Məhkəmə qərarları › İş №2-1(102)-2242/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2242/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2242/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən 1969-cu il tarixində tərtib edilmiş əmək kitabçasının surətinə əsasən İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 23 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01 yanvar 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışd ır. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu 01 mart 2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1969-cu ildən Ağcabədi rayon Şənlik kəndində Nizami adına kolxozda işləməyə başlamış və 1974-cü ilin sonu, 1975-ci ilin əvvələrinədək kolxozda işləmişdir. İddiaçı 20 mart 1975-ci il tarixdən başlayaraq Mingəçevir şəh ərində yerləşən Tekstil Kombinatında işləməyə başlamış, həmin ilin noyabr ayınadək orada işləmişdir. 09 noyabr 1975-ci ildə Ağcabədi rayonundan hərbi xidmətə göndərilmiş, 17 noyabr 1977-ci ildə hərbi xidmətdən tərxis olunmuş və yaşadığı Şənlik kəndinə qayıtmışdır. 1977-ci ilin dekabr ayında yenidən Mingəçevir şəhərinə gedib orada Toxuculuq Kombinatında işinə davam etmişdir. Bu barədə əmək kitabçasında da qeydiyyat aparılmışdır. O, 1980-ci ilin aprel ayında həmin Kombinatdan çıxmış və yaşadığı Şənlik kəndinə qayıdıb orada yenidən Nizami adına kolxozda işləməyə başlamış və fasiləsiz olaraq 1980-ci ildən 1997-ci ildə daxil olmaqla kolxozda traktorçu və başqa işlərdə işləyərək əmək haqqı almışdır. Lakin əmək kitabçasında 1969-1981-ci illərdə kolxozda işləməyi qeyd olunsa da, sonrakı illər Niza mi kolxozunda işləməsinə dair qeydiyyat aparılmamışdır. Bununla bağlı o, Ağcabədi rayon Dövlət Arxivindən arxiv arayışı da almışdır. Hazırda kolxoz quruluşu ləğv edildiyindən əmək kitabçası əldə etmək mümkün deyildir. Ona göstərilən kolxozda işləməsinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən 20 noyabr 2020-ci il tarixli, 231 nömrəli verilmiş arxiv arayışında bəzi illərdə yüksək əmək haqqı almasına dair qeydiyyat aparılmış və bütün illərdə adam günü də qeyd olunmuşdur. İddiaçı kolxozda işləyərkən həmişə yüksək əmək haqqı almışdır. O, hazırda pensiya yaşına çatmışdır, ona görə də yaşa görə əmək pensiyasının təyin edilib hesablanmasına görə cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

4. Cavabdeh iddia ərizəsinə dair yazılı eti razında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına istinad edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Mingəçevir Şüşə lifi zavodu”nda işlədi yi 7 ay 2 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “X1”nda 2 il 5 gün, Ağcabədi rayonu Nizami kolxozunda 1971-ci, 1973-cü və 1974-cü illərdə işlədiyi dövrlərdə norma tam dolmadığı üçün (100+130+220=450/240=1 il 8 ay) və 1972-ci ildə 8 ay, həmin kolxozda 1980-1997-ci illərdə işlədiyi 18 il müddət və hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü 2 il 6 gün olmaqla onun xx.xx.2006-cı il tarixə kimi 24 il 11 ay 13 gün sosial sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda, iddiaçının diplomuna əsasən xx.xx.1974-ci il tarixdən xx.xx.1980-cı il tarixədək (5 il 10 ay) təhsil aldığı dövr fəaliyyət dövrləri ilə üst-üstə düşdüyü üçün həmin müddətlərdən yalnız biri hesablanmışdır. Həmçinin iddiaçının əmək kitabçası ilə arxiv arayışında ziddiyyətlər vardır. Belə ki, iddiaçının əmək kitabçasında Ağcabədi rayonu Nizami kolxozunda 19711974-cü illər işlədiyi dövrlərdə adam günü norması tam yerinə yetirildiyi halda, arxiv arayışında adam günü norması tam yerinə yetirilməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Belə olan halda, iddiaçının ümumilikdə sığorta stajı 24 il 11 ay 13 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə ə sasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9703/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia tələbi təmin edilərək iddiaçıya 65 yaşının tamam olduğu 01 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materialları ndan irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

7. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı 01 mart 2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəb ul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9703/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə öz qərarında iddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək “X1”nda işlədiyi dövrü 2 il 3 ay 12 gün qeyd etmişdir. Həmçinin Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 231 saylı arxiv arayışına əsaslanaraq Ağcabədi rayonu Nizami kolxozunda işlədiyi 1980-1996-cı il dövrləri 17 il kimi nəzərə almışdır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrün (03 ay 06 gün) üst-üstə düşdüyünü nəzərə almadan əlavə sosial sığorta stajı kimi hesablamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqd im olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 15. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə f aktik müddət üzrə nəzərə alınır.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instan siyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. A pellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Şikayətin dəlillərinə gəldikdə, cavabdeh hesab edir ki, məhkəmə öz qərarında iddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980cı il tarixədək “X1”nda işlədiyi dövrü 2 il 3 ay 12 gün qeyd etmişdir. Həmçinin Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 231 saylı arxiv arayışına əsaslanaraq Ağcabədi rayonu Nizami kolxozunda işlədiyi 1980-1996-cı il dövrləri 17 il kimi nəzərə almışdır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə xx.xx.1980-ci il tarixdən xx.xx.19 80-ci il tarixədək olan dövrün (03 ay 06 gün) üst-üstə düşdüyünü nəzərə almadan əlavə sosial sığorta stajı kimi hesablamışdır.

24. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, il ərzində kolxozdakı iş dövrü bütövlükdə tam təqvim ili üzrə deyil, kolxozçunun əmək iştirakı minimumu ilə müəyyən edilir. Başqa sözlə, kolxozda müəyyən edilmiş əmək günü (adam günü) ilin bir hissəsini (240 gün, 220 gün və s.) əhatə edə bilər.

25. Hazırkı işdə də vəziyyət, məhz belədir. İddiaçının 1980-ci ildə işlədiyi kolxozda minimum adam günü 240 gün müəyyən edilmiş və iddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, həmin minimumu ödəmişdir. Buna görə də məhkəmə həmin müddəti tam iş ili qəbul etməkdə haqlı olmuşdur.

26. Şikayətdə qeyd olunan 1971, 1973 və 1974-cü il lərdə adam günü normasının tam olmadığına dair dəlilə gəldikdə, həmin illər üzrə minimum adam günü (240 gün) normasının iddiaçı tərəfindən tam ödənildiyi kolxozçunun əmək kitabçasının məlumatları ilə təsdiq olunur.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar