Məhkəmə qərarları › İş №2-1(102)-2242/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2242/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2242/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətə qarşı “xx.xx.2023-cü il tarixli 56/İ saylı və xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, iddiaçının sonuncu iş yeri Şəki Penitensiar xidmətində rejim inspektoru v əzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-208/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2 saylı İstintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən intizam məsuliyyətinə cəlb edilərək 96 ş/h saylı xx.xx.2023-cü il tarixli əmrlə ona “töhmət” elan edilmişdir.

2. Bundan sonr a iddiaçı Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri ilə 03 iyun 2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsindən azad olunaraq Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı yeni təyin olunmuş iş yerinə getməməsi səbəbindən, onun barəsində cavabdeh tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi xx.xx.2023-cü il tarixli rəylə Penitensiar xidmətin rəhbərliyinə məruzə olunmuş, ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir.

4. Daha sonra, iddiaçının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalar ı”nın 2.2, 4.1 və 7.6-cı bəndinin tələblərini pozması əsası ilə ədliyyə orqanlarından xaric edilmə növündə intizam məsuliyyətinə cəlb edilmiş və nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 56/İ saylı və xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, iddiaçının so nuncu iş yeri Şəki Penitensiar xidmətində rejim inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı X1 böyük inspektor (yanğından mühafizə üzrə) vəzifəsinə qulluğa qəbul olunmuşdur. Bundan sonra xidmətdə irəli çəkilərək həmin təcridxanada baş inspektor və rəisin növbətçi köməkçisi vəzifələrində işləmiş, işlədiyi illərdə həmişə nizam-intiz amlı olmuş və 13 il ərzində bir dəfə də olsun intizam tənbehi almamışdır. 2023-cü ilin aprel ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X2 Qasım Əliyev rəis təyin edilmiş və o, gələn bir gündən qanunsuz və əsassız olaraq ona qarşı qərəzlik etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq ona töhmət vermiş, buna səbəb də guya onun otağında başqa əməkdaşların olması olmuşdur. Hansı ki, həmin vaxt onun otağında onun tabeçiliyində olan 3 əməkdaş olub. Ona töhmət verilən vaxt o, məzuniyyətdə olmuş, onu məzuniyyətdən geri çağırmışlar və təqdimatını vermişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun xəbəri və razılığı olmadan Şəki Penitensiar Xidmətinə rejim inspektoru təyin edilmişdir, hansı ki, həmin vəzifə onun işlədiyi vəzifədən 2 vəzifə və 1 rütbə aşağı vəzifə olub. Bundan sonra o, stress keçirmiş və 3 ay davamlı olaraq müalicə olunmuşdur, aidiyyəti üzrə iş yerinə gedə bilməmiş, Gəncə şəhərində xəstəxanada bülleten açdırmış və bülletendə olmuşdur. xx.xx.2023-cü il tarixdə daxili təhqiqat onu Bakıya başqa adla çağırmış, işə çıxmamağının səbəbini soruşmuş, o da səhhətinin və ailə vəziyyətinin buna imkan vermədiyini bildirmişdir. Həmin vaxt ona demişlər ki, vəsiqəni ver get və ona həmin vaxt yeni vəsiqə verilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun ərizələrinə və müraciətlərinə heç bir reaksiya verilmədən xx.xx.2023-cü il tarixdə o, ədliyyə orqanlarında qulluqdan xaric edilmişdir. Onun işdən azad edilməsindən və əmrinin verilməsindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, nə əmrin surəti, nə əmək kitabçası, nə də ki digər sənədlər və ödənişlər ona ödənilməmiş, rəsmi olaraq ona məlumat verilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlar imperativ norma olaraq Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsinin əsaslarını göstərmişdir. Yuxarıda qeyd etdiyi kimi işlədiyi müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq ona töhmət verilmiş, bundan sonra da qanunsuz və əsassız olaraq iş yeri dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişdir. Bundan sonra stress keçirərək mütəmadi müalicə olunmuş və səhhəti ilə bağlı işə çıxa bilməmişdir. Bununla bağlı da yuxarı rəhbərliyə məlumat vermişdir.

7. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bild irmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir. 2 saylı İstintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən intizam məsuliyyətinə cəlb edilərək Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə 96 ş/h saylı xx.xx.2023-cü il tarixli əmrlə ona "töhmət" elan edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə 378/k saylı xx.xx.2023-cü il tarixli əmrlə Şəki penitensiar müəssisənin Rejimnəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmadığına və digər ciddi pozuntulara yol verdiyinə görə Penitensiar xidmət üzrə 56/i saylı xx.xx.2023-cü il tarixli əmrlə "ədliyyə orqanlarından xaric etmə" növünd ə intizam məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı xidmət üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, ədliyyə mayoru İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətə çıxmamış, bunun guya onun xəstəliyi ilə əlaqədar olmasını göstərmək üçün Gəncə şəhəri və Samux rayonunda yerləşən müxtəlif səhiyyə müəssisələrinin işçiləri ilə sövdələşərək əmək qabiliyyətinin olmaması vərəqələri əldə etmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrinin qanuni olaraq verilib-verilməməsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İd arəetmə Birliyinə sorğu göndərilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin cavab məktubunda göstərilmişdir ki, Gəncə ŞBX-nin Gülüstan ASM tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicəsağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi ümumiyyətlə açılmamış və vətəndaşa təqdim edilməmişdir. Xidməti araşdırma zamanı ədliyyə mayoru İddiaçı öz nöqsanlarını etiraf etmək əvəzinə qeyri-səmimilik nümayiş etdirmiş və öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. R. Həsənov iddia ərizəsinin 5-ci səhifəsində qeyd edir ki: "işlədiyi müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq ona töhmət verilib və bundan sonra da qanunsuz və əsassız olaraq iş yeri dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişdir”. Bununla bağlı qeyd etmək lazımdır ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.10-cu maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, İddiaçı Şəki penitensiar müəssisənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsi barədə 378/k saylı xx.xx.2023-cü il tarixli əmri qan unvericilikdə nəzərdə tutulmuş müddət ərzində (inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində-xx.xx.2023-cü il tarixədək) mübahisələndirə bilərdi. Göründüyü kimi, İddiaçı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.11-ci maddəsinin və "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları"nın 2.2, 4.1ci və 7.6-cı bəndlərinin tələblərini pozmuşdur.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-1829/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışıdr ki, iddiaçı işlədiyi dövrdə əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmamışdır, bunu xəstəliyi ilə əsaslandırmağa çalışsa, işin faktiki hallarından –xidm ət dəyişdirildiyi tarixdən etibarən xidmətə çıxmayaraq, əmək qabiliyyəti olmaması barədə vərəqələr açdırması, daha sonra belə vərəqələr olmadan xidmət yerinə çıxmaması məhz xidmət yerinin dəyişdirilməsi ilə razılaşmadığı və onu icra etməkdən yayındığı məlum olur ki, bu da həm etik davranış qaydalarının, həm də əmək və icra intizamının pozulması deməkdir. İddiaçının barəsindən xx.xx.2023-cü il tarixdə töhmət intizam tənbehi, xx.xx.2023cü il tarixdə xidmət yerinin dəyişdirilməsi intizam tənbehi tətbiq edilmişdir. Həmin tənbehlər qüvvədə olduğu dövrdə iddiaçı əmək və icra intizamını pozaraq, mütəmadi olaraq belə pozuntulara yol verdiyindən cavabdeh orqan “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə müvafiq olaraq “ədliyyə orqanlarından xaric etmə” növündə intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur.

10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-208/2025 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqe ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tari xli 18-1/2- 8479/2023 nömrəli məktubu ilə iddiaçının işə getmədiyi dövrlərdə xəstə olmasını əsaslandırdığı və araşdırmaya təqdim etdiyi Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli, 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuş, Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi (Gülüstan ASM) tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi isə ümumiyyətlə açılmamış və iddiaçıya təqdim edilmədiyi təsdiq olunur. İddiaçının həm xi dməti araşdırmaya, həm də məhkəmə araşdırmasına təqdim etdiyi xəstəlik vərəqələrində onun xx.xx.2023-cü il tarixinə kimi xəstə olması qeyd olunur. Həmin tarixdən sonra iddiaçı heç bir üzrlü səbəb olmadan iş yerinə getməmiş, bu barədə cavabdeh tərəfindən müvafiq aktlar tərtib edilmişdir. İddiaçının Daxili təhqiqatlar şöbəsində verdiyi izahatdan görünür ki, o, xəstəlik vərəqləri ilə əhatə olunmayan dövrlərdə işə getməməsini xidməti vəsiqəsinin olmaması ilə əsaslandırmış, lakin iddiaçı xidmət yeri Şəki penitensiar müəssisəninə dəyişdirildiyi gündən xidmətə çıxmadığı üçün o, yeni xidməti vəsiqə ilə təmin edilməmişdir. İddiaçıdan alınmış xidməti vəsiqə isə onun 2 saylı İstintaq təcridxanasında xidmət etdiyi dövrdə (həmin vəzifə və rütbəyə uyğun) verilmiş xidməti vəsiqə olmuşdur. İddiaçının iş yeri dəyişdirildikdən sonra işə getməməsi, bu hərəkətlərin uzunmüddətli xarakter daşıması və mütəmadiliklə müşahidə olunması cavabdeh orqanın haqlı şəkildə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 31.5-ci madəsinin tələblərinə uyğun davranaraq qərar qəbul etməsi ilə nəticələnmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətini onun xidməti vəsiqəsinin olmaması və bu səbəbədən yeni xidməti yerinə gedə bilməməsi ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etira z təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri aşağıdakılardır: 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyy əti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki h alları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdən xaric edilməsi ilə bağlı əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normaları nın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının xidmətdən xaric edilməsi barədə xx.xx.2023-cü il tarixli, 56/i saylı əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Kassasiya şikayətinin dəlilləri isə qərarın ləğvinə əsas verməmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-208/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar