Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2242/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Yasamal rayon İcravə Probasiya şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icra məmurunun üzərinə icra sənədinin məcburi icrasının təmin olunması öhdəliyinin qoyulması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı icra vərəqəsinin məcburi icra olunması öhdəliyinin icra məmurunun üzə rinə vəzifə olaraq qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1028/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Yasamalrayon İcravə Probasiyaşöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-152/2016 saylı, 08 fevral 2016-cı il tarixli icra vərəqəsinin məcburi icra olunması öhdəliyinin Yasamalrayon İcravə Probasiyaşöbəsinin icra məmuru İ.Cəfərovun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)152/2016 saylı, 08 fevral 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin olunaraq onun ailə üzvləri ilə birlikdə mənzillə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bununla bağlı olaraq məhkəmə tərəfindən göndərilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən 25 fevral 2017-ci il tarixdə icraata başlamaq haqqında qərarın qəbul edilməsinə və ötən müddət ərzində dəfələrlə bu barədə icra məmuruna müraciətlərin olunmasına baxmayaraq məhkəmə qərarının icrası təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-385/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı (hakim - A.A.Abdullayeva) ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Yasamalrayon İcravə Probasiyaşöbəsin in hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, Yasamalrayon İcravə Probasiyaşöbəsi icra vərəqəsinin icra edilməsi üçün heç bir məcburi icra tədbiri həyata keçirməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 21(103)-1028/2019 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-385/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı “hərəkət və” sözləri çıxarılmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin yenidən apellyasiya baxışına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-152/2016 saylı, 08 fevral 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin olunaraq onun ailə üzvləri ilə birlikdə mənzillə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bununla bağlı olaraq məhkəmə tərəfindən göndərilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən 25 fevral 2017-ci il tarixdə icraata qəbul edilmişdir. Buna baxmayaraq icra sənədinin icrası hazır kı vaxtadək təmin olunmamışdır. İcra məmuru icra sənədinin icrası ilə bağlı hərəkətsizlik etməklə əslində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə uyğun hərəkətlər, hərəkət və hərəkətsizlik etmişdir. Buna görə də, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. İddiaçının tələbi icra vərəqəsinin məcburi icra olunması öhdəliyinin Yasa malrayon İcravə Probasiyaşöbəsinin icra məmuru İ.Cəfərovun üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İddiaçı bu tələblə çıxış edərkən onun xeyrinə çıxarılmış Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-152/2016 saylı, 08 fevral 2016-cı il tarixli qərarı ilə bağlı icra məmuru tərəfindən 25 fevral 2017-ci il tarixdə icraata başlamaq haqqında qərarın qəbul edilməsinə və ötən müddət ərzində dəfələrlə bu barədə icra məmuruna müraciətlərin olunmasına baxmayaraq məhkəmə qərarının icrasının təmin olunmadığını bildirmişdir. İşin hallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın qəbul edilməsinə və icra məmuru tərəfindən borcluya bir neçə dəfə məhkəmə qərarının icrasının təmin edilməsinə dair məktub göndərilməsinə baxmayaraq bu günədək borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmə qərarının icrası təmin olunmamışdır. İddiaçının hazırkı iddianı qaldırmaqdakı məqsədi də məhkəmə qərarının icrasına nail olmaqdır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı halda inzibati mübahisə mövcud olmadığı üçün iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğuna görə iddia mümkün sayılmamalıdır. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanu nun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyi ni ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnaməni n icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah o lunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəza rət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin ed ilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyində n, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hiss əsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya qeyd edir ki, icra edilməli olan məhkəmə qərarı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-152/2016 saylı, 08 fevral 2016-cı il tarixli qərarıdır. Belə olan halda, iddiaçı İPM-in XİV fəslində təsbit edilmiş imkanlardan istifadə etməlidir. Bunun üçün o, sözügedən məhkəməyə müraciət edərək məhkəmədən qərarın icrasının təmin edilməsi üçün İPM-in 120-ci maddəsində təsbit edilmiş tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Bu halda isə ayrıca inzibati iddianın qaldırılmasına ehtiyac yoxdur, məhkəməyə konkret tədbirin tətbiqinə dair tələblə müraciət olunmalı, eləcə də məhkəmə tərəfindən həmin məsələ qərardad çıxarılmaqla həll olunmalıdır. İşin hallarından isə görünür ki, iddiaçı bu qaydada Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməmiş, düzgün olmayaraq ayrıca inzibati iddia qaldırmaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, iddiaçının tələbi də düzgün qoyulmamışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı icra vərəqəsinin məcburi icra olunması öhdəliyinin Yasamalrayon İcravə Probasiyaşöbəsinin icra məmuru İ.Cəfərovun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, yuxarıda sadalanmış qanunvericilik normalarına görə icra vərəqəsinin icrasını təmin etmək icra məmurunun qanunda imperativ formada təsbit edilmiş v əzifəsidir. Ona görə də, qanunda nəzərdə tutulmuş vəzifənin yenidən öhdəlik olaraq məhkəmə tərəfindən icra məmurunun üzərinə qoyulmasına dair iddia tələbi iddiaçının buna dair hüquqi marağı müəyyən olunmadığı üçün mümkün sayıla bilməz. İddiaçı tələbkar olaraq icraya nəzarət edən məhkəməyə müraciət etməklə icra məmurunun konkret qərar və ya hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirə bilər, eləcə də məhkəmədən icra məmurunun üzərinə “İcra haqqında” Qanunda təsbit edilmiş məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsinin qoyulmasını tələb edə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati m əhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Məhkəmələr həmçinin İPM-in 52-ci maddəsinin tələblərini də pozmuşlar. Həmin maddəyə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin hallarından müəyyən olunur ki, iddiaçı icra vərəqəsinin məcburi icra olunması öhdəliyinin Yasamalrayon İcravə Probasiyaşöbəsinin icra məmuru İ.Cəfərovun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmələr başqa tələblər üzrə qərar qəbul etmişlər. Belə ki, birinci instansiya məh kəməsinin qərarı ilə Bakı şəhəri Yasamalrayon İcravə Probasiyaşöbəsinin hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilmiş, apellyasiya instansiyası məhkəməsi isə prosessual pozuntunu davam etdirməklə həmin qərarı “hərəkət və” sözləri çıxarılmaqla qalan hissədə dəyişdirilmədən saxlamışdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1028/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın.
Məhkəmə qərarları › İş №2-1(102)-2242/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2242/2019
10.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver