Məhkəmə qərarları › İş №2-1(102)-2243/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2243/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2243/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması və ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Nümayəndə, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabd eh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin iştirakı ilə) qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-613/2020 nömrəli iş üzrə 02.09.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, 25 noyabr 2020-ci il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1968-ci ildə Ucar rayonun Kirovkənd kanadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə ana dan olmuş, 01 noyabr 1997-ci il tarixdən 01 mart 2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində vəzifəsi X1 diplomatik kuryer vəzifəsi olmuş və xidmət müddəti 21 il 02 ay 27 gün təşkil edir. Dövlət Feldyeger Xidmətində iddiaçının tutmuş olduğu Diplomatik Kuryer xidməti Şöbəsində diplomatik kuryer vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu Diplomatik Kuryer Xidməti Şöbəsində diplomatik kuryer vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Əmək pensiyası təyin edilən təminat xərcliyi götürü lmüş vəzifə ilə Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin əmək haqqında kifayət qədər fərq vardır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018ci il tarixli 3771 saylı sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. Əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, müraciətinə heç bir cavab verilməmişdir.

5. İş üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Birinci instansiya məhkəməsinin 06.12.2019-cu il tarixli, 2-1(81)-3164/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 və zifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5, 9.5.1, 20.1.11, 20.14.1, 37.3.5-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.2, 14.3, 33.1, 52, 58.7, 68.1, 68.2-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia əsaslıdır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxs də həmin qərardan apelyasiya şikayəti verərə k, qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.09.2020-ci il tarixli, 2-1(103)-613/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də əsaslandığı maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, hər iki apelyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyi, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün heç bir əsas yaratmır. Kasasiya şikayətinin dəlilləri:

12. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli qərarı vardır. Həmin Qərarın 1-ci bəndinə görə, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəz ifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılmalıdır.

13. Qərarın 2-ci bəndinə görə, 1-ci bənddə göstərilən şəxslərin pensiyaları 2018ci ilin martın 1-dən hesablanaraq ödənilməlidir.

14. Qərarın əlavəsinin 3-cü bəndinə görə, Dövlət Feldyeger Xidmətində mövcud olmuş «Diplomatik kuryer» vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq vəzifənin adı «Diplomatik kuryer» vəzifəsidir, Dövlət Feldyeger Xidmətində mövcud olmuş «Diplomatik kuryer» vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətindəki «Diplomatik kuryer» vəzifəsinə uyğunlaşdırılarkən sonuncunun vəzifə maaşına faiz nisbəti 28 faizdir.

15. Məhkəmə, Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli qərarının tələbini nəzərə almamışdır. Halbuki iddiaçının tələbinin Nazirlər Kabinetinin qərarı diq qətə alınmadan təmini mümkün deyildir və gələcəkdə qərarın icrasında ciddi sıxıntılar yaradacaqdır. Ona görə ki: - əvvəla, iddiaçının Dövlət Feldyeger Xidmətində tutduğu vəzifənin Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq müvafiq vəzifə «Diplomatik kuryer» vəzifəsidir. Məhkəmə isə Xüsusi Dövlət Mühafizə Xidmətinin «X2» vəzifəsinə uyğunlaşdırılma barədə qərar qəbul edib; - ikincisi, məhkəmə qərarında ümumiyyətlə, uyğunlaşdırılma aparılarkən rəhbər tutulacaq vəzifə maaşına faiz nisbəti məqamı açıq qalıbdır. Diqqət edilsin ki, bu növ iddialara baxılarkən iddiaçılar heç bir zaman vəzifə maaşı ilə bağlı faiz nisbəti məsələsinə toxunmurlar, tam əksinə, Dövlət Feldyeger Xidmətinin Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq təminat xərcliklərinin 2–3 dəfə artmasını iddia etmişlər. Böyük ehtimal, bu növ iddialar üzrə iddiaçılar Nazirlər Kabinetinin 15 aprel 2019cu il tarixli, 170-7 nömrəli qərarının əlavəsi barədə məlumatlı deyillər. Halbuki Qərarın əlavəsindən aydın olduğu kimi, uyğunlaşdırılma aparılarkən Xüsusi Dövlət Mühafizə Xidmətindəki «Diplomatik kuryer» vəzifəsi üzrə vəzifə maaşının 100 faizi deyil, cəmi 28 faizi əsas alınmalıdır. Bu halda isə, böyük ehtimalla, iddiaçının aldığı pensiya məbləğində ciddi dəyişiklik olmayacaqdır; - üçüncüsü, məhkəmələr pensiyanın hansı tarixdən etibarən yenidən hesablanmalı olduğu məsələsini də açıq buraxmışlar. Halbuki qərarda bu məqam açıq şəkildə göstərilib: 01 mart 2018-ci il. Bu tarixin göstərilməməsi də, qərarın icrası zamanı inzibati orqanla vətəndaş arasında əlavə mübahisələrin meydana çıxması na gətirə bilər. Ona görə ki, Dövlət Feldyeger Xidməti Prezidentin 1125 nömrəli, 24 noyabr 2016-cı il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib. Qərardan da aydın olur ki, 24 noyabr 2016-cı ildən 01 mart 2018-ci ilədək olan dövr üçün iddiaçının bu əsasla yenidən hesablanma tələbini irəli sürmək hüququ yoxdur.

16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2-1(103)613/2020 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya in stansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.09.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02.09.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.09.2020-ci il tarixli qərarının isə dəyişdiri lmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Nümayəndə çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.09.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

20. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

21. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunver icilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02.09.2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsi X1 (3-cü şöbə) X2 vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası bir daha xatırlatmağı lazım bilir ki, istənilən inzibati mübahisənin həlli zamanı iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 13, 58.7, 68.2-ci maddələrinin tətbiq edilməsi müddəalarının tətbiq edilməsi son dərəcə böyük əhəmiyyət kəsb edir.

26. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Həmin Məcəllənin 13-cü madd əsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

28. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalı dır.

30. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 13, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.

31. Belə ki, istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəmələrinin iş üzrə yuxarıda göstərilmiş nəticəyə gəlmələrini öz məhkəmə qərarlarında onunla əsaslandırmışlar ki, «iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsində diplomatik kuryer vəzifəsində xidmət etmişdir. Sonuncu işlədiyi vəzifə diplomatik kuryer vəzifəsi olmuşdur. 24 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1125 saylı Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliy inə verildikdən sonra iddiaçı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin 01 dekabr 2016-cı il tarixli əmri ilə sərəncama göndərilmiş və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 35 şh, 25 fevral 2017-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası «Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında» Əsasnamənin 4-cü bəndinə müvafiq olaraq (təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) 01 mart 2017-ci il tarixdən xidmətinə xitam verilmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Diplomatik kuryer rabitə xidməti şöbəsində işlədiyi diplomatik kuryer vəzifəsi hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinə Feldyeger Xidmət İdarəsinin X1 (3-cü şöbə) X2 vəzifəsinə uyğundur».

32. Lakin məhkəmə ko llegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən iddiaçının «Rabitə xidməti şöbəsində işlədiyi diplomatik kuryer vəzifəsinin hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinə Feldyeger Xidmət İdarəsinin X1 (3cü şöbə) X2 vəzifəsinə uyğundur» kimi qəti və imperativ qənaətə gəlməsi nə həmin Əsasnamədən, nə də ki, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi digər maddi hüquq normalarından müəyyən olunmur.

33. Yəni, apelyasiya instansiyası məhkəməsinin hansı maddi hüquq normalarına uyğun olaraq nəticəyə gəlməsi bəlli deyildir.

34. Digər tərəfdən, qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərarının «Apelyasiya şikayətinin dəlilləri» adlanan hissəsində üçüncü şəxsin apelyasiya şikayətinə aid qismində göstərilir ki, «İddiaçı barəsi ndə 19 aprel 2019-cu il tarixli, 920 saylı məlumat vərəqəsi Xidmət tərəfindən Qərara uyğun tərtib edilərək həmin tarixdə Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Sonradan iddiaçının vəzifə maaşı 28 faiz nisbətində hesablanmaqla 322 manat məbləğində müəyyən edilmiş və Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir».

35. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin 920 saylı məlumat vərəqəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yanlış olaraq 19 aprel 2019-cu il tarixli kimi yazılmış, əslində isə bu vərəqə 19 aprel 2017-ci il tarixli olmaqla, iddiaçının «kuryer» vəzifəsinin «böyük kuryer» vəzifəsi ilə uyğunlaşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə heç bir əsas vermir.

36. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı məhkəmə prosesi zamanı bildirmişdir ki, onun çalışdığı iş yerində hal-hazırda vəzifə maaşı 1600 manata bərabərdir.

37. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə istinad etməklə iddiaçının konkret tələbinin nə olmasında yardım göstərməli və bunun əsasında iddia tələbi dəqiqləşdirilməlidir.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 21(103)-613/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar