Məhkəmə qərarları › İş №2-1(102)-2242/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2242/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2242/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2225/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10 iyun 2006-cı il tarixli 04 saylı müqaviləyə əsasən Bakı şəhəri, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfindən yerləşən 2000 kv.m torpaq sahəsi 10 il müddətinə Bakı şəhər İcra Hakimiyyətinin X2 tərəfindən X4 icarəyə verilmiş, daha sonra X5 qeyd olunan icarə müqaviləsini əsas götürməklə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsinə q arşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə X3 mülkiyyət hüququnun tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamənin icrası ilə bağlı icra vərəqəsi tərtib edilərək Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir.

3. Sabunçu Rayon İcra Hakimiyyəti maraqlarına toxunan şəxs kimi həmin qətnamədən apellyasiya şikayəti vermi ş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X1rşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur.

4. X3 hüquqi varisi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, lakin AR Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-7518/18 saylı, 20 noyabr 2018-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsini kassasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsinin mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti X2 ilə mərhum atası X5 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin atası həmin qətnamə əsasında 2000 kv. metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. X9 qeyd edilən torpaq sahəsində 200000 manat dəyərində sahəsi 277 kv. metr və 85000 manat dəyərində sahəsi 27 kv. metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 150000 manat dəyərində 74 kv. metr, 55000 manat dəyərində 21 kv. metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atası 01 may 2015-ci ildə vəfat etmiş və o, vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir və vərəsəlik işi açılmışdır. Eyni zamanda, Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra o işlətmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notarius tərəfindən cavabdehə sorğu verilsə də, cavabdeh qurum cavab verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə qərarının icrası cavabdehə göndərilsə də, cava bdeh qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda cavabdehin arayış verməməsi nəticəsində o, sözügedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmir.

7. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İda rənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsində deyil. Eyni zamanda torpaq sahəsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1140/2006 saylı qətnaməsindən İdarə tərəfindən xx.xx.2018-ci il tarixində apellyasiya şikayəti verilmişdir, lakin nəticəsi barədə heç bir məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********78 saylı cavab məktubu ünvanlanmışdır. Bundan başqa, “Elektron məhkəmə” portalından əldə edilmiş məlumata əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli, 2(103)- 5514/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli, 2- 1140/06 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X1rşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2(102)-7518/2018 saylı qərarı ilə iddiaçı X3 hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018ci il tarixli. 2(1031-5514/2018 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı il ə (sədrlik edən hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mərhum atasının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər nə cavabdeh inzibati orqana, nə də işə məhkəmədə baxılarkən təqdim edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2225/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə iddiaçının mübahisəli ərazidə yerləşən tikililərə mülkiyyət hüququ birmənalı şəkildə tanınmışdır. Qanunvericiliyin tələblərinə əsasən bu halın yenidən sübuta yetirilməsinə ehtiyac yoxdur və məhkəmə bu halı qəbul etməyə bilməz.

15. Ancaq işə baxan apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsi kimi qeyd edilən halı yan keçmək üçün qətnamədə qeyd edir ki, iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, iddiaçının apellyasiya şikayətində istinad etdiyi yeganə əsas isə iş materialları ilə təkzib olunduğundan kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.

16. Lakin bu zaman məhkəmə unudur ki, iddiaçı atasına məxsus olan torpaq sahəsinin atasına məxsus olmasına dair arayışın verilməsini tələb edərək imtina almamışdır. İddiaçı məhkəmə qətnaməsi əsasında atasının 2006-cı il də mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair arayışın verilməsini cavabdehdən tələb etmiş və buna dair imtina verilmişdir.

17. Yəni işin mahiyyəti hansısa hüquq müəyyən edici sənədlər əsasında mərhumun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması deyil, 2006-cı il tarixli məhkəmə qətnaməsinin icra edilərək müvafiq arayışın verilməsi təşkil edir ki, işə baxan məhkəmələr bu halları araşdırmamışlar. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfat ının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10. 1-ci abzas. həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzas. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Az ərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. da şınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak ü zərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qay dasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkü n hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddiaçının iddia tələbi mərhum atası X3 Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı e vin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə məhkəmə qətnaməsinin və onun əsasında verilmiş icra sənədinin mövcudluğuna istinad edərək qeyd olunan torpaq sahəsinin mərhum atası X4 məxsus olması barədə arayış verilməsi ilə bağlıdır.

29. İşin hallarına əsasən stasionar xidmət obyektinin təşkili haqqında 10 iyun 2006-cı il tarixli 04 saylı müqaviləyə əsasən Bakı şəhəri, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfindən yerləşən 2000 kv.m torpaq sahəsi 10 il müddətinə Bakı şəhər İcra Hakimiyyətinin X2 tərəfindən X4 icarəyə verilmiş, daha sonra X5 qeyd olunan icarə müqaviləsini əsas götürməklə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsinə qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Zabrat-2 q əsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə X3 mülkiyyət hüququnun tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamənin icrası ilə bağlı icra vərəqəsi tərtib edilərək Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir.

30. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti maraqlarına toxunan şəxs kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2 018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X1rşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Daha sonra X3 hüquqi varisi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, lakin AR Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-7518/18 saylı, 20 noyabr 2018-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsini kassasiya şikayəti nə münasibətdə dəyişdirmədən saxlanılmışdır.

31. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

32. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.

33. İşin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mərhum atasının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur.

35. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərarın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2225/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar