Məhkəmə qərarları › İş №2-1(102)-2240/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2240/2019

03.07.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2240/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Xəqani Məmmədov, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “fərdi yaşayış evinin tikintisi üçün cavabdehə təqdim edilmiş layihənin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 12 mart 2019-cu il tar ixli, 2-1(103)-445/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 ünvanda mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsindən imtina edilməsinə dair Bakı şəhər Cavabdeh Q-238 saylı, 10.01.2018-ci il tarixli cavabın qanunsuz hesab edilib, ünvan 1 ünvanda mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 31.10.20 18-ci il tarixli iş № 2-1(82)-4112/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianıntəmin edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.10.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.03.2019-cu il tarixli iş № 2-1(103)-445/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Baxışova və H.Həmidov) qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4112/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı ca vabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 2 ünvanında mülkiyyətində olan tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmamasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,fərdi yaşayış evinin tikintisinə icazə alınması qanunla tələb olunmadığına baxmayaraq, Cavabdeh son iki il ərzində tikintiyə icazə verilməsinin özünə aid olduğunu bildirmiş, eyni zamanda polis orqanı vasitəsi ilə tikinti işləri aparmağına əsaslı maneələr törətmişdir ki, bu da məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qərardadının əsaslandırıcı hissəsinin sonunda hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbinə bağlı cavabd eh orqana ilkin müraciəti olmadığından, əvvəlki müraciətinin hazırkı iddia tələbi ilə əlaqəsi olmadığından, cavabdehin belə bir səlahiyyəti olmadığından və inzibati icraat qaydasında məhkəmə mübahisəsi mövcud olmadığından cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4112/2018 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Yuxarıda sadalananlara əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi ilə bağlı cavabdeh orqana ilkin olmasa da ikinci müraciəti olmuş, əvvəlki müraciətimiz hazırkı iddia tələbi ilə əlaqəli olmuş, Cavabdeh yerli hökumət funksiyası daşıdığından bütün səlahiyyətlərə malik olmuş, inzibati icraat qaydasında məhkəmə mübahisəsi mövcud olmuş və mövcuddur. Məhkəmə kollegiyası tətbiq olunmalı qanunu deyil, tətbiq olunmamalı qanunu tətbiq etməklə əsassız olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etməkdə haqlı olmamışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh fərdi yaşayış evinin tikintisinə razılıq verməməsinin səbəbini ərazi zonasındakı tikintinin miqyasına əsasən ərazi tikinti sıxlığı əmsalının imkan verməməsi ilə əsaslandırmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün təqdim edilmiş layihənin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılmasından imtina edilməsi qanunsuz və əsassız olmuşdur. İşə əlavə edilmiş ******* nömrəli, RX seriyalı çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən göründüyü kimi, ünvan 3 ünvanında yerləşən 0,0734 hektar torpaq sahəsi xüsusi mülkiyyətindədir. İşə əla və edilmiş “xxxx” ASC tərəfindən verilmiş 25 sentyabr 2017-ci il tarixli, 005/2/1997-tş nömrəli texniki şərtin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün adına olan texniki şərt hazırlanmış və təsdiq edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.10-cu maddəsinə əsasən tikinti obyektləritikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular, həmin Məcəllənin 3.0.11-ci maddəsinə görə isə bina-insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti hesab olunurlar. Həmin Məcəllənin 5.1-ci, 5.1.4-cü və 5.1.10cu maddələrinə əsasən tikintiyə icazə habelə tikinti obyektlərinin istismarına icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərindən biridir. Həmin Məcəllənin 5.2ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafıq icra hakimiyyəti orqanı tərəfındən həyata keçirilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79–80-cı maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafıq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafıq icra hakimiyyəti orqanına məlumat v erir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafıq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)-445/2019 saylı qərardadının ləğv edib işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadının ləğv edib işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı də, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019cu il tarixli qərardadının ləğv edib işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasınagəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosess ual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati -İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 12 mart 2019-cu il tarixli, 2-1(103)-445/2019 saylı qərardadla, cavabdeh Bakı şəhəri Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4112/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 2 ünvanında mülkiyyətində olan tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaçının mümkün sayılmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.3, 34, 35.1-ci maddələrinə, Tikinti Məcəlləsinin 80, 80.1, 80.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi ilə bağlı cavabdeh o rqana ilkin müraciəti olmadığından, iddiaçının əvvəlki müraciətinin hazırkı iddia tələbi ilə əlaqəsi olmadığından, cavabdehin belə bir səlahiyyəti olmadığından və inzibati icraat qaydasında məhkəmə mübahisə mövcud olmadığından cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(82)-4112/2018 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəyə görə iddiaçı cavabdehə qarşı ünvan 2 ünvanında mülkiyyətində olan tikinti obyektinin layihəsinin memarlıqplanlaşdırma bölməsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, cavabdeh orqana bu tələblə bağlı hər hansı ilkin müraciət etməmişdir. Belə ki, iş materiallarınd an göründüyü kimi, 08 dekabr 2017-ci il tarixli iddiaçının cavabdeh orqana müraciət ərizəsində, o, qeyd edilən ünvanda bütün tikinti şərtlərini əsas tutaraq, hündürlüyü 12 metr, aşırımları 6 metrdən az, 3 mərtəbəli fərdi yaşayış evi tikmək istədiyini və cavabdeh orqandan ev tikintisinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli,·29 avqust 2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında olan 0,0734 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hazırkı iş üzrə isə iddiaçının iddia tələbi mülkiyyətində olan tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin təsdiq edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasıdır. İddiaçının cavabdeh orqana ilkin müraciəti olmuş olsa b elə, cavabdehin həmin vəzifəni yerinə yetirmək səlahiyyəti yoxdur. Həmçinin apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin sənədləşdirilməsi ilə bağlı icraat Azərbaycan Respublikası Tikinti Məcəlləsinin 80, 80.1 və 80.2-ci maddələri ilə tənzimlənir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintisinə icazə alınması qanunla tələb olunmadığı üçün inzibati icraat qaydasında məhkəmə mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkət sizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə əlaqədar olaraq ilk öncə cavabdehin iddiaçının sözügedən məsələ ilə bağlı yazılı müraciətinə verdiyi imtina cavabına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, cavabdehin 10 yanvar 2018-ci il tarixli imtina cavabında göstərilmişdir ki, bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə b ağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında qərarın ərazi zonalarında yol verilən tikintinin miqyasına əsasən, ərazi tikinti sıxlığı əmsalı imkan vermədiyindən xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir. Beləliklə, cavabdeh apelyasiya məhkəməsindən fərqli olaraq məsələnin inzibati icraat qaydasında məhkəmədə baxılmalı olmamasını bildirmir, belə ki, fərdi yaşayış tikintisinə icazə alınması qanunla məlumatlandırma şəklində tələb olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1, 57.2, 57.2.1, 57.2.2, 57.2.3, 57.2.4, 57.2.5, 57.2.6, 57.2.7, 57.2.8-ci maddələrinə əsasən hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: qanunun tələbinə görə yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır, sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır, əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri) və tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79–80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1, 75.2, 75.2.1, 75.2.2, 75.2.3, 75.3 və 75.4-1-ci maddələrinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış m əntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Müvafıq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. İşin həqiqi hallarından göründüyü kimi, tikintiyə icazə verilməsi barədə cavabdehə 2017-ci ildə rəsmi qaydada müraciət etmiş, o, aylarla cavabı yubadaraq məni get-gələ salmışdır. Hazırkı halda həmin icazə məhz c avabdehi məlumatlandırmaq deməkdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1, 76.2 və 76.3-cü maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyina tı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafıq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafıq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur. Qeyd edilməlidir ki, iddiaçının cavabdehə təqdim etdiyi eskiz layihəsinə əsasən iddiaçınin mülkiyyətində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3, hün dürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evinin tikintisi planlaşdırılmışdır ki, həmin tikinti obyektinin tikintisinə icazənin alınması tələb olunmur və yalnız məlumatlandırma ilə kifayətlənilir. Lakin cavabdeh bu halı da nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə yanlış olduğundan kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikay əti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 21(103)-445/2019 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar