Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-224/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarına müdaxilə etməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 21(104)-567/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və cavabdeh 24 noyabr 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ona xx.xx.2018-ci il tarixində yaşa görə əmək pensiyası təyin edil mişdir. Daha sonra əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən onun əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği onun əmək pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəniş lərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial sığorta kartında toplanmış pullar nəzərə alınmaqla pensiyasının yenidən ədalətli hesablanaraq artımın pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildə, o, Rusiyanın Samara şəhərində texniki universiteti bitirəndən sonra, Təhsil Nazirliyinin təyinatı ilə Bişkekdəki Selmas zavoda işə göndərilmişdir. 1993-cü ildə zavodun parçalanması ilə əlaqədar işdən çıxmışdır. 1993-cü ildən 2005-ci ilə kimi heç bir yerdə işləməmişdir. Həmin müddət ərzində iş axtarsa da tapa bilməmişdir. Buna görə də həmin müddət onun əmək stajına daxil edilməlidir. Bundan əlavə iddiaçı 2005-2019-cu illə rdə müəllim işləsə də əmək haqqı çox az olduğundan yığım kapitalı az olmuşdur. Bu səbəbdən də yığım kapitalı 1.5 vurulmaqla yenidən hesablanmalıdır. Eyni zamanda iddiaçı 2009-cu il tarixdə işdən çıxarılsa da, Gədəbəy rayon məhkəməsinin qətnaməsi ilə işə bərpa edilmiş və illik əmək haqqı özünə qaytarılmışdır. Lakin buna baxmayaraq 2009-cu il onun stajına hesablanmamış, eyni zamanda yığım kapitalına daxil edilməmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini “1993-2005-ci illərin ona iş stajı kimi sayılması, yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanması, 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdə n yığım kapitalına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
7. Gəncə İnzibati Məhkəmənin 2-1(114)-1540/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir
8. Gəncə İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(114)-1540/2024 nömrəli qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1993-2005-ci illərin ona iş stajı kimi sayılmasını xahiş etsə də, həmin dövrlərdə işləməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, həmçinin, iddia ərizəsində də həmin illərdə işləmədiyini özü qeyd edərək, etiraf etmişdir. Bu halda həmin dövr iş illəri kimi nəzərə alına (sosial sığorta stajına daxil edilə) bilməz.
10. Eyni zamanda, iddiaçı onun yığım kapitalın ın 1.5-ə vurulub pensiyasının yenidən hesablanmasını tələb etsə də, onun pensiya kaptalının hansı əsasla 1.5 əmsala vurulmasını əsaslandıra bilməmiş, pensiya qanunvericiliyində isə belə bir hal nəzərdə tutulmamışdır.
11. İddia tələbinin 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(041)-319/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Gədəbəy rayonu Maarif kənd orta məktəbinə öz əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi, əmək haqqının ödənilməsinin Gədəbəy rayon təhsil şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Ona görə də, iddiaçıya məxsus sığortaolunanın hesa bından çıxarışdan da göründüyü kimi, 2009-cu il üzrə ödənişlər onun fərdi şəxsi hesabında əks olunmuşdur.
12. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-567/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər X6 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(114)-1540/2024 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələb mövcud deyildir. İddiaçı cavabdehdən pensiya qanunvericiliyində nəzərdə tutulmayan ha lların qəbul edilməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına müdaxilə olmamış və hüququnun pozulması faktı mövcud deyildir. Belə olan halda isə iddianın mümkünlük şərtləri yaranmamışdır. Məhkəmə kollegiyası iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin, Mülki Prosessual Məcəllənin maddələrinə istinad edilərək qeyd edilir ki, apel yasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz.
17. Belə ki, 30 may 2018-ci il tarixdə iddiaçının pensiyası səhv hesablanmışdır. 2006cı ilə qədər 19 il 10 ay staja görə hesablanmış, 2006-cı ildən sonra isə yığım kapitalına görə hesablanmışdır. Belə bölüb hesablanmaqla iddiaçının stajı tam olmamış, nə də yığım kapitalı yetəri miqdarda olmamışdır. Yığım kapitalı lazımi qədər ola da bilməzdi. Çünki, həmin vaxtlar müəllimin aylıq əmək haqqı çox az olmuşdur. Ona görə də pensiyasının düzgün hesablanması üçün ya bütün illərə yığım kapitalı hesablanıb onu 1.5-ə vurub pensiya yenidən hesablanmalı, ya da pensiya ümumi staja görə hesablanaraq yığım kapitalı nəzərə alınmamalıdır. Ümumi stajın 25 il yetərli olduğu halda iddiaçının 36 il ümumi stajı vardır. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bild irməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan m araqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
28. Yuxarıda qeyd edilən Plenum qərarında əks edilmiş mövqeyi hazırkı işə tətbiq edərkən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddianı mümkün saymamaqla qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir.
29. Belə ki, dəqiqləşdirilmiş iddia tələbindən aydın olur ki, iddiaçının tələbi üç hissədən ibarətdir: 1. 1993-2005-ci i llərin ona iş stajı kimi sayılması; 2. yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanması; 3. 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması. 1993-2005-ci illərin iş stajı kimi sayılması
30. Mübahisəli illərlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, əvvəla iddiaçının özü həm iddia ərizəsində, həm də apelyasiya və kassasiya şikayətlərində həmin dövrlərdə işləmədiyini etiraf etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasınd a lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Hazırki işdə iddiaçının qeyd edilən dövrlərdə işləməsini təsdiq edən hər hansı bir sənəd olmadığından 1993-2005-ci illərin iddiaçının iş stajına daxil edilməsi qanuni tələb deyildir. Yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanması
32. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyasının yenidən hesablanma qaydası “Əm ək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” ilə tənzimləyir. Lakin həmin Qaydada yığım kapitalının 1.5-ə vurulması ilə bağlı hər hansı norma yoxdur. 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunması
33. Məhkəmə kollegiyası bu hissədə də iddiaçının tələbini qanuni hesab etməyərək bildirir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(041)-319/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Gədəbəy rayonu Maarif kənd orta məktəbinə öz əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi, əmək haqqının ödənilməsinin Gədəbəy rayon təhsil şöbəsinin üzərinə qoyulması qət edilmişdir.
34. B undan əlavə iddiaçıya məxsus sığortaolunanın hesabından çıxarışdan görünür ki, 2009-cu il üzrə ödənişlər onun fərdi şəxsi hesabında əks olunmuşdur (iş vər 56-60).
35. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı vəziyyətdə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələb mövcud deyildir.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən pensiya qanunvericiliyində nəzərdə tutulmayan halların qəbul edilməsini tələb edir. Eyni zamanda iş üzrə cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına müdaxilə olunması, hüququnun pozulması faktı da öz təsdiqini tapmır. Belə olan halda isə iddianın mümkünlük şərtləri yaranmış olmur.
37. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanu nvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(104)-567/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.