Məhkəmə qərarları › İş №2-1(102)-2244/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2244/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2244/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Prezident təqaüdünün əvvəlki dövrlərə görə ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyinə qarşı Prezident təqaüd ünün əvvəlki dövrlərə görə də ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-881/2021 nömrəli iş üzrə 31.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 24 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının oğlu X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. İddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərək adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir. İddiaçıya şəhid ailəsi statusuna müvafiq ol araq prezident təqaüdü oğlunun Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edildiyi 31 may 2018-ci il tarixindən deyil, 11.01.2019cu il tarixindən verilməyə başlamışdır, məhkəmə qərarından sonrakı fərq iddiaçıya ödənilmişdir. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi 01.01.2007-ci ildən 31.05.2018-ci il tarixinədək ödənilməsini barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X4 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (hazırki Suraxanı Xidmət Nümayəndəliyinə) qarşı ona, şəhid olmuş X6 görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi 01.01.2007-ci ildən 31.05.2018-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraci ət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 30.06.1992-ci il tarixində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(103)-6129/2018 saylı Qərarında qeyd edilir: 1974-cü il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilsin. Məhkəmə Qərarına əsasən iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən oğlunun şəhid olmas ı haqqında arayış verilərək adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununu və «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında AR Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(103) 6129/2018 saylı Qərarı verilən günədək birdəfəlik verilməsi daha ədalətli olar. Lakin iddiaçıya şəhid ailəsi statusuna müvafiq olaraq prezident təqaüdü oğlunun Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edildiyi 31 may 2018-ci il tarixindən deyil, 11.01.2019-cu il tarixindən verilməyə başlamışdır. Məhkəmə qərarından sonrakı fərq iddiaçıya ödənilmişdir. Amma əvvəlki fərq iddiaçıya ödənilməmişdir. Həmin fərqi almaq üçün iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət etmiş, lakin, iddiaçının 08.03.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ünvanladığı məktubuna bu günədək cavab verilməmişdir. İddiaçı və onun ailə üzvləri inzibati orqanın müvafiq vəzifəli şəxslərinin qəbullarında dəfələrlə olmuşlar, lakin cavab ala bilməmişdirlər.

4. Birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)1954/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X3 şəhid olmuş X6 görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”n ün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi tarixdən, yəni 01.01.2007-ci ildən 31.05.2018-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinə həvalə edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Respublikasının Konstitusiyasının 38, 71-ci maddələrinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə, İPM-in 2.2.3, 34.1, 52, 58.7, 68.1, 68.2-ci maddələrinə is tinad edərək hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.05.2021-ci il tarixli, 2-1(103)-881/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(112)1954/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyinə qarşı şəhid olmuş oğlu X6 görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün 01.01.2007-ci il tarixdən 31.05.2018-ci il t arixədək ödənilməyən hissəsinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cаvаbdеhə həvalə edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 14.3, 73.1-ci maddələrinə, Mülki Məcəllənin 41.1, 41.3-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə, AR Nazirlər Kabinetinin 29.01.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və dənilməsi Qaydaları”nın 7, 8-ci bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməs i ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun oğlu X9 30.06.1992-ci il tarixində Suraxanı rayon Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən 01.01.1993-cü il tarixində itkin düşmüşdür. Onun sağ olması və ya ölməsi barədə bu günədək heç bir məlumat yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(103)6129/2018 saylı Qərarında qeyd edilir: 19/4-cü il təvəllüdlü X5 Azərbayban Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilsin. Azərbaycan Respublikası Qanunlarına müvafiq olaraq, bütün şəhid ailələrinə 01.01.2007ci il tarixindən ödənilir. Onlar bu məbləği məhkəmədən kənar həll edərək alırlar. Övladları onun oğlu kimi itkin düşmüş və sonradan məhkəmə qərarına əsasən şəhid elan edilmiş şəhid ailələrinə də, 01.01.2007-ci il tarixindən almadıqları fərq məbləğini alıblar. Təqaüd onların bir çoxuna məhkəmədən kənər qaydada ödənilib. Hesab edir ki, bu hüquq ona da şamil edilməlidir.

9. Bakı Apcllyasiya Məhkəməsi Qərarını verərkən işin içərisində olan onun sübut kimi təqdim etdiyi sənədlərə diqqət yetirməmiş, hüquqi qiymət verməmiş, bu isə ədalətsiz qərar qəbul etməyə səbəb olmuşdur. Belə ki, Abşeron rayon Məhkəməsi nin 28 mart 2016-cı il tarixli 2(012)-251/2016 nömrəli qətnaməsinə əsasən B.Əzimovanın övladı Əzimov ilham Nəriman oğlu 08 avqust 1993-cü il tarixində ölmüş elan edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Bınəqədi rayon İdarəsinin verdiyi 26 may 2016-cı il tarixli 201 nömrəli arayışına əsasən Əzimov ilham Nəriman oğlunun şəhid, onun anası X1 şəhid ailəsi statusuna malik olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Abşeron rayon şöbəsi tərəfindən B.Əzimovaya şəhid ailəsi kimi 01.01.2007-ci il tarixindən 16687,9 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü hesablanmış və onun pul kartına hissə hissə məhkəmədən kənar qaydada 6 ay ərzində ödənilmişdir. Kapital Bankın ödəniş kartı üzrə 18.10.2017-ci il tarixli çıxarışı onun tərəfindən Bakı İnzibatı Məhkəməsinə təqdim edilmiş və işə əlavə olunmuşdur, lakin, Bakı Apellyasiya Məhkəməsi nədənsə onun təqdim etdiyini sübuta istinad etmədən ədalətsiz və qanunsuz Qərarı qəbul etmişdir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 31.05.2021-ci il tarixli, 2-1(103)-881/2021 nömrəli qərarının ləğv edilməsi və birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli 2-1(112)1954 saylı qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhk əməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə.96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası kas sasiya şikayətindəki dəlilləri və apellyasiya instansiyası məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(103)-881/2021 saylı qərarı ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən yuxarıda göstərilmiş hüquq normalarını tətbiq etməklə özünün 31 may 2021-ci il tarixli qərarının əsaslandırma hissəsində göstərmişdir ki, ““Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məhz həmin təqaüdü almaq hüququnun yarandığı vaxtdan ödənilməlidir.

16. Həmçinin apelyasiya instansiyası məhkəməsi öz qərarında yazmışdır ki, “İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya 11.01.2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmiş və 31.05.2018-ci il tarixindən yaranmış fərq məbləği ödə nilmişdir. Bununla da, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 8-ci bəndinin tələbi yerinə yetirilmiş, iddiaçıya şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququnun yarandığı, yəni Bakı Apellyasiya Məhkəməsinin 30.05.2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi gündən təyin olunmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Şəxsin ölmüş elan edilməsi haqqı nda məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3).”

17. Bununla yanaşı apellyasiya məhkəməsinin 31 may 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6129/2018 nömrəli iş üzrə 30.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-574/2018 nömrəli iş üzrə 02.03.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ərizəsi təmin olunmuş, 1974-cü il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir.”

18. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-in 12.1, 58.7, 6 8.2, 82-ci maddələrini pozaraq, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə səthi və formal baxmışdır.

19. Belə ki, işin 95-ci səhifəsində olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X9 01.01.1993-cü il tarixdə ölmüşdür, ölümün səbəbi “xidməti vəzifələrini icra edərkən”, öldüyü yer: “Dağlıq Qarabağ”dır.

20. X2 01.01.1993-cü ildə xidməti vəzifələrini icra edərkən Dağlıq Qarabağda şəhid olmuşdur.

21. Bu xüsusda qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, apelyasiya məhkəməsi X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktını Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6129/2018 saylı, 30.05.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən etm işdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-732/2011 saylı 16.03.2011-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı cavabdeh Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, 10.01.1974-cü il təvəllüdlü oğlu X9 ölmüş elan edilmiş və müvafiq qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsi Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir.

23. Lakin apellyasiya məhkəməsi işin həmin faktiki hallarını nəzərə almamaqla yanaşı onları araşdırmağa cəhd belə göstərməmiş, yəni əvvəla, Suraxanı rayon Qeydiyyat şöbəsinə mərhum R.A.Əliyevin adına ölüm haqqında şəhadətnamənin nəyin əsasında verilməsinə dair sorğu göndərməmiş, digər tərəfdən Suraxanı rayon Məhkəm əsinin 2(010)-732/2011 saylı, 16.03.2011-ci il tarixli qətnaməsini və onunla bərabər bu mülki işi tələb edərkən həmin işi araşdırmamış, yəni hazırkı inzibati mübahisəni tam və hərtərəfli öyrənməmişdir.

24. Belə olan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 31.05.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.05.2021-ci il tarixli, 21(103)-881/202 1 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar