Məhkəmə qərarları › İş №2-1(102)-2244/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2244/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2244/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi; işin araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bak ı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-248/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kameral qərarlar ilə 2019-cu il yanvar və 2020-ci il yanvar ayı üzrə müvafiq olaraq 52344.52 manat və 4928.27 manat ƏDV məbləği hesablanmışdır. 2019-cu il yanvar ayı üzrə hesablanan 52344.52 manat ƏDV-nin 23173.76 manat hissəsi əvəzləşmənin ləğvi üzrə, 29175.89 manat hissəsi is ə xronometraj üzrə hesablanmışdır. 2020-ci il yanvar ayı üzrə hesablanan 4928.27 manat ƏDV-də əvəzləşmənin ləğvinə əsaslanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərara əsasən kameral vergi yoxlaması nəticəsində yanv ar 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassızdır. Bu səbəbdən həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən xx.xx.2020-ci il tarixində yanvar 2020-ci il hesabat dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********297500 saylı məktub göndərilmiş və kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş, müvafiq sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar (e-VHF) nəzərə alınmamış və əvəzləşdirmələr aparılmamışdır. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın "Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 105665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə m əlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yarandığı göstərilmişdir. Halbuki təqdim olunmuş bəyannamə üzrə bütün məlumatlar sənədlərə əsaslanır və zəruri sənədlər də vergi orqanına təqdim edilmişdir. xx.xx.2020-ci il tarixində cavabdehə məktubla müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onun tərəfindən 2020-ci ilin yanvar ayı üçün ƏDV vergi bəyannaməsi təqdim edilmişdir. Sistemdə xəta mövcud olduğundan vergi bəyannaməsi üzrə hesablanmalı olan vergi məbləği artıq yaranmışdır. Həmin gün dəqiqləşmiş vergi bəyannaməsini göndərmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə ƏDV vergi bəyannaməsinə dəqiqləşmə verilmişdir. Buna baxmayaraq, 66.894,82 manat məbləğ təsdiqlənməmiş azalmada qalmışdır. Bununla əlaqədar vergi orqanına müraciət olunmuşdur. Ona cavab olaraq vergi qanun vericiliyinə əsasən 30 gün müddətində təsdiqlənməmiş azalmanın azaldılacağının nəzərdə tutulduğu bildirilmişdir. Lakin bu günə qədər təsdiqlənməmiş məbləğ hələ də onun şəxsi hesab vərəqəsində mövcuddur. xx.xx.2020-ci ildə **********002000 nömrəli kameral hesablama barədə qərara əsasən 5.378,08 manat vergi məbləği hesablanmışdır. Sonra tərəflərindən xx.xx.2020-ci il tarixində dəqiqləşmiş bəyannamə vergi orqanına təqdim edilmişdir. Lakin yenə də vergi orqanı təqdim edilmiş sənədləri nəzərə almamış və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərar çıxarmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdı rılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Cavabdehin etirazları:

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur: Vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 105.665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamədə əldə edilmiş elektron qaimə-fakturalar (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********924100 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 16655,62 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********748000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə əlavə dəyər vergisinə 18 faiz dər əcə ilə cəlb olunan əməliyyatlar 1535402,57 manat, müvafiq olaraq əlavə dəyər vergisi 276372,46 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 105665,45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019,78 manat bəyan edilmişdir. Qeyd olunan bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsinə iddiaçı tərəfindən bəyan edilmiş Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş 105665.45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019.78 manat məbləğ öz təsdiqini tapmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya həmin məbləğlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilsə də, onun t ərəfindən əvəzləşdirməyə əsas verən təsdiqedici hər hansı sənəd cavabdeh orqana təqdim edilməmişdir. Həmçinin iddia ərizəsi cavabdeh orqana daxil olduğu vaxtdan vergi ödəyicisinin bank hesablarına sorğular göndərilmiş, ancaq banklar tərəfindən vergi ödəyicisinin bank məlumatları barədə çıxarışlar vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qoşmaların siyahısına diqqət yetirdikdə məlum olur ki, iddiaçı mübahisələndirdiyi qərarın qanunsuz və əsassız olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İşin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən qeyd olunan məbləği əvəzləşdirməyə əsas olan sənədlər mütləq məhkəməyə təqdim edilməlidir. Əvəzləşdirməyə əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə, iddianın araşdırılması v ə mübahisələndirilən qərarın qanunsuz hesab edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Daha sonra cavabdeh tərəfindən iddia tələbinə dair məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********52700 saylı yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********748000 saylı qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiri lməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin yanvar ayı və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlərlə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi Məcəlləs inin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filialları nın elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildi yi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112) 395/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən inziba tı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir.

9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2023 cü il tarixli 2-1(102)511/2023 nömrəli, qərarı ilə (hakimlər: S.Kərimov (sədrlik edən), Z.Quliyev və R.Nəbizadə) cavabdehin kassasiy a şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Kassasiya instansiya məhkəməsinin mövqeyi: Cavabdeh iddiaçı tərəfindən 2019-cu və 2020-ci illərin yanvar ayı üzrə əvəzləşdirməyə təqdim edilmiş e-VHF-lar barədə məlumatları əks etdirən cədvəli vaxtında məhkəməyə təqdim etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə aparılan hesablamaların əsaslarına dair təsdiqedici sənədləri cavabdehdən tələb etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh kassasiya şikayətinə əlavə etdiyi təsdiqedici sənədləri vaxtında məhkəməyə təqdim etməsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün həmin sənədlərin araşdırılm ası zəruridir. Belə ki, qeyd olunan cədvəl üzrə məlumatların həqiqiliyi tərəflərin təqdim edəcəyi digər sənədlər əsasında (iddiaçının bəyannamə məlumatları, əldə etdiyi e-VHF-lar, ödəniş sənədləri) yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV məbləği hesablanarkən 2018ci ilin 22-24 dekabr tarixlərində keçirilən xronometraj metodu ilə müşahidənin nəticələrinə istinad olunmuş və iddiaçının yanvar ayı üzrə təqdim etdiyi ƏDV dövriyyəsi ilə xronometraj qaydasında müəyyən olunan orta günlük satış dövriyyəsi arasındakı fərqə vergi hesablanmışdır. Məhkəmə kollegiyası bildirir ki, eynilə təkrar əvəzləşdirilməsi qeyd olunan e-VHF-lar barədə məlumat kimi, xronometraj metodu ilə müşahidə aparılmasına dair təsdiqedici sənədlər də kassasiya şikayətinə əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Obyektiv araşdırma prinsipinin tələbləri baxımından nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi hesablamanın əsasını təşkil edən həmin sənədləri cavabdehdən vaxtında tələb etməmiş və araşdırmamışdır. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı təqdim olunan xronometraj metodu ilə müşahidəyə dair sənədlər araşdırılmalı, həmin tədbirin iddiaçının fəaliyyətinə uyğun müddətdə və vergi hesablanmasına əsas ola biləcək ağlabatan müddət ərzində aparılıbaparılmadığı, iddiaçının fəaliyyətinin digər vaxtlara nəzərən aktivləşdiyi dövrə təsadüf edibetmədiyi (bayram, qeyri-iş günləri, digər mövsümi xarakterli adətlər və sairə), tədbir 2018- ci ilin dekabr ayına təsadüf etdiyi üçün 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2019-cu ilin əvvəli nə iddiaçının mal qalığının, eləcə də iddiaçının fəaliyyətinin 2019-cu ilin yanvar ayında aktiv olub-olmaması müəyyən edilməli və məcmu şəklində qiymətləndirilməli, yalnız bundan sonra qərar qəbul edilməlidir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-248/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov (sədrlik edən və məruzəçi), C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112) 395/2022 saylı qərarı ləğv edilərək iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən təkrar əvəzləşdirilmiş e-VHF-in siyah ısından da görünür ki, iddiaçı tərəfindən 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaimə-fakturalar (e-VHF) 2019-2020-ci illərin yanvar ayında təkrar olaraq əvəzləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda müvafiq siyahılar öz əksini tapmışdır. Həmin siyahılarda təkrar olaraq əvəzləşdirilmiş elektron qaimə-fakturalar göstərilmişdir. Cavabdeh tərəfindən “Xronametraj metodu ilə müşahidənin aparılması” haqqında xx.xx.2018-ci il tarixli **********2959 nömrəli qərara əsasən iddiaçıya məxsus olan mağazada xx.xx.2018-ci il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj meto du ilə müşahidə aparılması qərara alınmış, 22-24 dekabr 2018-ci ildə xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman iddiaçı da iştirak etmiş, tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı irad və narazılığı olmamışdır. Habelə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etməmişdir.

14. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 15.1, 23.1, 24.1, 36.1, 36.2, 37.1, 37.3, 37.4, 37.5, 37.6, 50-1.1, 50-1.2, 50-1.3, 50-1.4, 50-1.5, 50-1.6-cı maddələrinə istinad etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd edilmişdir ki, əlavə vergi məbləğinin hesablanmasında əsas kimi iddiaçı tərəfindən 2019 və 2020-ci illərin yanvar ayında əvəzləşmələrin 2 dəfə aparılması göstərilmişdir. İş materiallarına diqqət yetirilsə 2 ədəd ƏDV bəyannaməsi və onun əlavəsi və burada 2 dəfə əks etdirilən e-qaimə məlumatları mövcud deyil. Cavabdeh ümumi sözlərlə və özlərinin yığdıqları cədvəllə əvəzləşmənin 2 dəfə aparılmasını bildirsə də, 2 dəfə təkrarlanana əvəzləşmə məlumatları, ƏDV bəyannammələri və təkrarlanan ƏSV bəyannamə əlavələri təqdim edilməmişdir.

17. ƏDV-nin əvəzləşməsi VM-nin 175-176-cı maddələrinə uyğun olaraq aparılır. ƏDV depozit, əsas məbləğlərin ödənişləri, hətta ƏDV bəyannamələri də elektron olaraq məhkəməyə tə qdim edilsə də məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi məlumatlara baxmamış, cavabdehin sübut edə bilmədiyi məlumatlara istinad etmişdir.

18. Kassator əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş işin hüquqi əsaslarını qiymətləndirməyərək, sadəcə cavabdehin təqdim etdiyi cədvəl məlumatı əsas götürmüşdür. Şikayətin mahiyyətini müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən cavabdehin təqdim etdiyi cədvəl məlumatlarını mötəbər sübut hesab etmişdir.

19. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 3.1, 3.2, 3.3, 3.11, 37.1, 37.2, 37.2-1, 50-1, 175.1, 175.1.1, 175.1.2, 175.1.3, 178-ci maddələrinə münasibətdə araşdırma aparılmamışdır. b. Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-248/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.2. B u Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicis i vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqd im edilmiş vergi bəyannamələri; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;

22. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gönd ərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə t ərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araş dırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin ed ən həcmdə araşdırılma aparılmamışdır.

29. İş materiallarına əsasən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli qərarla 2019-cu ilin yanvar ayı üzrə 52344,52 manat məbləğində ƏDV, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarla 2020-ci ilin yanvar ayı üzrə 4928,27 manat məbləğində ƏDV hesablanmışdır. Həmin qərarları qəbul edərkən cavabdeh iddiaçının elektron vergi hesab-fakturalarla əldə etdiyi mala (işə, xidmətə) görə ödədiyi ƏDV məbləğini hesablama aparılan dövrlərdə təkrar əvəzləşdirdiyinə əsaslanmışdır.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi yuxarıda qeyd edilən qərarların ləğv edi lməsinə nail olmaqdan ibarətdir.

31. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı barəsində dekabr ayının son həftəsində keçirilmiş xronometrajın nəticələri əsasında 2019-cu ilin yanvar ayı üzrə ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Qeyd edilməlidir ki, xronometrajın nəticələrinə əsasən verginin hesablanması vergi orqanının hüququdur (Vergi Məcəlləsinin 37.5 və 67.1.8-ci maddələri). Lakin, yoxlama dövrü 2019-cu ilin yanvar ayı ilə bağlı olduğundan, vergi orqanı xronometrajın nəticələrini 67.1.8-ci maddəyə əsasən əlaqəli məlumat kimi götürməsi üçün, 67.1-ci maddənin dizpozisiya şərtləri (sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat u çotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda) mövcud olmalı, həmçinin şərtlər mövcud olduğu halda ardıcıllığa riayət edilməli idi. Lakin, hazırkı işin hallarından 67.1-ci maddənin dizposiziya şərtlərinin ödənildiyi öz təsdiqini tapmır və hətta ödənilsə belə cavabdeh xronometrajı tətbiq etməmişdən öncə 67-ci maddənin ardıcıllığına uyğun olaraq digər metodlardan istifadə etməli idi (formalaşmış məhkəmə təcrübəsinə əsasən).

32. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apardığı əməliyyatlara uyğun ƏDV dövriyyəsi bəyan etdiyindən, cavabdehin iddiaçı tərəfindən mühasibatlığı düzgün aparmaması və ya dövriyyəsini gizlətm əsinə dair əsaslı sübutları və dəlilləri olmadığından, xronometrajın əlaqəli məlumat kimi istifadə edilməsi 67-ci maddənin tələblərinə uyğun deyildir.

33. Digər tərəfdən, nəzərə alınmalıdır ki, vergi ödəyicilərinin də xronometrajı mübahisələndirmək və dövriyyə dəyişdiyi halda təkrar xronometrajın keçirilməsini tələb etmək hüququ vardır. Lakin hazırkı işdə iddiaçının yeni xronometrajın keçirilməsini tələb etməklə bağlı hüquqi imkanı olmamışdır. Belə ki, yeni xronometrajın tələb edilməsi üçün qanunvericiliyə əsasən əvvəlki xronometrajdan azı 1 ay keçməlidir. Və hazırkı işdə bu müddət keçməmişdi. Bununla belə, hər bir halda, xronometrajın tətbiqi qeyd-şərtsiz deyildir və 67-ci maddənin tələbləri gözlənilməklə həyata keçirilməlidir.

34. Məhkəmə kollegiyası iddiaçıya əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş təkrar əvəzləşdirmə ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddia edir ki, 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaimə-fakturalar 20192020-ci illərdə yanvar ayında təkrar əvəzləşdirilmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə ilk dəfə baxan kassasiya instansiya məhkəməsinin mövqeyində də bu halın ətraflı araşdırılması ilə bağlı mövqe sərgilənsə də, iş təkrar apelyasiya baxışında olarkən, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş bir sıra cədvəl məlumatlara istinad etməklə kifayətlənərək iddianı rədd etmişdir. Başqa sözlə, bu məsələnin araşdırılması üçün iddiaçının 2018-2019 və 20192020-ci illərdə əvəzləşdirdiyi hesab fakturaların siyahısının müqayisəli təhlili aparılmalı, zərurət olduğu halda mütəxəssisin yardım ından istifadə edilməli idi. Belə ki, hər bir hesab fakturanı identifikasiya edən nömrə var. Həmçinin ƏDV əvəzləşdirilməsi aparılarkən həmin nömrələr məlumat bazasına daxil edilir. Odur ki, bu məlumatın əldə edilməsi və dəqiqləşdirilməsi rahat prosesdir. Sadəcə müqayisəli təhlil aparılmalıdır. Lakin apellyaisya instansiya məhkəməsi belə bir müqayisəli təhlil aparmamış, sadəcə vergi orqanının dəlillərinə istinad etmişdir.

36. Halbuki, İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

37. Lakin, apellyasiya instansiyası məhkəməsi İPM-in qeyd edilən normasına zidd olaraq Ali Məhkəmənin göstərişləri natamam icra etmişdir.

38. Belə olan halda, kassasiya şikayəti qismən təmin edilməli Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-248/2024 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalı və qiymət verməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 21(103)-248/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar