Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2244/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: DİO-da xidmətdən xaric edilmə barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Yüzbaşıyev Həmid Əli oğlunun (təvəllüd: xx.xx.1991, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Naz irliyinin 2022-ci il 1 avqust tarixli, Ə437-001-22 nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)269/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 2016-cı il 31 iyul tarixində Balakən Rayon Polis Şöbəsinin Post-patrul tağımına polis nəfəri vəzifəsinə xidmətə qəbul edilmişdir. 2.Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Ə-123-001-22 nömrəli əmri ilə Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq ed ilmişdir. 3.Cavabdehin 2022-ci il 1 avqust tarixli, Ə437-001-22 nömrəli əmrinə əsasən, iddiaçı ona xx.xx.2022-ci il tarixli Ə123-001-22 nömrəli əmri ilə elan edilmiş "şiddətli töhmət" intizam tənbehi nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2022-ci il 1 avqust tarixli, Ə437-001-22 nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildən Balak ən Rayon Polis X1 Xidmətinin polis nəfəri olaraq, “polis serjantı” rütbəsi ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2022-ci il 1 avqust tarixli, Ə437-001-22 nömrəli əmrinə əsasən Daxili İşlər orqanlardından xidmətdən xaric edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Kütləvi iğtişaşların qarşısının alınması üzrə təlim məşqlərinin keçirilməsi haqqında” DİN-in xx.xx.2022-ci il tarixli Ə193-001-22 nömrəli Əmrinin tələblərinə uyğun olaraq Şəki şəhərində keçirilən təlimlərə əvvəlcədən məlumat vermədən və heç bir səbəb göstərmədən gəlməmişdir. Onunla dəfələrlə telefon vasitəsilə əlaqə ya radılmağa çalışılsa da telefona cavab verməmiş və hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Təlim məşqlərinə gəlməməyinə aydınlıq gətirmək məqsədilə Balakən RPŞ-nin xidmət üzrə rəis müavini Elxan Zamanov və həmin ünvanı tanıyan polis nəfərləri Əsəbəli Qarakişiyev, İbrahim Yolçuyev, Cuma Mamedov, Fərid Əliyev ilə iddiaçının yaşadığı ünvana getmişlər. Həmin vaxt onun evdə olduğu və mobil telefona cavab vermədiyi məlum olmuşdur. Polis əməkdaşlarını yaşadığı ünvanda gördükdə o, Elxan Zamanova qarşı kobudluq və hörmətsizlik nümayiş etdirərək heç bir səbəb göstərmədən təlimə gəlməyəcəyini aşkar şəkildə bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 7.Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-312/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. 8.Məhk əmə hesab etmişdir ki, iddiaçı xidməti dövründə dəfələrlə intizam qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət", xx.xx.2020-ci il tarixli Ə5-109-20 nömrəli əmrlə “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq", xx.xx.2021-ci il tarixli Ə64-109-21 nömrəli əmrlə “töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxarmamışdır. İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir. 9.Digər tərəfdən, iddiaçının məhkəmə iclasında bildirdiyi xidmət etdiyi polis şöbəsinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyinə dair izahatına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı xidmət yerinin dəyişdirilməsi barədə müraciət etməmişdir. Həmçinin onun barəsində olan intizam tənbeh tədbirlər indən görünür ki, xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət" barədə intizam tənbehi Şöbənin əvvəlki rəhbərliyi tərəfindən tətbiq edilmişdir. 10.Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin əmrinin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. 11.Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabde h orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. 12.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-269/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 14.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin h alları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Polis haqqında” Qanun: Maddə
13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.... İV. Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir. V. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini i cra etməyə borcludur. Maddə
34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. 18. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmişdir):
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı ad ına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 19.İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. O na görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 22.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, əsasən onunla eynilik t əşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. 24.Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi üzrə işin faktiki halları lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 25.Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məh kəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 26.Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının iddia tələbində və şikayətində istinad etdiyi dəlillər bu qərarın 17 və 18-ci bəndlərində göstərilən, polis əməkdaşının məsuliyyətini müəyyən edən normaların tətbiqi şərtlərinə təsir etmir, onların tətbiqini aradan qaldırmır və ya məhdudlaşdırmır. Buna görə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-269/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.