ədliyyə orqanlarında xüsusi rütbəli şəxs kimi qulluğunu davam etdirmişdir. İddiaçıya pensiya təminat xərcliyinin 86 faizi məbləğində təyin edilmişdir. Pensiya işində bu barədə məlumat vərəqəsi və digər sənədlər vardır. Məlumat vərəqəsindən görünür ki, 2001-ci ildə iddiaçıya pensiya təyin edilən zaman onun 23 il 11 ay 06 gün təqvim üzrə, 08 il 03 ay 11 gün isə güzəştli xidmət illəri, cəmi 32 il 02 ay 17 gün xidmət illəri var idi. İddiaçı tələb etməkdədir ki, onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyası 2019-cu il 3 yanvar tarixdən yenidən hesablanmalıdır. Göründüyü kimi, iddiaçı əslind ə sonuncu təminat xərcliyi üzrə pensiyasının yenidən hesablanmasını tələb edir. Əks halda, ədliyyə orqanlarındakı 49 il 11 ay 20 gün qulluq illərinin diqqətə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməzdi. İddiaçı təkcə qulluq stajının müddətinin artmasının deyil, (açıq şəkildə qeyd etməməsinə baxmayaraq) aldığı və təminat xərcliyinə daxil olan təminatların da diqqətə alınmalı olmasından çıxış edir. Bu cür tələbin təmin edilməsi halında, bir tərəfdən, iddiaçının xidmət illərinin sayı artdığı üçün təminat xərcliyinin 86 faizi deyil, 100 faizi həcmində pensiyanın təyin edilməsi, digər tərəfdən, iddiaçının sonuncu təminat xərcliyinin diqqətə alınması gündəmə gələcəkdir. Bütün bunlar, iddiaçının əslində sonuncu təminat xərcliyi əsasında pensiyasının yenidən hesablanmasını istədiyi ni deməyə imkan verir. Deməli, iddiaçının tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin təsiri altına düşür. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.6cı maddəsinin tələbini pozmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsində öz əksini tapmış qadağa kifayət qədər açıqdır. İddiaçını n hərbi xidmətini davam etdirməsi ona sonuncu təminat xərcliyi əsasında pensiya təyin edilməsini tələb etmək hüququ vermir.
18. İddiaçının hərbi qulluqçu deyil, xüsusi rütbəli şəxs olması “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin ona şamil edilməsini istisna etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun ilkin mətnində 1.0.4-cü maddə “fərdi hesab” adlanırdı, çünki “Əmək pensiyaları haqqında” Qanunun ilkin mətnində “xüsusi rütbəli şəxs” anlayışı yox idi. “Xüsusi rütbəli şəxslər” adlanan 1.0.4-cü maddə “Əmək pensiyaları haqqında” Qanuna 2006-cı il 28 noyabr tarixli, 184-İİİQ saylı Qanunla əlavə edilmişdir. Lakin diqqət edilməlidir ki, 2006-cı il 28 noyabr tarixli, 184-İİİQ saylı Qanunla “Əmək pensiyaları haqqında” Qanuna 9.7-ci maddə də əlavə edilmişdir. Məhz həmin maddədə “ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrlə” bağlı müddəalara yer verilmişdir. Başqa sözlə, bu əlavəyə qədər “Əmək pensiyaları haqqında” Qanunda ədliyyə orqanlarının xüsusi rütbəli şəxsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanuna 1.0.4-cü maddə əlavə edildikdən sonra maddədəki “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin hansı mənaya gəldiyini Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanı müəyyən etmişdir. Qeyd edilməlidir ki, həmin Fərman məhz 2006-cı il 28 noyabr tarixli, 184-İİİQ saylı Qanunun tətbiqi ilə bağlı verilmişdir. Fərmanla tətbiq edilən Qanunun özündə ədliyyə orqanı xüsusi rütbəli şəxslərinə dair göstərişlər nəzərdə tutulmuşdu, onda Fərmanda 1.0,4-cü maddədəki “müvafiq ic ra hakimiyyəti orqanları”nın siyahısına Ədliyyə Nazirliyinin daxil edilməməsi anlaşılandır. Eyni zamanda, iddiaçı özü də xüsusi rütbəli şəxs olduğunu inkar etmir. Dolayısı ilə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsi anlamında xüsusi rütbəli şəxsdir. “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsi iddiaçıya da şamil edilməlidir. Nəticə etibarı ilə, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsindəki məhdudiyyət (“təminat xərcliyinə görə yenidən hesablanmama”) İddiaçıya aid olunmalıdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.6cı maddəsini hazırkı mübahisəyə tətbiq etməməklə məhkəmə maddi hüquq pozuntusuna yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, penitensiar xidmətin əməkdaşları hərbi qulluqçu statusuna deyil, xüsusi rütbəsi olan ədliyyə işçisi statusuna malikdir. Hərbi qulluqçu statusuna malik olan şəxslərin dairəsi aşağıda göstərilən qüvvədə olan qanunlarla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı qüvvələrinin “Azərbaycan Respublikası Silahlı qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş vəzifələri hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 2-ci maddəsinin birinci bəndində göstərilir ki, bu qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd qoşunlarında və Azərbaycan Respubl ikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətin vətəndaşları habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada da Azərbaycan Respublikası Silahlı qüvvələrinə çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikası Silahlı qüvvələrindən buraxdıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışları başa çatdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımın dan hərbi qulluqçu statusuna malik olan şəxslər konkret olaraq göstərilmiş və göstərilən qanunvericililərdə ədliyyə orqanlarında qulluq keçən şəxslərin hərbi qulluqçu statusuna malik olması göstərilməmişdir. Həmçinin “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna əsasən Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. Beləliklə, kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olduğundan və hərbi qulluqçu olduğunu iddia edərək pensiyanın yenidən hesablanmasının imtinası əsassız olduğundan kassasiya şikayəti təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. Məhkəmə kollegiyası şikayətin dəlillərinə əsasən nəzərə alır ki, 2001-ci ild ə iddiaçıya pensiya təyin edilən zaman onun 23 il 11 ay 06 gün təqvim üzrə, 08 il 03 ay 11 gün isə güzəştli xidmət illəri, cəmi 32 il 02 ay 17 gün xidmət illəri var idi. İddiaçıya pensiya, - hərbi qulluqçularda olduğu kimi, - təminat xərcliyinin məbləğinə görə təyin edilmişdir.
25. Hazırkı halda, iddiaçı tələb edir ki, onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyası 2019-cu il 3 yanvar tarixdən yenidən hesablansın.
26. Cavabdeh hesab edir ki, iddiaçı, əslində sonuncu təminat xərcliyi üzrə pensiyasının yenidən hesablanmasını tələb edir. Əks halda, ədliyyə orqanlarındakı 49 il 11 ay 20 gün qulluq illərinin diqqətə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməzdi.
27. Şikayətin həmin dəlili əsaslı deyil. B elə ki, əmək pensiyasının 49 il 11 ay 20 gün qulluq illərinə görə hesablanması barədə tələb, əslində iddiaçının öz tələbinin hüquqi əsası kimi istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 20.1.14 və 20.19-cu maddələrinin məzmunundan irəli gəlir. Həmin normalar isə, məhz ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinə əmək pensiyasının təyin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Belə ki, həmin Qanunun 9.7, 9.7.1-ci maddələri ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə minimum qulluq stajını (azı 35 il), 20.1, 20.1.14-cü maddələri qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərdə tutan ədliyyə işçilərinin dairəsini, 20.19-cu maddəsi isə, Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələrin təyin edilməsi qaydalarını müəyyən edir (ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir).
28. Digər tərəfdən, iddiaçı iddia ərizəsinə ədliyyə orqanında qulluğunun son iki ilinin əmək haqqı barədə arayışı da əlavə etmişdir. Bu isə, “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinin tətbiqini ehtiva edir.
29. Beləliklə, “əmək pensiyasının 49 il 11 ay 20 gün qulluq illərinə görə hesablanması” məzmunda tələb, - cavabdehin qeyd etdiyi kimi, - təminat xərcliyinin nəzərə alınmasını deyil, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş “azı 35 il” şərtinin ödənildiyini və həmin Qanunun 20.19.2-ci maddəsində nəzərdə tutulan “15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla... müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər ödənilir” müddəasının tətbiqini nəzərdə tutur.
30. Kassasiya şikayətində “İddiaçının hərbi qulluqçu deyil, xüsusi rütbəli şəxs olması “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin ona şamil edilməsini istisna etmir.” məzmunda qənaətə gəldikdə, nəzərə alınmalıdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan “xüsusi rütbəli şəxslər”ə, Ədliyyə Nazirliyinin isə həmin maddədəki “müvafiq icra hakimiyyəti orqanları”na aidiyyəti, nəhayət, iddiaçıya həmin Qanunun 3.3 -cü maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi onu hazırkı məzmunda tələbi irəli sürmək hüququndan məhrum etmir. Belə ki, vaxtilə təminat xərcliyinə görə (hərbi qulluqçu kimi) əmək pensiyası təyin edilmiş xüsusi rütbəli ədliyyə qulluqçusu, sonradan ədliyyə orqanlarında azı 35 il qulluq müddətinə istinadla ona xüsusi rütbəli ədliyyə qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini (təyin edilmiş əmək pensiyasının bu hüquq yarandığı vaxtda yenidən hesablanmasını) tələb edə bilər.
31. Hazırkı halda da iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsində təsbit olunmuş hüququnun təmin olunmasını tələb edir. Bu halda, həmin Qanunun 9.6-cı maddəsinin hazırkı mübahisəyə tətbiqi istisna edilir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-1(103)-1258/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.