Məhkəmə qərarları › İş №2-1(102)-2240/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2240/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2240/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: imtahan nəticəsinin yenidən qiymətləndirilməsi) 24.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası X1 qarşı “imtahan nəticəsinin yenidən qiymətləndirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)1540/2023 nömrəli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə keçirilmiş imtahanda iştirak edərək test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5,25 bal (52,5%) olmaqla, ümumilikdə 81,25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173,5% olmuşdur. Lakin müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizəd sırasına daxil ola bilmədiyindən iddiaçı müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, X2 Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır: Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub – test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olu b və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib. Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti ey ni olaraq qalır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması, habelə imtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Keçirilmiş imtahanın nəticəsi elan edildikdə cavabdeh tərəfindən imtahanın nəticəsi əvvəlcədən elan edilmiş formada deyil, naməlum səbəblərdən başqa formada qiymətləndirilmiş, nəticədə təxminən 40 nəfərin, o cümlədən də onun imtahan nəticəsi düzgün hesablanmamış və o, əsassız olaraq müsabiqənin ikinci mərhələsinə keçə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəs ində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir. İmtahan nəticələri açıqlanana qədər cavabdeh tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir ki, bu da öz növbəsində qanunsuz və ədalətsiz yanaşmadır. Cavabdeh orqanın onun müraciətinə cavabından da aydın olur ki, qaydalar sonradan dəyişdirilmiş və namizədlər bu barədə əvvəldən məlumatlandırılmamışdır. Yeni qaydaya əsasən Qanun+Məntiq+Dünyagörüşü (QMD) 65 bal və esselərdən 120 bal toplamış şəxs, eləcə də QMD 73 bal və esselərdən 80 bal toplamış şəxs imtahandan keçməmiş sayılır. Halbuki imtahan haqqında əvvəldən elan edilmiş qaydalara əsasən (10+10 və 50% limitsiz) bu şəxslər imtahandan keçmiş olur. İndiki halda QMD 55 bal toplamış namizəd essedən 140 bal toplayarsa keçmiş sayılır. İmtahan nəticələri əvvəlki qaydada hesablanarsa, 3-cü namizəd 69 bal, 2-ci 81 bal, 3-cü isə 77 bal toplamış olur. Bu halda 3-cü şəxs yox, digər iki namizəd uğur qazanmış hesab olunur. Göründüyü kimi, bu faktlar imtahan nəticələrinə ciddi şəkildə təsir etməklə, köklü dəyişiklikərə səbəb olur.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qəbul üzrə keçirilən imtahanda iştirak etmişdir. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üz rə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5,25 bal (52,5%) toplamışdır. İddiaçı ümumilikdə 81,25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173,5%-dir. Yəni iddiaçı mümkün ola biləcək 300%-lik nəticədən 173,5% nəticə əldə etmişdir. İddiaçı həmçinin xarici dil üzrə inşa (esse) tapşırığı üçün nəzərdə tutulan 50 faizlik minimal nisbi nəticə tələbinə uyğundur. İddiaçı müsabiqədə nəzərdə tutulan minimal tələblərə uyğun olsa da növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Belə ki, birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Müsabiqədə 460 nəfər iştirak etmişdir. Bütün namizədlərin inşa (esse) tapşırıqları eyni meyar lar - Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında iki fərqli ekspert tərəfindən qiymətləndirilmişdir. Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququ qazanan 100-cü namizəd imtahandan 189,5% nəticə əldə etmişdir. İddiaçının cavabdeh orqana ünvanlandığı apellyasiya şikayəti əsasında onun inşa (esse) tapşırıqları üzrə nəticələri başqa ekspert tərəfindən yenidən qiymətləndirilmiş, nəticə qüvvədə saxlanılmışdır. İddiaçı 189,5%-lik nəticə əldə edə bilmədiyi üçün Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququna malik deyildir. Həmçinin iddiaçı iddiasında imtahanda iştirak etmək üçün ödənilməli olan 110 manat ödənişin və Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh t ərəfindən ona ödənilməsini xahiş etmişdir. Həmin məbləğlərin iddiaçıya ödənilməsinin qanunvericiliklə heç bir əsası yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim Pərviz Hüseynov) 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7309/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və X2 arasında imzalanmış xidmət müqaviləsinə uyğun olaraq Nazirlikdə diplomatik xidmətə qəbul imtahanı keçirilmişdir. İmtahanın keçiriləcəyinə dair elan cavabdehin internet portalı vasitəsilə verilmiş, həmin portalda Nazirliyə diplomatik xidmətə qəbul olmaq istəyən vətəndaşlara dair tələblər, qəbul qaydaları, müsabiqə şərtlərinə dair məlumatlar, tapşırıqların tipi (test və inşa (esse)), sayı, məzmunu, qiymətləndirilməsi meyarları, keçid balları da göstərilmişdir. Müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Tapşırıqlar iki tipdə: test və inşa (esse) tipində təqdim edilmişdir. Namizədlərə 100 test tipli tapşırıq, 2 inşa (esse) tipli tapşırıq təqdim edilmişdir. Test tipli tapşırıqlardan doğru cavabların hər birinin 1 balla qiymətləndirilməsi nəzərdə tutulmuşdur (test tapşırıqları üzrə maksimum 100 bal). Namizədlərə təqdim edilən məlumatlarda inşa (esse) tipli tapşırıqların 2 dildə təqdim ediləcəyi və hər bir tapşırığın 10 ballıq şkala ilə qiymətləndiriləcəyi, həmçinin namizədin hər iki dildə yazılmış inşa (esse) tapşırıqları üçün maksimum 20 bal toplaya biləcəyi bildirilmişdir. İmtahanda test tapşırıqları və inşa (esse) tipli tapşırıqlar üzrə qiymətləndirmələrin faizlə hesablanması müəyyən edilmişdir (test tapşırıqları 100%-lik, inşa (esse) tipli tapşırıqlar 10 ballıq şkalada 100%-lik maksimal nəticə). İddiaçı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qəbul üzrə keçirilən imtahanda iştirak etmişdir. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5,25 bal (52,5%) olmaqla ümumilikdə 81,25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173,5% olmuşdur (71+5+5,25=81,25 bal / faizlə isə 71%+50%+52,5%=173,5%). İddiaçı mümkün olan 300%-lik nəticədən 173,5% nəticə əldə etmiş, müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizəd sırasına daxil ola bilməmiş, müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Göründüyü kimi, imtahan və namizədlərin nəticələrinin qiymətləndirilməsi qaydaların tələblərinə uyğun həyata keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “imtahan keçirməsi üçün cavabdehin bank hesabına ödənilmiş 110 manat pulun və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissələri ilə əlaqədar qeyd edir ki, 110 manat imtahanın keçirməsi üçün ödənildiyindən və iddiaçının imtahanda iştirak etməsi və imtahanın keçirilməsi baş tutduğundan, 100 manat isə digər məhkəmənin icraatında olan işlə əlaqədar ödənildiyindən və həmin iş üzrə məhkəmə xərclərinə aid olduğundan, bunlardan başqa hazırkı iddia tələbi təmin edilmədiyi və iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona qeyd olunan məbləğlərdə ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 18 may 2023cü il tarixli, 2-1(103)-1540/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)7309/2022 nömrəli qərarı qismən ləğv edilmiş, iddiaçının cavabdehə qarşı iddiası “imtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində mümkün sayılmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edə n və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 18 may 2023cü il tarixli, 2-1(103)-1540/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7309/2022 nömrəli qərarı qismən ləğv edilmiş, iddia tələbi “xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması” hissəsində rədd edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət iddia tələbinin təmininə əsas vermir. Bunu nla belə birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilərək ümumilikdə iddia tələblərinə mahiyyəti üzrə qiymət verildiyindən, apellyasiya araşdırması zamanı isə iddia tələbinin ikinci hissəsi mümkün sayılmadığından, qərar ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Diplomatik vəzifələrə təyin edilmə 7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. 7.2. Diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

17. Azərbaycan Respublikası Prezidentini n 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nazimnaməsi” 1.1. Azərbaycan Respublikasının X2 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.... 1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxal q və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə keçirilən imtahanda iştirak etmiş, test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşı rığından 5,25 bal (52,5%) olmaqla ümumilikdə 81,25 bal toplamış, onun uğurluluq nəticəsi 173,5% olmuşdur (71+5+5,25=81,25 bal / faizlə isə 71%+50%+52,5%=173,5%). İddiaçı mümkün olan 300%-lik nəticədən 173,5% nəticə əldə etməklə müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizəd sırasına (100-cü namizəd 189,5% nəticə əldə etmişdir) daxil ola bilmədiyindən müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət iddia tələbinin təmininə əsas vermir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilər ək ümumilikdə iddia tələblərinə mahiyyəti üzrə qiymət verildiyindən, apellyasiya araşdırması zamanı isə iddia tələbinin ikinci hissəsi mümkün sayılmadığından, qərar ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

26. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması barədə iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasi ya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(103)-1540/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar