Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2243/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbin ə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-828/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 31 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur, hazırda Bakı şəhəri, xxx -də qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) İddiaçı 01.09.1978-ci ildən 13.10.1983-cü ilədək təhsil almış, 01.11.1983-cü il tarixli, 202 saylı əmrlə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1985-ci il tarixli, 12k saylı əmrlə eyni adlı sexə mühəndis təyin edilmiş və 04.12.1986-cı il tarixli, 350/k saylı əmrlə işdən azad edilmiş, 22.12.1986-cı ildən 22.11.1988-ci il tarixinə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuş,02.01.1989-cu il tarixli, 5/k saylı əmrlə mühəndis peşəsinə qəbul edilmiş və 01.03.1990-cı il tarixli, 33k saylı əmrlə işdən azad edilmiş, 01.03.1990-cı il tarixli, 87-k saylı əmrlə 28 aprel NQÇİ-yə rəis müavini təyin edilmiş, 01.02.1994-cü il tarixli, 25-k saylı əmrlə aparıcı mühəndis təyin edilmiş və 01.04.2004-cü il tarixli, 57-k saylı əmrlə işdən azad edilmiş, 02.04.2004-cü il tarixli, 40-k saylı əmrlə “Xəzərdənizneftqaztikinti” trestinə əyin mühafizəsi və keyfiyyət nəzarət xidməti rəisinin Audit üzrə müavini vəzifəsinə qəbul edilmiş, 07.02.2006-cı il tarixli, 56-k saylı əmrlə işdən azad edilmişdir. (ИТ-İ seriyalı, ******* saylı əmək kitabçası, “Azneft” İB-nin “28 Ma y Neft və Qazçıxarma İdarəsi”nin 10.12.2018-ci il tarixli arayışı) İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 05 noyabr 2018-ci il tarixli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə sdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, iddiaçı güzəştli iş stajını təsdiq edən sənəd (aydınlaşdırıcı arayış) təqdim etmədiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli əmək pensiyası hüququna baxılması mümkün olmamışdır. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1978-ci ildən 1983-cü ilədək al i təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə və 01.11.1983-cü il tarixdən 04.12.1986-cı il tarixədək, 02.01.1989cu il tarixdən 01.03.1990-cı il tarixədək Neft Daşları NQÇİ-də, 01.03.1990-cı il tarixdən 01.04.2004-cü il tarixədək 28 May NQÇİ-də xüsusi zərərli iş şəraiti olan avtomatika üzrə çilingər, mühəndis və rəis müavini vəzifələrində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1-ci siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 18.02.2012-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq təyin edilməsi və hesablama zamanı yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən əsassız imtina etmiş, bununla da onun 01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 10 və 27-ci maddələri üzrə hüquqları pozulmuşdur. Belə ki, iddiaçı 01.11.1983-cü il tarixdən 04.12.1986-cı il tarixədək, 01.01.1989-cu il tarixdən 01.03.1990-cı il tarixədək Neft Daşları NQÇİ-də, 01.03.1990-cı il tarixdən 01.04.2004-cü il tarixədək 28 May NQÇİ-də xüsusi zərərli iş şəraiti olan avtomatika üzrə çilingər, mühəndis və rəis müavini vəzifələrində işləmişdir. Həmin vəzifələr işin xarakterinə və vəzifə funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli pensiya hüququ verən vəzifələrin 1 nömrəli siyahısına uyğundur: 1100000a-18494 mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5 %-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, 1100000b—17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofizikimədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri uyğun gəlir. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 18.02.2012-ci il tarixdə qazandığından ona münasibətdə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalı və 52 yaşdan əmək pensiyası təyin edilməlidir. Belə ki, o, xüsusi zərərli əmək şəraitində 10 ildən çox işləmiş və ümumi iş stajı da 01.01.2006-cı il tarixədək 20 ildən çoxdur. Cavabdeh imtina məktubunda olduğu kimi iddia ərizəsinə eyni əsaslarala etiraz etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-946/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin olunmaması əsassız olmaqla, onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan n arazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-828/2019 nömrəli iş üzrə 18 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-946/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq 60 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına malik olduqd a və bunun azı 12 il 06 ayını ağır və zərərli peşələrdə tam iş günü ərzində çalışdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə əmək pensiya hüququ yaranır. İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. Mövcud pensiya qanunvericiliyinə əsasən iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə laz ımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial tə minat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01.01.2010-cu il tarixədək qüvvədə olan redaksiyada): 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri üzrə Azərbaycan Respublik asının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısına üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsində hərbi xidmət müddəti və ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin iş stajına daxil edilməli olduğu nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instans iya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən artıq sığorta stajına malik olmuş və həmin müddətin 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. 11.12.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensi yalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilirdi ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının dəniz neftçisi olduğu müəyyən edilərək işlədiyi nəzarət ölçü cihazlarının istismarı və təmiri üzrə çilingər, mühəndis, istehsalatın avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində mühəndis və rəis müavini peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda göstərilən 1100000a—18494- mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5 %-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər, 1100000a—18494- nəzarət ölçü cihazlarının və avtomatikanın bil avasitə quruluduğu yerlərin sahələrində (iş yerlərində)xidməti və təmiri ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər və 1100000b-24125 neft, qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ xidmətlərinin rəisləri və onların müavinləri- peşəsinə uyğun gəlir. Həmin işlərdə iddiaçının 10 ildən artıq iş stajı olduğu müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlə əmək pensiyası hüququna malik olduğundan, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-828/2019 nömrəli iş üzrə 18 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2243/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2243/2019
31.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver