Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2241/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülki xəstəxanada çəkilən müalicə xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1780/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrlərdə özəl tibbi müəssisələrində aldığı müalicə xərclərinin ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı əvvəllər Müdafiə Nazirliyinin müalicə müəssisələrinə müraciət etmədən 2013-cü ildə X1, 2014-cü ildə isə “Modern” hospitalda şəxsi təşəbbüsü ilə əməliyyat olunub. Bundan sonra 4 may 2020-ci ilin tarixində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olub, orada 2013-cü ildən özünü xəstə hesab etdiyini bildirmiş, müayinə və müalicələrdən sonra xx.xx.2020-ci il tarixdə ağrıların azalması müşahidə edilmiş, kafi vəziyyətdə xidməti yerinə yazılmış (çıxarış epikrizində qeyd olunub) və iddiaçıya göstərilən dərmanları və bol maye qəbul etmək, həmçinin 2 ay sonra uroloqun təkrar baxışı tövsiyə olunmuşdur. Lakin buna baxmayaraq, İddiaçı təkrar müayinəyə gəlmədən, hospitalın mülki tibb müəssisəsinə göndəriş verib-verilməyəcəyini dəqiqləşdirmədən öz şəxsi təşəbbüsü ilə 3 gün sonra xx.xx.2020-ci il tarixdə “HB Güvən” klinikasına müraciət etmişdir. Məlumat üçün bildirilir ki, öz şəxsi təşəbbüsünüz ilə hər hansı xarici ölkə və ya qeyri dövlət tibbi müəssisə lərində müayinə və müalicələrinizin əvəzini ödəməklə bağlı Müdafiə Nazirliyinin öhdəliyi olmadığından, xərclədiyiniz maddi vəsaitlərin təsdiqedici sənədlərini təqdim etməklə, iddianızı məhkəmədə mübahisələndirmək hüququnuz var.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 PHŞnin ekspert rəyinə əsasən, İddiaçı təcili surətdə SQ-in BKH-nın urologiya bölməsinə qəbul edilmiş, müalicə və müayinə prosesinin həcmi patologiyaya (Sidik daşı xəstəliyi, Sol böyrək daşı xəstəliyi) uyğun olmuşdur. Xəstəliyin kardinal əlaməti (ağrılar) aradan qalxmış, müayinə və müalicə prosesi sonrakı günlərdə planlı surətdə davam etdirilmişdir. Bu mərhələdə böyrək daşlarının çıxarılması (urolitotripsiya) göstərişdir. Xəstəyə müvafiq təyinat verilmiş və 2 aydan sonra təkrar uroloqa müraci ət etməyi tövsiyə edilmişdir. Yaxşı olardı ki, xəstədə ağrılar aradan qaldırıldıqdan sonra, yəni xəstənin stabil vəziyyətində onun TƏBİB-in ixtisaslaşdırılmış mərkəzlərinin urologiya şöbələrində ixtisaslaşmış müalicəsi təmin edilməli idi. Təcili tibbi yardım kəskin xəstəliklərə, patoloji vəziyyətlərə görə xəstəyə xəstəliyin, patoloji vəziyyətin bağlandığı andan müalicə müəssisəsində ilk 24 saat, təxirəsalınmaz tibbi yardım isə ilk 2-4 saat ərzində göstərilən müalicə-diaqnostik prosedurlar kompleksidir. Həmin tibbi yardım müvafiq ixtisaslı mütəxəssislər tərəfindən göstərilir. Nefroskop olmadığı təqdirdə xəstəliyin müalicəsi açıq əməliyyat üsulu ilə aparıla bilərdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, həqiqi hərbi xidmətdə olarkən 2014-cü ildən “Modern Hospitalında” cərrahiyyə əməliyyatı zamanı çəkdiyi 1900 manat və 2020-ci ildə “HP Güvən” klinikasında cərrahiyyə əməliyyatı zamanı 1598 manat çəkdiyi xərclərin əvəzi olaraq ümumilikdə 3498 manat müalicə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999- cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həqiqi hərbi xidm ətdə olduğu dövrlərdə üç dəfə sol böyrəkdən müxtəlif özəl tibb müəssisələrində cərrahiyyə əməliyyatı keçirmiş və xx.xx.2020-ci il tarixdə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Müayinələr zamanı müəyyən olunan xəstəliklərlə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “sıradan kənar hərbi xidmətə yararlıdır qərarı verilmişdir”. xx.xx.2020-ci il tarixdə bel nahiyyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq hərbi hissə komandirinin göndərişinə əsasən silahlı qüvvələrin baş X2 bölməsində qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda müalicə aparılmış və həkimlərin çıxarış epikrizində qeyd etdiyi kimi sol böyrəyin perkutannefrolitotripsiya əməliyyatı göstəriş olmuşdur lakin nefroskop cihazı olmadığından cərrahiyyə əməliyyat ının aparılması mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalından xidmət yerinə yazılmışdır. Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olduğu dövrlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında nefroskop cihazı olmadığına görə perkutannefrolitotripsiya cərrahiyyə əməliyyatının mümkün olmaması səbəbindən həmin cərrahiyyə əməliyyatının özəl tibb müəssislərində aparılması zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı növbəti məzuniyyətdə olduğu müddətdə sol böyrəyində kəskin ağrıların və səhhətində halsızlığın yaranması səbəbindən “HP Güvən” klinikasında müayinə olunmuşdur. Müayinələrin nəticələrinə görə sol böyrəyin çoxsaylı daşları diaqnozu təyin edilmiş və perkutannefrolitotripsiya cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd olunmalıdır ki, iddiaçının keçirdiyi 2 əməliyyat üzrə cərrahiyyə əməliyyatlarına “Modern Hospitalı” üzrə 1900 “HP Güvən” klinikası üzrə isə 1598 manat məbləğində ödəniş edilmişdir. Həmin əməliyyatların özəl tibb müəssislərində həyata keçirilməsində əsas səbəb Silahlı qüvvələrin Baş Klinikasında nefroskop cihazının olmaması idi. Bu hal iddia ərizəsinə əlavə edilən Silahlı Qüvvələrin Baş X2 bölməsinin 2798 №-li, xx.xx.2020-ci il tarixli xəstəlik tarixi çıxarış epikrizində də öz əksini tapmışdır. Yəni iddiaçı məcburiyyət qarşısında qalaraq öz səhhətinin daha da pisləşməməsi üçün məcburən özəl tibb müəssisələrində əməliyyat olmuşdur. Əgər həmin tibbi avadanlıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olsa idi o zaman iddiaçı lüzumsuz xərclər çəkmədən dövlət tərəfindən pulsuz tibbi müayinədən keçərdi.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin 08 oktyabr 2021-ci il tarixli 5/1403 nömrəli imtina məktubundan görünür ki, iddiaçı Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına müraciət etmiş və orada müayinə və müalicələrdən sonra xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə xidməti yerinə yazılmış, göstərilən dərmanları və bol maya qəbul etmək və 2 ay sonra təkrar uroloqun baxışı tövsiyyə olunmuşdur. Lakin buna baxmayaraq, iddiaçı təkrar Baş Klinik Hospitalına gəlmədən mülki tibb müəssisəsinə həkim rəyi (göndəriş) almadan öz şəxsi təşəbbüsü ilə 3 (üç) gün sonra yəni xx.xx.2020-ci il tarixdə “HB Güven” klinikasında müraciət etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7302 /2022 nömrəli, 5 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə əsasən iddiaçının SQ-in BKH-nın urologiya bölməsində müalicə və müayinəsi prosesinin həcmi patologiyaya uyğun olmuş, xəstəliyin kardinal əlaməti aradan qalxmış, müayinə və müalicə prosesi sonraki mərhələlərdə planlı surətdə davam etdirilmiş, bu mərhələlər də böyrək daşlarının çıxarılması göstəriş olmuşdur. Başqa sözlə desək, iddiaçının xx.xx.2020-ci il tarixli müayinəsindən sonra onun xx.xx.2020-ci il tarixdə əməliyyat olması bilavasitə xəstəliyin təcili tibbi yardım olması və ya təxirəsalınmaz tibbi yardıma ehtiyacı olması ilə əlaqədar olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, işin qeyd olunan hüquqi halları iddiaçının 2014- cü ildə “Modern Hospi talında” cərrahi əməliyyatlarına da tətbiq olunur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı olmadan cərrahi əməliyyat olmuşdur. Göstərilən bütün hallara əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə müalicə xərclərinin ödənilməsini tələb etmək hüququ olmamışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1780/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və iyul məruzəçi/, C.Yusifov v ə Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eyni olmuşdur. İddiaçı həmçinin şikayətində bildirmişdir ki, normativ hüquqi aktın tələblərinə əsaslanaraq iddiaçıya aid məsələdə prosedurlar həyata keçməmişdir. Məhkəmə Kollegiyası Müdafiə Nazirliyinə sorğu göndərilməsinin və ya araşdırılmasının məqsədə uyğ un hesab edəcəyi (vacib biləcəyi) təqdirdə, analoji vəziyyətdə (böyrək daşı xəstəliyi ilə) müayinə və müalicə almaq üçün SQ-in BKH-na qəbul olunmuş və hospitalda nefroskop cihazı olmadığına görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən ayrılmış pul vəsaiti hesabına digər (mülki) tibbi müəssisədə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı aparılmış hərbi qulluqçunun rütbəsini, soyadım, adını Məhkəmənin İnzibati Kollegiyasına təqdim etmişdir.
15. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalından xidmət yerimə yazılarkən ağrıları azalmamışdır və 2 ay müddətində qəbul etmək üçün dərmanla təmin olunmamışdır. Səhhətində yaranan halsızlıq, böyrəyimdə olan ağrılar xidməti vəzifələrimin icrasında çətinliklər yaradacağına görə növbəti məzuniyyətimdən i stifadə etdi və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının nefroskop cihazı olmadığından cərrahiyə əməliyyatının aparılması mümkün olmadığını nəzərə alıb təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmədən xx.xx.2020-ci il tarixdə sol böyrəyimdə kəskin ağrıların və səhhətində halsızlığın yaranması səbəbindən "HB Güvən" klinikasında perkuran nefrolitotripsiya cərrahiyə əməliyyatı olundu.
16. Qeyd edir ki, yaranmış koronavirus xəstəliyinə görə post pandemiya dövründə Naxçıvan-Bakı və Bakı-Naxçıvan aviareysləri təxirə salındığından, həqiqi hərbi xidmət keçdiyi Naxçıvan şəhərindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı yerləşən Bakı şəhərinə X6 Komandanının köməkliyi ilə İL-76 hərbi yük nəqliyyat təyyarəsi ilə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş X2 böl məsinə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə növbəti məzuniyyəti bitdikdən sonra Bakı şəhərindən həqiqi hərbi xidmətdə olduğu Naxçıvan şəhərinə İL-76 hərbi yük nəqliyyat təyyarəsi ilə qayıtmışdır. 17. xx.xx.2020-ci il tarixdə "HB Güvən" klinikasında perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı icra olunmadan, həqiqi hərbi xidmət keçdiyi Naxçıvan şəhərinə qayıdacağı təqdirdə istisna deyil ki, istənilən zaman sol böyrəyində yaranmış və arta biləcək çox saylı daşlara görə yarana biləcək müxtəlif dərəcəli hidronefroz nəticəsində, "Təcili və ya təxirəsalınmaz ixtisaslı tibbi yardımın" göstərilməsinə və nəticədə cərrahiyə əməliyyatının aparılmasına zəruriyət yaranacaqdır. Yarana biləcək bu vəziyyətdə, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və Naxçıvan şəhərində mövcud olan digər (mül ki) tibbi müəssisələrdə nefroskop cihazı olmadığına görə perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatının icrası mümkün olmayacaqdır və koronavirus xəstəliyinə görə post pandemiya dövründə Naxçıvan-Bakı və Bakı-Naxçıvan aviareysləri təxirə salındığına görə istisna deyil ki, "24 saat ərzində təcili və ya 2-4 saat ərzində təxirəsalınmaz ixtisaslı tibbi yardımın" göstərilməsi mümkün olmayacaqdır. Bu səbəbdən səhhətində ciddi təhlükə yaranacaqdır. Belə ki, xx.xx.2014-cii ildə "Oksigen" Klinik Xəstəxanasında müayinə olunmuşdur və müəyyən olunmuşdur ki, 2-ci dərəcə hidronefroza səbəb olan sol böyrək ləyənində 48x30x32 mm ölçülü və aşağı qütb kaliksində 23x22x6 mm ölçülü daş mövcuddur. Bu səbəbdən xx.xx.2014-cii il tarixdə sol bel nahiyəsində ağrılarla, ürəkbulanma və səhhətimdə halsızlığın yar anması səbəbindən "Modern" hospitalına müraciət etmişdir və perkutan nefrolitotripsiya cərrahiyə əməliyyatı aparılmışdır. "Oksigen" Klinik Xəstəxanasında müəyyən olunmuş diaqnoznan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qəbul olunacağı təqdirdə belə, hospitalda nefroskop cihazı olmadığından cərrah iyə əməliyyatının aparılması mümkünsüz olacaqdır. Bu səbəbdən 2014-cü ildə "Modern Hospitalında" cərrahiyə əməliyyatı zamanı çəkdiyi 1900 manat xərclərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini düzgün hesab edir.
18. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli, 67 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 X7 haqqında "Əsasnaməsi"nin 9.24.1, 12.1.8, 12.5.3, 12.5.7, 12.10.34-ci bəndləri, Hər bi-X4 Əsasnaməsi"nin 72 və İPM-nin 12.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. 1-ci hissə. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicəprofilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. 2-ci hissə. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kont rakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. 3-cü hissə. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfi ndə nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.
21. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli, 67 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 X7 haqqında “Əsasnamə”: Bənd 12.5.1. Hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilirlər. 12.5.2. Xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. 12.5.3. Hərbi hissədə və yaxındaki hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. 12.5.6. Xəstələr müalicə müəssisəsinə tibb heyətinin müşayiəti ilə göndərilirlər. Ağır xəstəni müşayiət edən tibb işçisi yolda təxirəsalınmaz tibbi yardım göstərmək üçün zəruri vasitələr və dərmanlarla, infeksion xəstəni müşayiət edən isə xəstəliyin xarakterinə uyğun qulluq əşyaları və dezinfeksiyaedici vasitələrlə təmin edilirlər. 12.5.7. Təxirəsalınmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hi ssədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələr təcili qaydada ən yaxın tibb müəssisəsinə stasionar müalicəyə göndərilirlər.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsini n araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Belə ki, apellyasiya məhkəməsi tərəfindən mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli, 67 №li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 X7 haqqında “Əsasnaməsi”nin 12.5.1-ci bəndinə əsasən, hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilirlər. 12.5.2-ci bəndinə əsasən xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər.
31. Qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilirlər. Xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixti saslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. Təxirəsalınmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə həmin rəyin (və ya razılığın) mövcudluğu aşkar olunmamışdır. Təxirəsalınmaz hallarda belə Qaydalar yol vərəqəsinin mövcudluğunu istisna etməmiş, təxirəsalınmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün yol vərəqəsinin tərtibini nəzərdə tutmuşdu r. İstər təcili tibbi yardım, istər təxirəsalınmaz, istərsə də adi hallarda digər tibb müəssisəsinə köçürülmə zamanı hər bir halda məlumat verilməlidir.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən, iddiaçı təcili surətdə Silahlı Qüvvələrin Baş X2 bölməsinə qəbul edilmiş, müalicə və müayinə prosesinin həcmi patologiyaya uyğun olmuş, xəstəliyin kardinal əlaməti (ağrılar) aradan qalxmış, müayinə və müalicə prosesi sonrakı günlərdə planlı surətdə davam etdirilmiş, bu mərhələdə böyrək daşlarının çıxarılması (urolitotripsiya) göstərişdir, xəstəyə müvafiq təyinat verilmiş və 2 aydan sonra təkrar uroloqa müraciət etməyi tövsiyə edilmişdir. Lakin qeyd olunduğu kimi, iddiaçı cavabdehə məlumat vermədən başqa tibb müəssisəsində əməliyyat o lunmuşdur. İddiaçının xx.xx.2020-ci il tarixli müayinəsindən sonra onun xx.xx.2020-ci il tarixdə əməliyyat olması bilavasitə xəstəliyin təcili tibbi yardım olması və ya təxirəsalınmaz tibbi yardıma ehtiyacı olması ilə də əlaqədar olmamışdır.
34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyas QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1780/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsı