Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2241/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması və əsaslandırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:21K1M38) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “polisin fəaliyyətinə hüquqi qiymət verilməsi, avtomobilin həbsdən azad edi lməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2439/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İnzibati tənbeh vermə haqqında TP 2959799, EQ 1808082, EQ 646247, EQ 953166, EQ ******* və EQ 765361 saylı qərarların və “Mersedes-Benz-C-203” markalı, ** HB *** dövlət nömrə nişanlı avtomobilin həbsinin ləğv edillməsi; xx.xx.2019-cu il tarixdə ** HB *** dövlət nömrə nişanlı “Mersedes-Benz-C-203” markalı avtomobilə keçirilmiş texniki baxışın nəticələrinin kompyuter bazasına daxi l edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Ş.Ə.Süleymanova) 21(81)3806/2019 nömrəli 23.9.2019-c il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın inzibati xəta üzrə fəaliyyətindən verdiyi şikayət mümkün sayıla bilməz.
4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2821/2019 nömrəli iş üzrə 28 noy abr 2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.M.Məmmədov- sədrlik edən, S.S.Seyidova və İ.B.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.9.2019-c il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi qərarların həqiqətən də inzibati xəta haqqında iş üzrə qəbul olunduğu işdən müəyyən edilmir, bu barədə, işdə heç bir sənəd mövcud deyil. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
6. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 2-1(112)-175/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, “BDYPİ-nin rəisi R.Zeynalovun fəaliyyətinə hüquqi qiymət verilməsi” və “avtomobilin həbsdən azad edilməsi” hissəsində iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkün sayılmamışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının zərərin ödənilməsi tələbi ilə bağlı əvvəlcə, Baş X1 İdarəsinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia qeyd edilən hissədə də, mümkün sayılmamışdır
8. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2439/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bekt aşi və A.Ə.Hüseyni) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim edərək, maddi imkanın olmaması səbəbindən dövlət hesab vəkillə təmin olunmasını barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2439/2022 nömrəli iş üzrə 7 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, onun vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.
13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2439/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
14. İddiaçının kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətə vəkilin orderi əlavə edilsə də, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış və əsaslandırılmamışdır.
15. Bununla əlaqədar, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılması 5 dekabr 2022-ci il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına y eni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasi ya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Bu Qərarın 16-17-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı və əsaslandırılmalıdır.
19. İddiaçının kassasiya şikayəti inzibati prosessual qanunvericilin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, ona müvafiq məhkəmə bildirişi göndərilməklə, kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı çatışmamazlıq diqqətinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilməklə, həmin tarixədək göstərilən çatışmazlığın aradan qaldırılması (vəkil tərəfindən tərtib edilib imzalanmış və əsaslandırılmış kassasiya şikayəti təqdim edilməsi) ona təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Lakin, bildirişdə qeyd olunan tarixədək həmin nöqsanlar aradan qaldırılmamışdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
21. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2439/2022 nömrəl i iş üzrə 27 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.