Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2240/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iş üzrə Açar sözlər: əlilliyə görə pensiya təyin edilməsi üçün pensiya kapitalının mövcudluğunun yoxlanılmaması, Ali Məhkəmənin göstərişlərinin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “müvafiq illərin sığorta stajına daxil edilməklə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2021 nömrəli, 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.xxxx-ci il təvəllüdlü iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən sonra 04.06.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı ərizə ilə DSMF-nin Sabunçu rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Sabunçu rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya 14.08.2019-cu il tarixli **********6 saylı məktubla cavab verərək bildirmişdir ki, onun 1993-2006-cı illərə aid əmək stajı yoxlanarkən öz təsdiqini tapmamışdır. 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta kapitalı olmadığına görə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 yanvar 1993-ci il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajına daxil edilməklə 2-ci q rup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci, 21.1-ci və 21.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci və 33.2-ci maddələrinə əsasən, onun 25 yanvar 1993-cü il tarixdən 2006-cı il tarixədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmaqla ona 2-ci qrup əlilliyə görə əmək pen siyası təyin edilməlidir.
5. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3212/2019 saylı, 27 dekabr 2019- cu il tarixli qərarı ilə (hakim-R.Kərimli) iddia təmin edilərək İddiaçı 25 yanvar 1993-ci il tarixdən 2006-cı ilədək Neft Kəmərləri İdarəsinin tabeliyində olan Mərkəzi İstehsalat Xidmət Bazasında 2-ci dərəcəli təsərrüfatçı, mühasib və mühasib-xəzinədar vəzifələrində işlədiyi dövrlər iş stajına kimi nəzərə alınmaqla, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş stajının yoxlanılmasının nəticə verməmə si həmin illərin sığorta stajına daxil edilməməsinə əsas verə bilməz. Həm də nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Belə olan halda cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin imtinası qanuna zidd və iddiaçının hüquqla rının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir
8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1735/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Z.Quliyev və R.Nəbizadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1070/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, apellyasiya istansiyası məhkəməsi iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajını müəyyən etmədiyi halda, iddiaçının pensiya təyin olunması üçün iki dəfədən artıq staja malik olduğunu bildirmişdir. Bundan başqa, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtinasının bir əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında əksini tapmış «1993-2006-cı illərə aid əmək stajı yoxlanılarkən öz təsdiqini tapmadığına görə» pensiya təyin etməkdən imtina olunmuşdur. Məhkəmələr cavabdehin bu dəlilini ətraflı araşdırmamış, bu yoxlamanın nəyə əsasən aparıldığını, hansı sənədləri əhatə etdiyini müəyyən etməmiş, iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üçün iddiaçının işlədiyi müəssiəyə, arxiv idarəsinə sorğular verməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamış, bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının sığorta kapitalının olmaması halı sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilikdə əsasən 01.01.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Hətta iddiaçınin əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajından artıq staja malik olması, özlüyündə ona zəruri olan məbləğdə pensiya kapitalın ın olması barədə nəticəyə gəlməyə əsas vermir. d) apellyasiya intansiya məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), A.Hüseyn və S.Bektaşi) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2-1(82)-3212/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtinasının bir əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında əksini tapmış «19932006-cı illərə aid əmək stajı yoxlanılarkən öz təsdiqini tapmadığına görə» pensiya təyin etməkdən imtina olunmuşdur. Cavabdeh bu yoxlamanın nəyə əsasən aparıldığını, hansı sənədləri əhatə etdiyini müəyyən etdiyinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini araşdırması məqsədilə iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üçün iddiaçının işlədiyi müəssisəyə, müvafiq icra hakimiyyəti orqanlarına sorğular vermiş, alınmış cavablarla iddiaçının işlədiyi müəssisənin dövlət qeydiyyatına alınması, hal-hazırda fəaliyyət göstərməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdeh iddiaçının 2006-cı ilin yanvarın 1-dək qazanılmış olduğu pensiya hüquqlarının pensiya kapitalına çevrilməklə onun fərdi hesabında nəzərə almamışdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışına əsasən, İddiaçı (SSN: **********122) 01.01.2011-ci ildən 01.01.2012-ci il tarixədək 1 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və 01.01.2018-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 71,73 manat pensiya kapitalı vardır. Qeyd: 1.”Sabunçu İstehsalat Xidməti Bazası” ASC tərəfindən təqdim edilmiş 01.01.2006-cı ildən 01.01.2011-ci ilədək olan illik B3 hesabatında vətəndaş haqqında heç bir məlumat qeyd olunmayıb. 2.”Sabunçu İstehsalat Xidməti Bazası” ASC tərəfindən təqdim edilmiş 01.01.2012-ci ildən 01.03.2014cü ilədək olan illik B3 hesabatında vətəndaş haqqında heç bir məlumat qeyd olunmayıb. Məhkəməyə təqdim edilmiş 2007,2008,2009,2010-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqq ında məlumatlarəna əsasən İddiaçı məcburi dövlət sosial sığorta haqlarının cəlb olunan gəlirlərin məbləğləri barədə qeydlər olsa da, ödənilmiş sosial sığorta haqları barədə məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin dövlət sosial sığorta haqlarının hər hansı səbəbdən ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri:
16. İddiaçının Sabunçu İstehsalat Xidməti Bazasında işləməsi ilə bağlı əmək kitabçasındakı məlumatlar şübhə doğurur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının dublikat olması, sonradan doldurulması, iddiaçının müvafiq müəssisədə işləməsi ilə bağlı sənədlərin yalnız iddiaçıda olması, həmin sənədlərdə möhürün olmaması, iddia çının qeyd olunan dövrdə həmin müəssisədə işləməsi faktını şübhə altına alır. Beləliklə, iddiaçının sığorta stajı qanunla tələb olunan stajdan (15 il 02 ay) azdır və pensiya kapitalı yoxdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iş üzrə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri
18. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
19. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
20. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada bax ılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
22. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbi ndən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçıya 04.06.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. 27. “Əmək p ensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı, həm də əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
28. İddiaçının qanunla tələb olunan sığorta stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə və Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona 04.06.2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınmaqla, əlilliyə görə əmək pensiy ası hüququnun yaranması üçün 15 il 2 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan 62 yaş - 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47 il) x 4 ay = 188 ay: 12 = 15 il 2 ay) olmalıdır.
29. İddiaçı əmək stajını təsdiq edən sənəd kimi əmək kitabçasını təsdiq etmiş, cavabdeh iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə işləməsi faktını mübahisələndirmiş, işə ilk dəfə Ali Məhkəmədə baxılarkən kassasiya instansiya məhkəməsi iddiaçının həmin dövrdə işləməsini müəyyən etmək üçün iddiaçının işlədiyi müəssisəyə, arxiv idarəsinə sorğular verilməli olması ilə bağlı göstərişlər verilmiş, işə təkrar baxan apellyasiya instansiya məhkəməsinin apardığı araşdırma ilə iddiaçının həmin müəssisədə işləməsi, müəssisənin qanuni faəliyyət göstərən müəssisə olması öz təsdiqini tapmışdır.
30. Belə k i, Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 17.05.2021-ci il tarixli, **********16 saylı məktubuna əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında “İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakıının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 22.12.2003-cü il tarixli, 337 saylı sərəncamına əsasən AR Dövlət Neft Şirkətinin “Magistral neft kəmərləri” İstehsalat Birliyinin tabeliyində olmuş ünvan 1 ünvanında yerləşən Mərkəzi İstehsalat Xidməti Bazasının əsasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır.
31. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26.04.2021-ci il tarixli, **********894300 saylı məktubunda "xxxx" açıq səhmdar cəmiyyəti 30.01.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı və Dövlət Neft Şirkətinin “ X6” İstehsalat Birliyinin tabeliyində olmuş Mərkəzi İstehsalat Xidməti Bazasının çevrilməsi nəticəsində yaradıldığı, 15.04.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyəti 08.08.2016-cı il tarixdən 01.10.2019-cu il tarixədək dayandırılması qeyd edilmişdir.
32. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə fəaliyyət göstərən müəssisədir və qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmişdir.
33. Cavabdeh iddiaçının əmək kitabçasının dublikat olmasını və kitabçadakı qeydlərin mötəbərliliyini şübhə altına alsa da, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və də lillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
34. Cavabdehin dəlillərinin əksinə olaraq, məhkəməyə təqdim edilmiş ******* əmək kitabçasının dublikatı 23.04.2001-ci tarixdə doldurulmuş, X6 İB-nin Mərkəzi İstehsalat Xidməti Bazasının möhürü ilə təsdiq edilmiş, bundan əlavə, əmək kitabçasında iddiaçının 26.02.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilməsi qeydi Sabunçu İstehsalat Xidməti Bazası ASC İH-nin sədri Ə.N.Əhmədov tərəfindən aparılmış, X2 möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, Neft Kəmərləri İdarəsinin 26.04.2021-ci il tarixli, SOCAR**********80020123X0004 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı MNK İB-nin Mərkəzi İstehsalat Xidməti Bazası üzrə əmək kitabçası olmayan işçiləri iş stajının müəyyən edilməsi ilə əlaqədar yaradılmış işçi komissiyasının 02.04.2001-ci il tarixli protokolunda komissiyanın sədri X3, X4, Alıyeva (hazırda Mahmudova) Arifə Nəbi qızı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin hal-hazıra işçiləridir. Həmin işçilər hazırda qeyd edilən protokoldakı məlumatların və imzaların həqiqiliyini etiraf edirlər. Eyni zamanda SOCAR-a təqdim edilmiş X6 X1 İstehsalat Xidməti Bazasının 19.04.2001-ci il tarixli, 29/k nömrəli əmrini imzalayan rəis X5 hal-hazırda Neft Kəmərləri İdarəsinin Texniki istismar şöbəsinin rəis müavini vəzifəsində işləyir və əmrdə qeyd edilənləri öz imzasının həqiqiliyinin etiraf edir. Həmçinin məktubda bildirilmişdir ki, Mərkəzi İstehsalat Xidm əti Bazası AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 22.12.2003-cü il tarixli, 337 saylı sərəncamına əsasən Neft Kəmərləri İdarəsinin tərkibindən ayrılmış və onun bazasında Sabunçu İstehsalat Xidməti X10 Cəmiyyəti yaradılmışdır. Bu səbəbdən bazaya məxsus bütün sənədlər və əmrlər Sabunçu İstehsalat Xidmət Bazası ASC-də qalmışdır. Buna görə də NKİ-nin arxivində işçilər barəsində heç bir sənəd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasının dublikatı və orada göstərilən qeydlər qəbul edilməli, kitabçada əksini tapmış iddiaçının dövlət müəssisəsində işlədiyi 1993-2006-cı illər sosial sığorta stajı kimi qəbul edilməlidir.
35. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliliyi işin apellyasiya insta nsiya məhkəməsi araşdırılmış və məhkəmə kollegiyası araşdırmanı yetərli hesab edir, əmək kitabçasının mötəbərliliyi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edir.
36. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini tam icra etməmiş, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən pensiya kapitalının mövcudluğu məsələsinə qiymət verməmişdir.
37. Halbuki, Ali Məhkəmənin iş üzrə əvvəlki qərarında qeyd etmişdir ki, qanunvericilikdə əsasən 01.01.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə p ensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Hətta iddiaçınin əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajından artıq staja malik olması, özlüyündə ona zəruri olan məbləğdə pensiya kapitalının olması barədə nəticəyə gəlməyə əsas vermir.
38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
39. Qeyd edilənlə rə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2021 nömrəli, 25.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.