Məhkəmə qərarları › İş №2-1(102)-224/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-224/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-224/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1312/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 fevral 2015-ci il tarixdə iddiaçı Rusiya Federasiyasının Saratov şəhərində yerləşən "xxxx" ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə 031/339-01 saylı müqavilə bağlamış və bunun əsasında tam şəkildə pulu ödədikdən sonra “Saratovstroysteklo" ASC onun ünvanına bir vaqon şüşə lövhə göndərmişdir.

2. İddiaçının ünvanına Rusiya Federasiyası Saratov şəhərində yerləşən "xxxx" ASC tərəfindən göndərilmiş içərisində şüşə lövhələr olan 67283283 nömrəli vaqon Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasına xx.xx.2015-ci il tarixdə çatdırılmış, lakin sözügedən şüşə məlumatları müvafiq gömrük proseduru altında ərazi üzrə hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməmiş dir. 03 mart 2015-ci il tarixdə vaqonun Yalama stansiyasında saxlanılması ilə bağlı iddiaçıya məlumat verilmişdir.

3. İddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək, "xxxx" ASC tərəfindən onun ünvanına göndərilmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsi xahiş edilsə də, onun ərizələri cavablandırılmamışdır.

4. İddiaçının Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciəti 24 iyun 2015-ci il tarixdə daxil olmuş və onun ünvanına daxil olmuş şüşə lövhələrlə dolu vaqon sonradan Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir.

5. DKÜ seriyalı 079559 nömrəli, 27 iyul 2015-ci il tarixli dəmir yolu nəqliyyatı sahəsində xidmətlərə görə yığımlar barədə qəbzə əsasən iddiaçı vaqondan istifadəyə görə 3926.32 man at, DKÜ seriyalı 079561 nömrəli 27 iyul 2015-ci il tarixli qəbzə əsasən isə yükün qorunmasına görə 15660 manat məbləğində olmaqla, cəmi 19486.32 manat məbləğində ödəniş etmişdir.

6. İddiaçı 29 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və eyni zamanda Sumqayıt Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək Azərbaycan Dəmir Yollarının Biləcəri stansiyasına vaqondan istifadəyə görə ödədiyi 3926.32 manat və vaqonun qorunmasına görə ödədiyi 15560 manat olmaqla, cəmi 19486 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin həmin müraciəti də cavabsız qalmışdır

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən göndərilmiş, qalın lığı 3,5 mm-dən çox, lakin 4,5 mm-dən çox olmayan, yer sayı 31 olan, ölçüsü 6851,31 kv.m. olan şüşə lövhələr yükü xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. Yükün buraxılışı xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir.

8. Malların rəsmiləşdirilməsi isə xx.xx.2015-ci il tarixdə həyata keçirilməklə gömrük bəyannaməsi verilmişdir. Bundan əlavə Sumqayıt Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, gömrük nəzarət formasında malların qeydiyyat tarixi 12 mart 2015-ci il olaraq qeyd edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, Rusiya Federasiyası Saratov şəhəri "xxxx" şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri 04 mart 2015-ci il tarixdə araşdırma üçün götürülmü şdür. Beləliklə kollegiyanın araşdırması zamanı müəyyən olunmuşdur ki, 04 mart 2015-ci il tarixdə çatan mallar xx.xx.2015-ci il tarixədək Bakı Baş Gömrük İdarəsində saxlanılmış, yalnız həmin tarixdən sonra Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir”.

9. Bununla bağlı yükün Bakı Baş Gömrük İdarəsində saxlanıldığı dövrdə iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsi cavabdehlik daşımadığından, yəni iddia bu hissədə həmin iş üzrə düzgün cavabdehə yönəldilmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)33/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2015-xx.xx.2015-ci il tarixədək olan müddət ərzində yüklərin qorunması və vaqondan istifadə ilə bağlı iddiaçıya dəymiş zərərin Sumqayıt Baş Gömrük İdarəsindən tutulması hi ssəsində iddia mümkün sayılmamışdır. 10. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində (32 gün) cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi əsassız olaraq öz vəzifəsindən- gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayındığından, bu səbəbdən iddiaçı vaqonun saxlanılması və yükün qorunmasına görə "xxxx" QSC-yə cərimə ödədiyindən, ödənilmiş cərimə məbləği gömrük orqanlarının təqsiri üzündən iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilmiş, ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qənaətinə gəlmişdir.

11. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)33/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında iddiaçının adına gəlmiş malların ümumilikdə gömrük orqanlarında saxlanılma müddətinin 146 gün (id diaçı iddia ərizəsində 143 gün qeyd etsə də, kollegiya tərəfindən həmin müddətin 146 gün olması müəyyən edilmişdi) olduğunu, bu müddət ərzində vaqondan istifadə və yüklərin qorunmasına görə iddiaçı tərəfindən "xxxx" QSC-yə ümumilikdə 19486,32 manat ödənildiyini, sadə riyazi hesablama üsulu ilə vaqonun saxlanılması və yüklərin qorunmasına görə ümumilikdə 1 gün üçün ödənilən məbləğin 133,47 manat (19486,32:146=133,47) təşkil etdiyini, yükün Sumqayıt Baş Gömrük İdarəsində saxlanıldığı 32 gün müddət üçün ödənilən məbləğin isə 4271 manat (133,47x32 gün= 4271 manat) təşkil etdiyini nəzərə alaraq həmin pulun məhz Sumqayıt Baş Gömrük İdarəsindən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul etmişdir.

12. İddiaçı ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

13. Cavab dehin 10 dekabr 2020-ci il tarixli 1400-011/0xx-xx/009495 nömrəli məktubu ilə bildirmişdir ki, 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı xx.xx.2015-ci ildə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. İdxalçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalçı tə rəfindən bu hüquqdan istifadə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 fevral 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən "xxxx" ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə 031/339-01 saylı müqavilə bağlamış və bunun əsasında tam şəkildə pulu ödədikdən sonra “Saratovstroysteklo" ASC onun ünvanına bir vaqon şüşə lövhə göndərmişdir. 3 mart 2015-ci il tarixdə Biləcəri stansiyasından ***-***-**-** saylı telefondan ona məxsus ***-***-**-** saylı mobil telefona zəng edilmiş və bildirilmişdir ki, "xxxx" ASC tərəfindən onun (iddiaçının) ünvanı na göndərilmiş şüşə lövhələrlə dolu olan 67283283 saylı vaqon Yalama stansiyasında saxlanılmış və sənədlər araşdırma məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İddiaçı 04 mart 2015-ci il tarixdə Yalama stansiyasına getmiş və stansiya rəisi ilə görüş zamanı sonuncu ona bildirmişdir ki, 67283283 saylı vaqon artıq Biləcəri stansiyasındadır. Yalama stansiyasındakı gömrük postunun rəisi ilə görüş zamanı isə həmin şəxs ona bildirmişdir ki, “Saratovstroysteklo" ASC tərəfindən göndərilmiş şüşə lövhələrlə dolu 67283283 saylı vaqona aid olan sənədlər həqiqətən də gömrük əməkdaşları tərəfindən götürülmüş və araşdırma üçün Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Eyni zamanda, Yalama stansiyasındakı gömrük postunun rəisi ona 050***-**-** sayl ı mobil telefon nömrəsini verərək bildirdi ki, bu telefonla əlaqə saxlayaraq araşdırmanın nəticəsini öyrənə bilər. İddiaçı həmin gün Bakıya gələrək həmin telefona zəng etmişdir. İddiaçı telefonda danışan şəxsin dəvəti ilə Bakı şəhərindəki ofisdə onunla görüşmüşdür. Görüş zamanı sözügedən şüşə lövhələrlə dolu olan vaqonun sənədləri barədə maraqlandıqda, özünü "xxxx" MMC-nin əməkdaşı kimi təqdim edən həmin şəxs (Vidadi) bildirmişdir ki, sənədlər ondadır və xahişi ilə yol sənədinin bir nüsxə ksereosurətini iddiaçıya vermişdir. İddiaçı həmin sənədin necə və nə məqsədlə ona gəlib çatmasını soruşduqda, həmin şəxs bildirmişdir ki, şüşə lövhələrin idxalı ilə artıq on bir ildir ki, onun da əməkdaşı olduğu "xxxx" MMC məşğuldur və başqa heç kəs bu işlə məşğul ola bilməz. Həmin şəxs ona bildirmişdir k i, "xxxx" ASC tərəfindən göndərilmiş 67283283 saylı vaqonda olan şüşənin hər tonuna görə ona 750 manat olmaqla 66 x 750 = 49.500 manat ödəyib vaqondakı şüşə lövhələri götürə bilər, gömrük rüsumu da həmin vəsaitlə ödəniləcəkdir. İddiaçı onun şərtlərini qəbul etməmiş və oradan Biləcəri stansiyasına gedərək 67283283 saylı vaqonu tapıb özü də onun yanında durmaqla vaqonun fotoşəkilini çəkdirmişdir. Ertəsi gün həmin fotoları da Biləcəri stansiyasındakı gömrük postunun rəisinə göstərərək ünvanına gəlmiş 67283283 saylı vaqona aid olan sənədlərin ona verilməsini xahiş etmişdir. Bundan sonra ona bildirilmişdir ki, Biləcəri stansiyasında belə bir vaqon yoxdur və o vaqona aid olan hər hansı bir sənəd də onlara gəlməyib. Bundan sonra iddiaçı bir neçə gün gözləmiş və heç bir nəticə olmadığını görüb 10 mart 2015-ci il tarixdə sözügedən vaqonun fotoşəkillərini də əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yazılı ərizə ilə müraciət edərək, bu qanunsuzluqlar haqda məlumat vermişdir və xahiş etmişdir ki, heç bir sənədi olmayan bir vaqonun Rusiya-Azərbaycan sərhədini necə keçməsi araşdırılsın, həmin vaqona aid olan sənədlərin ona verilməsi və vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi üçün tabeçiliyindəki qurumlara göstəriş versin. Bundan sonra 13 mart 2015-ci il tarixdə bir daha Biləcəri stansiyasından müvafiq telefondan ona zəng edərək bildirmişlər ki, 67283283 saylı vaqona aid olan sənədlər artıq Biləcəri stansiyasındadır. İddiaçı dərhal Biləcəri stansiyasına gedib yük həyətinin kassasından həmin sənədləri götürmüş və oradan da Bakı Baş Gömrük İdarəsinə getmişdir. O rada Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona bildirmişlər ki, şüşə lövhələr Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilir. Bundan sonra iddiaçı dərhal Sumqayıt Baş Gömrük İdarəsinə gedib həmin vaqonda olan şüşə lövhələrin rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Orada da müxtəlif bəhanələrlə vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edilmişdir. Bundan sonra iddiaçı 13 mart 2015-ci il tarixdə sözügedən vaqona aid olan bütün sənədlərin surətlərini əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək xahiş etmişdir ki, gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqların aradan qaldırılmasında ona köməklik etsin və müvafiq vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tabeçiliyində olan müvafiq strukturlara göstəriş versin. Lakin bu günədək iddiaçı bu müraciətə də cavab almamışdır. Bundan əlavə o, 11 mart 2015-ci il tarixdə iddiaçı AR İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ***-**-** saylı qaynar xəttinə zəng vuraraq gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlar barədə şikayətini bildirmişdir. Həmin Xidmətdən şikayət aidiyyəti üzrə baxılması üçün 13 mart 2015-ci il tarixdə AR Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Bu şikayətə də bu günədək cavab alınmamışdır. İddiaçının qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının baş prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər nazirinə və digər qurumlara ünvanlanmış müraciətləri aidiyyəti üzrə baxılması üçün Dövlət Gömrük Komitəsinə göndərilsə də, müraciətlərə bu günədək cavab verilməmişdir. Yalama stansiyasında sözügedən vaqona aid olan sənədlər araşdırma məqsədi ilə götürülərkən gömrük əməkdaşları tərəfindən tərtib olunmuş 04 mart 2015-ci il tarixli 74 saylı protokolla bağlı bu günədək iddiaçıya heç bir açıqlama verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab kimi Bakı Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş 21 yanvar 2020-ci il tarixli məktubda AR Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə istinad edərək qeyd olunmuşdur ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş halla rda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına idxalçı tərəfindən Bakı Baş Gömrük idarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmişdir. 4 mart 2015-ci il tarixdə iddiaçı Bakı Baş Gömrük İdarəsinə gedərək ünvanına gəlmiş şüşə yükü ilə bağlı məlumatı şifahi qaydada bildirmişdir. Yazılı olaraq müvafiq sənədləri də təqdim etməklə 13 mart 2015-ci il tarixdə müraciət etmişdir. Çünki sənədləri həmi n tarixdə əldə edə bilmişdir. 13 mart 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş bəyannamə də buna sübutdur. 22 iyun 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəisinə ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Lakin 25 iyun 2015-ci il tarixdə həmin vaqonun təyinatı Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilir. Bu barədə nə Bakı Baş Gömrük İdarəsində, nə də Sumqayıt Baş Gömrük İdarəsində ona heç bir məlumat verilməmişdir. 29 iyun 2015-ci il tarixdə təkrar Bakı Baş Gömrük İdarəsinin rəisinə yazılı ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə yükünün Azərbaycan Dəmir Yollan QSC-nin Biləcəri stansiyasının yük həyətinə məsul sa xlanca boşaldılması üçün icazə verməsini xahiş etmişdir. Bu müraciətlərə də bu günədək cavab alınmamışdır. 17 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yazılı məktubla müraciət edərək həmin İdarənin əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsini xahiş etsə də, müraciətləri cavablandırılmamışdır. Bunun nəticəsində gömrük orqanları əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, tərəfimdən gətirilmiş malların səbəbləri bildirilmədən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsin də vaqonun dəmiryolu stansiyasında boş dayanmasına səbəb olmuş, nəticədə mənə cərimələr yazılmış və beləliklə də gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. Vurulmuş zərərin məbləği aşağıdakı kimidir: vaqonun 146 gün ərzində Biləcəri stansiyasında dayanmasına görə 19.486,32 manat pul vəsaiti Biləcəri stansiyasının yük həyətinin kassasına ödənilmişdir. Bu məbləğin 4.271 manatının ödənilməsi öhdəliyi məhkəmə qərarı ilə Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Həmin məbləğ çıxıldıqda qalır: 19.486,32 – 4.271 = 15.215,32 manat. Bu pul vəsaitinə görə illik iyirmi faiz olmaqla beş il altı ay ərzində 5,5 x 20 = 110 faiz əlavə pul ödənilmişdir. Bu isə, 15.215,32 x 1,1 = 16.736,85 manat təşkil edir. 98.700 rubl pulu da "xxxx" ASC 6 avqust 2015-ci il tarixdə iddiaçıdan vaqonun dayanmasına görə əldən çıxmış mənfəət olaraq tələb etmiş və Milli Bankın həmin tarixə olan 1 rubl = 0,0166 manat məzənnəsi ilə 98.700 x 0,0166 = 1.638,42 manat pul vəsaiti ödənilmişdir. Ona dəyən mənəvi ziyan 10.000 manat qiymətləndirilir.

16. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində bir çox ziddiyyətli məqamlar vardır və məhkəmə araşdırması zamanı qeyd edilən məsələlərə aydınlıq gətirilməlidir. Bunlar aşağıdakılardan ibarətdir: 1) İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ona 43.590,59 manat zərər vurulmuşdur və bu ziyan ona ödənilməlidir. Buna baxmayaraq iddiaçı "xxxx" MMC-nin əməkdaşı “Vidadi adlı şəxs”in qanunsuz hərəkətlərindən bəhs edir. Belə olan təqdirdə Bakı Baş Gö mrük İdarəsi hansısa MMC-nin əməkdaşından edilmiş şikayətə görə niyə cavabdeh qismində tanınmalı və iddia təmin ediləcəyi təqdirdə Azərbaycan Respublikasının büdcəsindən iddiaçıya vəsait verilməlidir? 2) İddiaçı iddia ərizəsində qeyd edir ki, idxal olunmuş mallar barədə gömrük orqanına 4 mart 2015-ci il tarixdə şifahi şəkildə məlumat vermiş, daha sonra Bakı Baş Gömrük İdarəsində 13 mart 2021-ci il tarixli bəyannamə tərtib etmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən araşdırma aparılan zaman iddiaçının 2015-ci il ərzində İdarəyə heç bir gömrük bəyannaməsi təqdim etmədiyi müəyyən olunmuşdur. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük b əyannaməsi təqdim edilmədiyindən, gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də, 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Məlum olduğu kimi, gömrük rəsmiləşdirilməsinin aparılması iki tərəfli prosesdir. Qanunvericilikdə şifahi bəyan etmə yalnız fiziki şəxslər tərəfindən şəxsi istifadəsində olan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gətirilməsi zamanı nəzərdə tutulmuşdur (AR Nazirlər Kabinetinin 300 nömrəli qərarı). Kommersiya məqsədləri üçün gətirilmiş mallarla bağlı yazılı bəyan etmə olmazsa gömrük orqanı özbaşına gömrük rəsmiləşdirilməsinə başlaya bilməz. Belə olan təqdirdə Bakı Baş Gömrük İdarəsi niyə gö mrük rəsmiləşdirilməsinin aparılmasından imtina edilməsi səbəbilə cavabdeh qismində göstərilməlidir? 3) İddiaçı ərizəsində gömrük rəsmiləşdirilməsi məsələsinə toxunmayaraq 2015-ci ildən 2020-ci ilə keçmiş və 2020-ci ildə Bakı Baş Gömrük İdarəsinə ünvanladığı məktubdan bəhs etmişdir. İddiaçı idxal etdiyi mallara görə Bakı Baş Gömrük İdarəsində bəyannamə tərtib etdiyini bildirsə də, həmin bəyannaməni niyə gömrük orqanına təqdim etmədiyini açıqlamamışdır. İddiaçı həmin mallara görə bəyan etdiyi və Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən təsdiqlənmiş gömrük bəyannaməsini sübut qismində məhkəməyə təqdim etməyərək məhkəməni yanıltmağa yönəlmiş hərəkət etmişdir. İddiaçı malların kim tərəfindən, hansı əsaslarla Sumqayıt Baş Gömrük İdarəsinə bəyan edildiyini, gömrük ödənişlərinin ödənildiyini və göm rük rəsmiləşdirilməsi aparıldığını açıq şəkildə məhkəməyə bildirməlidir. İnzibati iş üzrə tam araşdırma aparılması üçün iddia ərizəsində adıçəkilən və telefon nömrələri göstəriləni şəxslər şahid qismində məhkəməyə çağırılmalıdır; 4) İddiaçı ərizədə iddia etdiyi “ziyan”ın məbləğini də dəfələrlə artırmış, ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sənədlərin əslini təqdim etməmiş, banka 5 il ərzində faiz ödədiyini yazaraq bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, niyə 5 il ərzində məhkəməyə müraciət etmədiyini əsaslandırmamışdır. Bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həm in iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşə baxan məhkəmə tərəfindən yuxarıda göstərdiyim əsaslar təəssüf ki, yoxlanılmamışdır. İddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, AR Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdir ilir. İdxalatçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli (hakim R.Kərimli) qərarı ilə iddia rədd edilmişdır.

18. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan malların müvafiq gömrük proseduru altında yerləşdirilməklə rəsmiləşdirilməsini idxalatçının iradəsi və müraciəti ilə şərtləndirir. Həmin müraciətin yazılı və şifahi şəkildə təqdim olunmasına gəldikdə isə, qanunvericilik hər iki bu halı nəzərdə tutur. Lakin hazırkı iş in hallarına görə İddiaçı RF-in Saratov şəhərindən onun ünvanına göndərilmiş “şüşə löhvələr”in müvafiq gömrük proseduru altında rəsmiləşdirilməsi ilə bağlı hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsinə 24 iyun 2015-ci il tarixdə müraciət etmişdir. Onun həmin malların adıçəkilən gömrük orqanına gömrük rəsmiləşdirilməsi üçün təqdim olunması niyyətini şifahi bəyan etməsi məsələsinə gəldikdə isə, növbəti gün, yəni 25 iyun 2015-ci il tarixdə malların iddiaçının razılığı ilə Sumqayıt Baş Gömrük İdarəsinə yönəldilməsi, bu niyyətin həmin ərəfədə konkret şəkildə mövcud olmasını istisna edir. Belə olan halda, İddiaçı RF-in Saratov şəhərindən idxal etdiyi şüşə lövhələrin gömrük orqanlarında bəyan olunması üzrə inzibati icraat çərçivəsində 25 iyun 2015-ci il tarixədək cavabdeh Bakı Baş Gömrük İdarəsinin öz vəzifəsindən, yəni gömrük nəzarəti və rəsmiləşdirməsindən yayınması halları hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir. Odur ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkət və hərəkətsizliyi təsdiqini tapmadığından, məhkəmənin qənaətinə görə İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutulması tələbinə dair iddiası əsaslı qiymətləndirilə bilməz.

19. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1312/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – X.Cəmilova sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 15215.32 manat pul və vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı ödənilmiş, iddia qalan hissədə rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, öz qərarını onunla əsaslandırmışdır ki, gömrük orqanları əsassız olaraq öz vəzifəsindən – gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən malları n rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət dəmir yolu stansiyalarında saxlanılmaqla, vaqonların boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də iddiaçıya gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. İddiaçı tərəfindən vaqonlardan istifadəyə və yükün qorunmasına görə ödənilmiş pul məbləği ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh gömrük orqanı əsassız olaraq öz vəzifəsindən – gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayındığından, bu səbəbdən iddiaçı vaqonun saxlanılması və yükün qorunmasına görə "xxxx" QSC-yə cərimə ödədiyindən, ödənilmiş cərimə məbləği gömrük orqanlarının təqsiri üzündən olduğundan iddiaçı bu pulu tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının eyni məsələ ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə qarşı verdiyi iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının da hüquqi mövqeyi yuxarıda göstərilən kimi olmuşdur (2-1(102)- 1886/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərar).

22. Hazırki işin faktiki hallarının yuxarıda qeyd olunan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan inzibati işin faktiki halları ilə eynilik təşkil etdiyini və həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarında müəyyən edilmiş halların bu işdə preyudisial əhəmiyyət daşıdığını, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı adına gəlmiş malların xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Bakı Baş Gömrük İdarəsində qanunsuz olaraq saxlanılması ilə bağlı həmin yükün qorunması və vaqondan istifadəyə görə ödədiyi 15215,32 manat (19486,324271=15215,32) pulu ona dəymiş zərər olaraq bu iş üzrə cavabdeh inzibati orqandan tələb etməkdə haqlıdır və onun bu tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

23. İddiaçının tələb etdiyi 15215,32 manat məbləğə görə illik 20% olmaqla, 16736,85 manat (5,5x20=110 faiz, 15215,32x1,1=16736,85) banka ödədiyi faiz məbləğinin tələbinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən əlavə faiz ödədiyinə istinad etdiyi kredit vəsaitinin X2 Bakı filialı ilə xx.xx.2016-cı il tarixdə bağladığı kredit müqaviləsinə əsasən 36 ay müddətinə götürdüyü (i.v. 130-da bank hesab çıxarışı) müəyyən olunsa da, iddiaçı bankdan götürdüyü kreditin hazırki iş üzrə istinad etdi yi hallarla bağlı olduğunu və yaxud da həmin kredit vəsaitinə görə ödəməli olduğu faizləri ya da bu faizlərdən əlavə faiz (16736,85 manat) ödəməsinin cavabdeh orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyini sübuta yetirə bilmədiyi üçün onun bu tələbi əsassızdır və təmin edilməməlidir.

24. İddiaçının “adına mal göndərən "xxxx" ASC tərəfindən əldən çıxmış mənfəət olaraq ondan tələb edilmiş 98700 rubl pulun həmin tarixə olan məzənnə ilə ödədiyi 1638,42 manatın cavabdehdən tutulmalı olduğu” barədə tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu barədə yalnız "xxxx" ASC tərəfindən ona ünvanlanmış pretenziya məktubunu (i.v.11-12) təqdim etmiş, lakin həmin məktubla ondan tələb olunan vəsaitin onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təq dim etmədiyi üçün onun 1638,42 manat pulu cavabdehdən tələb etməsi barədə iddia tələbi də əsassızdır və təmin edilməməlidir.

25. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman (2015-ci ildən bəri) adına gələn malın gömrük rəsmiləşdirilməsinə nail olub, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.

26. Cavabdeh kasasiya şikayəti verərək apellyasiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, cavabdeh iş materiallarında olan 10 dekabr 2020-ci il tarixli məktubunda mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün cavabdehə iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyini göstərmişdir. Cavabdeh sərhəd gömrük orqanı deyil və qeyd olunan protokol cavabdehin vəzifəli şəxsi tərəfindən tərtib edilməmişdir.

28. İş materiallarına əsasən iddiaçının cavab dehə gömrük rəsmiləşdirilməsinin aparılması ilə bağlı xx.xx.2015-ci il tarixli müraciətinin xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən qəbul edildiyi müəyyən olunsa da, kollegiya Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin iş materiallarında olan cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi barədə qərarlarına istinad etmiş, lakin qeyd edilən halın mövcudluğunu və ayrıca araşdırılmalı olduğunu nəzərə almamışdır. Eyni zamanda kollegiya oxşar iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarında müəyyən edilmiş halların bu iş üzrə preyudisial əhəmiyyət daşıdığını qeyd etmiş, lakin, İnzibati Prosessual Məcəllənin və Mülki Prosessual Məcəllənin müvafiq olaraq 58.8-ci və 82.4-cü maddələrinin tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayə t təqibi üzrə qüvvəyə minmiş digər qərarının inzibati işə, mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğunu nəzərdən qaçırmışdır.

29. Eyni zamanda kollegiya "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının tələblərini pozaraq cavabdehin hərəkəti və ya hərəkətsizliyi ucbatından iddiaçıya mənəvi zərər vurulması sübut olunmadığı halda vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat pulun tutulmasını qərara almışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apelly asiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11,2005-ci il tarixli Qərarının 2.4-cü bəndində göstərilir; Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı cavabdeh kassasiya şikayətində MPM-nin 89.3, 386 və 418.1-ci maddələrinin və İPM-nin 90.3 və 92.0.6-cı maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunu Maddə 1 Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1 İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.6 İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (h ərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

33. Azərbaycan Respublikası Gömrük Məcəlləsi Maddə 1.0.1 Bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Maddə 1.0.11 Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formad a gömrük orqanına təqdim olunan sənəddir. Maddə 1.0.19 Gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 48.1 Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. Maddə 48.3 Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Maddə 52.1 Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. Maddə 70.1 Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, g ömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Maddə 70.2 Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat uçotu sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək hüququna malikdirlər. Maddə 104.1 Gömrük rəsmil əşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2 Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 106.1 Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. Maddə 121 Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır. Gömrük nəzarəti zonasında saxlanılan malları n ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Maddə 162 Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindək i məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı 35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azə rbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də kassasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi “cavabdeh sərhəd gömrük orqanı deyil və qeyd olunan protokol cavabdehin vəzifəli şəxsi tərəfindən tərtib edilməmişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş 74 nömrəli protokola əsasən Rusiya Federasiyası Saratov şəhəri "xxxx" şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri 04 mart 2020-ci il tarixdə araşdırılma üçün götürülmüşdür. Göründüyü kimi, cavabdehin özü tərəfindən tərtib olunmuş protokolda iddiaçının sənədlərinin yoxlama üçün götürüldüyü qeyd edilmişdir. İddiaçının sənədləri gömrük rəsmiləşdirilməsi üçün yetərli deyildirsə və ya hər hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq yuxarıda istinad olunan normalara əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə, gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya ve rməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir.

45. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən həm gömrük orqanlarına, həm də müxtəlif aidiyyəti orqanlara müraciət etmiş, müraciətləri nəticəsiz qalmış, sonunda mətbuat vasitəsilə yaranmış problemi ictimailəşdirərək malların rəsmiləşdirilməsinə nail ola bilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, gömrük orqanları əsassız olaraq öz vəzifəsindən – gö mrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən malların rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət dəmir yolu stansiyalarında saxlanılmaqla, vaqonların boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də iddiaçıya gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur.

47. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmək istərdi ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin preambulasında qeyd edilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Həmin Məcəllədə gömrük orqanlarının vəzifələrinə gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək (8.0.5); mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək (8.0.6); malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq (8.0.8); gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək (8.0.17); dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək (8.0.27) aid edilmişdir

48. Qeyd edilənlərə əsasən, qanunvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat vermək, rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərait yaratmaq, sənədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərilərək müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir.

49. Bununla da məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı adına gəlmiş malların xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Bakı Baş Gömrük İdarəsində qanunsuz olaraq saxlanılması ilə bağlı həmin yükün qorunması və vaqondan istifadəyə görə ödədiyi 15215,32 man at (19486,32- 4271=15215,32) pulu ona dəymiş zərər olaraq bu iş üzrə cavabdeh inzibati orqandan tələb etməkdə haqlıdır və onun bu tələbi əsaslı olduğu üçün təmin edilməli barədə gəldiyi nəticə iş materiallarına və hazırkı qərarda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğundur.

50. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1312/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar