Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2242/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə (üçüncü şəxslər ləğv prosesində olan QSC “Bank Standard” KB və X4) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı (ləğv prosesində olan Qapalı Səhmdar Cəmiy yəti “Bank Standard” KB və X4 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)-2590/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Lexus GS 300” minik markalı, Az**-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin in Baş X11 İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli xüsusi qərardadı ilə qərardadda qeyd olunan əməllərə hüquqi qiymət verilməsi, bununla əlaqədar araşdırmanın aparılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş və bu məqsəd ilə qərardadın surəti Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək “Lexus GS 300” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərinə qoyulmuşdur.
4. Məhkəmənin 22 dekabr 2022-ci il tarixli, 2-1(11 2)-3856/2022 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-3856/2022 nömrəli qərarı ləğv edilərək LPO QSC Bank Standard KB inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
5. Məhkəmənin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 02 iyun 2023-cü il tarixli, 21(112)-531/2023 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı “Lexus GS 300” minik markalı, Az **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi” öhdəliyinin cava bdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini, bu mümkün olmadığı təqdirdə isə yenidən baxılması üçün işin apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
8. Bundan başqa, iddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də müraciət etmişdir.
9. Vəsatət onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(112)-531/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi ilə əlaqədar prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır. Belə ki, uzun müddətdir Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan mü bahisələndirilən məhkəmə qərarından məlumatı olmamış, bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddəti tərəfindən ötürülmüşdür.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova (sədrlik edən), M.N.Tağızadə və K.H.Əkbərov) 29 may 2024-cü il tarixli, 2-1(103)2590/2024 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(112)531/2023 nömrəli qərarından verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilərək şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunmuşdur.
11. Məhkəmə qərardadında qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(112)-531/2023 nömrəli qərarı iddiaçının məhkəməyə bildirdiyi ünvan ü zrə xx.xx.2023-cü il tarixdə qəbul edilməklə, iddaçının səlahiyyətli etdiyi nümayəndəsinin elektron kabinetinə isə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə iddiaçının və nümayəndəsinin bu məhkəmə aktı barədə məlumatı olmuş, iddiaçı rəsmi qaydada məhkəmə aktını aldıqdan 9 ay sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi öz təsdiqini tapmadığından iddiaçının apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi əsassız olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyasının qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzi bati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəl diyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmad ıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə k i, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardardlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-82/2022 nömrəli, X2 cava bdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-233/2022 nömrəli, X6 cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-785/2022 nömrəli).
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğ u da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-2590/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.