Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-224/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması; ödənişsiz məzuniyyət müddətinin sosial sığorta stajına aid edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qa rşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2620/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, imtinasında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci i l tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olması əsası ilə qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsindən imtina etmişdir.
3. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər nəzərə alındıqda, 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçini n xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. cavabdehin etirazı:
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrləri də nəzərə alınmaqla) ümumilikdə 18 il 8 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Radio zavodu (hal hazırda "xxxx" MMC) ilə aparılan monitorinq nəticəsində müəyyən olunmuş sözügedən zavoddakı xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrlərdə, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Habelə, iddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı 5.712 manat təşkil edir. xx.xx.2006-cı il tarixədək qeydə alınmış 5.712 manat pensiya kapitalının yaşa görə pensiya hüququ yarandığı xx.xx.2022- ci il tarixə indeksləşdirilmiş məbləği 15.178,28 manat təşkil edir ki, bu da minimum pensiya kapitalı məbləğindən (34.560 manat) aşağıdır. Həmçinin, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4273/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ö dənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə ödənişsiz məzuniyyət dövrünün iddiaçının ümumi stajına daxil edilməsi ilə bağlı münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Cavabdehin sözügedən dəlili, yəni ödənişsiz məzuniyyət dövrünün ümumi iş stajına daxil edilməməsi əmək pensiyaları haqqında qanunvericiliklə də təsdiqini tapmır. Belə ki, ödənişsiz məzuniyyət dövrünün s osial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunvericiliklə nəzərdə tutulmamışdır.
10. Digər tərəfdən, “Məzuniyyətlər haqqında” xx.xx.1997-ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəaları məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun xx.xx.1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır.
11. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə (vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq) ödənilir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş əmrlərdən görünür ki göstərilən illər ərzində boşdayanmanın məhz işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır. Belə ki, həmin əmrlərdən də göründüyü kimi idd iaçının boşdayanmasına əsas olan əmrlər təkcə ailə vəziyyəti ilə əlaqədar deyil, həmçinin başqa işə keçirilmə, o cümlədən müvəqqəti işin olmaması əsası ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının uzun müddət ərzində ödənişsiz məzuniyyətdə olması hər bir halda onun şəxsi iradə ifadəsindən asılı olmamışdır.
13. Diqqətəlayiq məqamlardan da biri odur ki, hər nə qədər iddiaçının ödənişsiz məzuniyyətdə olmasını təsdiq edən əmrlərin çoxu “ailə vəziyyəti ilə əlaqədar” adı altında rəsmiləşdirilsə də, həmin əmrlərdə göstərilənlər şübhə yaradır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, işəgötürən və işçi arasında qurulan əmək münasibətləri həmin dövrdə qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi ilə tənzimlənirdi. Həmin Məcəllənin 74-cü maddəsində qeyd olunmuşdur ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər.
14. Göründüyü kimi qüvvədə olan qanunvericilik ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətin verilməsini nəzərdə tutmuşdur. Buna baxmayaraq, Bakı "xxxx" Zavodu təkcə iddiaçıya deyil, ümumiyyətlə bir çox şəxsə münasibətdə ödənişsiz məzuniyyətin verilməsini ailə vəziyyəti əsası ilə rəsmiləşdirmişdir.
15. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının ödənişsiz məzuniyyətə cəlb edilməsi ailə vəziyyəti ilə əlaqədar olmamış, boşdayanma ilə bağlı da olmuşdur.
16. Hazırkı mübahisəyə münasibətdə boşdayanmanın işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır.
17. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır.
18. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1518/2020 saylı iş üzrə qəbul etdiyi qərarında da nümayiş olunmuşdur.
19. Məhkəmə həmin dövr üzrə ödənilməyən məcburi sosial sığorta haqlarına münasibətdə qeyd etmişdir ki, alınan əmək haqqından məc buri dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
20. Göründüyü kimi xx.xx.2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 20022005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan xx.xx.2006-cı il tarixinə yar anmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə xx.xx.2006-cı il tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının Radioquraşdırma Zavodunda işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilib ödənilməməsi mühüm rol oynamır.
21. Beləliklə, iddiaçının ümumi iş stajının 25 ildən olduğu müəyyən olunur ki, bu da onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat 2
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2620/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4273/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı hərbi xidmət dövrləri də nəzərə alınmaqla ümumilikdə 18 il 8 ay təşkil edir. Habel ə, iddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı 5.712 manat təşkil edir. xx.xx.2006-cı il tarixinədək qeydə alınmış 5.712 manat pensiya kapitalının yaşa görə pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 15.178,28 manat təşkil edir ki, bu da minimum pensiya kapitalı məbləğindən (34.560 manat) aşağıdır.
27. Həmçinin iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. İddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
28. Məhkəmə qərarında sözügedən mübahisəli dövr üzrə əsassız olaraq bildirmişdir ki, öd ənişsiz məzuniyyət dövrünün işçinin əmək stajına daxil edilməməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericilikdə bu xüsusatın əks olunmamasını əsası olmadan “qazanılmış hüquq” konsepsiyasından yanaşaraq, qanunvericilikdə əks olunmayan yenilik yaratmağa çalışmışdır. Belə ki, hətta Ali Məhkəmənin bilavasitə yurisdiksiyasında əksini tapmış analoji iş üzrə 2(102)-1992/2021, 2-1(102)-1527/2021, 2-1(102)-40/2022 nömrəli məhkəmə qərarlarında də bildirilmişdir ki, ödənişsiz məzuniyyət dövrü iddiaçının əmək fəaliyyətli iş dövrü olaraq təzahür edə bilməz. Eləcə də, 2-1(102)-40/2022 nömrəli məhkəmə işi üzrə Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, ödənişsiz məzuniyyət dövrünün işəgötürənin təqsiri üzündən baş verməsi belə özü-özlüyündə vəziyyəti id diaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.
29. Bundan başqa, məhkəmə Əmək Məcəlləsinin 146 və 169-cu maddələrinə istinadən qeyd etmişdir ki, “məhkəmə icraatı zamanı təqdim olunmuş əmrlərdən görünür ki göstərilən illər ərzində boşdayanmanın məhz işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır. Belə ki, həmin əmrlərdən də göründüyü kimi iddiaçının boşdayanmasına əsas olan əmrlər təkcə ailə vəziyyəti ilə əlaqədar deyil, həmçinin başqa işə keçirilmə, o cümlədən müvəqqəti işin olmaması əsası ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının uzun müddət ərzində ödənişsiz məzuniyyətdə olması hər bir halda onun şəxsi iradə ifadəsindən asılı olmamışdır.” Sözügedən sitata əsasən, birinci instansiya mə hkəməsi qanunun müvafiq maddələrini yanlış təfsir etmiş və nəticədə iş üzrə müvafiq olaraq, iddiaçının əgər işəgötürənin səhvi ucbatından boşdayanma səbəbilə ödənişsiz məzuniyyət dövrü yaranmışdırsa, bu zaman o tələb olunan məbləği işəgötürən tərəfindən əldə etmişdirmi və bunu təsdiq edəcək sübut məhkəməyə təqdim edilmişdirmi?
30. Bununla əlaqədar olaraq cavabdeh bildirir ki, iddiaçı tərəfindən məhkəmə prosesinə dəvət edilmiş şahid öz ifadəsində qeyd etmişdir ki, o, həmin müəssisədə işləsə də iddiaçı ilə eyni bölmədə fəaliyyət göstərməmiş, sadəcə iddiaçının sözügedən müəssisəyə gəlib-getdiyini görmüşdür. Eləcə də, müvafiq müəssisədə işlədiyi dövrlər üzrə heç bir problem yaşamadan yaşa görə əmək pensiyası aldığı təqdirdə və mübahisələndirilən dövrlər üzrə əmək fəaliyyətində işəgötürənin t əqsiri ucbatından boşdayanmaların olması ilə bağlı heç bir fakt irəli sürmədiyini nəzərə alaraq, məhkəmə tərəfindən boşdayanma ilə bağlı fikirlərin irəli sürülməsi özü-özlüyündə əsassızdır. Həmçinin, şahidin iddiaçı ilə eyni bölmədə işləməməsi və məhkəmənin bilavasitə özü tərəfindən tədqiq edilmiş, iddiaçının əmək kitabçasında əks olunmuş və işlədiyini iddia etdiyi bölmə üzrə arxiv sənədlərində bir çox işçinin adı qeyd olunsa da iddiaçıya rast gəlinməmiş, eləcə də sözügedən bölmədə fəaliyyət göstərən digər işçiləri tanımadığı məhkəmə tərəfindən müəyyən olunmuşdur
31. Məhkəmənin istinad etdiyi Ali Məhkəmənin 2-1(102)-541/2022 nömrəli iş üzrə qərarında oxşar iş üzrə nəzərə aldığı nüanslar hazırki işə şamil oluna bilməz. Çünki müvafiq iş üzrə kassasıya instansiyası “cavabdeh tərəfindən iddiaç ının əmək kitabçasında qeyd edilən iş dövrü ilə əlaqədar olaraq sonuncunun məzuniyyətə çıxması ilə bağlı əmrin mövcud olmadığı və həmin dövrlər üzrə əməkhaqqı almasını təsdiq edən arxiv sənədlərinin mövcud olması” faktına istinad etmişdir. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən tədqiq olunmuş sənədlərdə, iddiaçının ödənişsiz məzuniyyətlə bağlı əmrlərinin olması və əməkhaqqı almasını sübuta yetirən arxiv sənədlərinin olmadığı nəzərə alınmalıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1100/2021 saylı iş üzrə qərarında qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdə əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti m üddəti daxildir. Göründüyü kimi iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qey d. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hal larda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
39. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatl arına əsasən;...
40. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına, o olmadıqda işəgötürənin arayışına və ya dövlət arxivinin arayışına əsasən müəyyən edilir.
41. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi).
42. Bununla yanaşı, cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi üçün sübutlar təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi).
43. Cavabdeh iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, xx.xx.2006cı il tarixədək 18 il 8 ay iş stajını mübahisələndirmir.
44. Tərəflərin təqdim etdikləri və apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırılmış sənədlərə görə, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə təhsili almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Ağdam dəzgah avadanlıqları zavodunda işləmiş, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətini “Bakı Radiozavod ”da davam etdirmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. 45. “Bakı Radiozavod”da işlədiyi müddətdə xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək, yəni əmək kitabçasının (o olmadıqda işəgötürənin arayışının və ya dövlət arxivinin arayışının) nəzərə alınmalı olduğu son müddətədək ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.
46. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmə k müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
47. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamışdır. Bu, hətta işəgötürənin təqsiri üzündən baş verdiyi halda belə, özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.
48. Məhkəmə kollegiyası nəzərə alır ki, Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin norm al ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
49. Apelly asiya instansiyası məhkəməsinin əsaslandığı Əmək Məcəlləsinin 146cı maddəsinin hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu 2007-ci ilədək olan 10 ilə yaxın müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir.
50. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlara əsasən, 1995-ci ili fevral ayı, 1998-ci ilin aprel, may, iyul və dekabr ayları ist isna edilməklə, 1995-2007-ci illər üzrə iddiaçının əmək fəaliyyəti olmamış, ona əmək haqqı hesablanmamışdır.
51. Göründüyü kimi, 1995-2006-cı illər ərzində iddiaçının əmək fəaliyyətinin olmadığı müddətləri onun iş (sığorta) stajına daxil etməkdə məhkəmə haqlı olmamışdır.
52. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2620/2023 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.