Məhkəmə qərarları › İş №2-1(102)-2245/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2245/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2245/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin “x”firmasına qarşı iş üzrə Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Cavabdeh Firmasına qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2-1(103)-513/2019 sa ylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh Firmasının 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 18.664,94 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdeh firmaya borcun ödənilməsinə dair 31 yanvar 2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 10 fevral 2017-ci il tarixli sərəncam qoyulmuşdur. Daha sonra, 02 may 2017-ci il tarixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdeh firmaya bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Sosial siğorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsini nəzərə alaraq cavabdehin 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017ci il tarixədək məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış 18.664,94 manat məbləğində borcun onun əmlakı hesabına A zərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinin xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)4798/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh məcburi dövlət sosial siğorta haqqını ödəməli olduğu halda, qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və məcburi dövlət sosial siğorta haqqı üzrə borcunu vaxtında ödəməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli, 2-1(103)-892/2018 saylı qərarı ilə c avabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı cavabdehin məcburi dövlət sosial siğortası üzrə borcunun vergi orqanlarından alınmış ödəmə mənbəyində tutulan vergi məlumatlarına əsasən hesablandığını qeyd etsə də, kameral sosial sığorta yoxlamasının keçirilməsini və yoxlamanın nəticələrinin cavabdehə təqdim olunmasını təsdiq edən sənədləri, habelə hesablamalara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 14, 18, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 7.15-ci maddələri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli, 2-1(103)-892/2018 saylı qərarından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxışa qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2128/2018 saylı 13.12.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli, 2-1(103)-892/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəri lmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 29.03.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departementi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 19.04.2010-cu il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4798/2017 saylı 14 dekabr 2017-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 19.04.2010-cu il tarixli qərarda dından iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti hesab edirki, “Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikas ı Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Eyni zamanda Vergi Məcəlləsinin 01.01.2019-cu il tarixindən qüvvəyə minmiş 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları,vergilərin ödənilməsi qaydaları(ödənilməsi mənbələri istisna olmaqla),vergi ödəyicilərini n və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri,vergi nəzarətinin forma və metodları,vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən(hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Digər tərəfdən, “hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” barədə vergi orqanı tərəfindən iddianın qaldırılması imkanı ilə bağlı kassator bildirir ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin,faizlərin,ma liyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin,tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması,yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu(dövlət büdcəsi qarşısında öhdəliyi yaranan)vergi ödəyicisi ilə bağ lı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki,dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. Beləliklə işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Kassator Vergi Məcəlləsinin 1.4, 23.1.15-1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 26, 402, 403.1, 404.1.2, 405.0.2-ci maddələrinə, İPM-nin 90.1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)513/2019 saylı 19.04.2010-cu il tarixli qərardadının ləğv edilib işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabde h məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-513/2019 saylı 19.04.2010-cu il tarixli qərardadının ləğv edilib işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 19.04.2010-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırıla n halları ilə müəyyən olunur ki, Cavabdeh Firmasının 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinə məcburi dövlət sosial siğorta haqları üzrə 18.664,94 manat borcu yaranmış, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdeh firmaya borcun ödənilməsinə dair 31 yanvar 2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə onun hesablaşma hesablarına 10 fevral 2017-ci il tarixli sərəncam qoyulmuş, daha sonra, 02 may 2017-ci il tarixdə müəssisə tərəfindən borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bak ı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi tərəfindən cavabdeh firmaya bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir (“Sosial Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci hissəsi). Buna görə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/2019 saylı 29.03.2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departementi ilə əvəz edilmişdir. Hazırkı iş üzrə iddia tələbi cavabdehin 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış 18.664,94 manat məbləğində borcun onun əmlakı hesabına Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsinin xeyrinə tutulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 01.01.2019-cu il tarixədək qüvvədə olan (iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtda qüvvədə olan) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ var idi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanunla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 9-cu abzası ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanın ın hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə il ə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü k imi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2019-cu il tarixədək, yəni iddia ərizəsinin verildiyi vaxt q üvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini 9-cu abzasında məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ) birmənalı şəkildə ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququ qeyd olunmuş, lakin hazırkı iddia tələbi olan “əmlakın satılması yolu borcun ödənilməsini tələb etmək hüququ” nəzərdə tutulmamışdır. Başqa sözlə, sığortaedənlərin (ödəmə qabiliyyəti olmayan) fəaliyyətinin dayandırılmasını tələb etmədən yalnız əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsini tələb etmək imkanını qanunvericilik təsbit etməmişdir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi 01.01.2019-cu il tarixdən Vergilər Nazirliyi müəyyən edilmişdir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də açıq-aşkar göründüyü kimi vergi orqanlarının da ümumi şəkildə əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsini tələb etmək imkanı nəzərdə tutulmamışdır. Belə ki, vergi orqanının hazırkı iddia ilə cavabdehdən dövlət sosial sığorta haqqı üzrə debitor borcunun ödənilməsi məqsədinə nail olmaq istəyirsə, bu halda qanunvericilik icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyətini vergi orqanına vermişdir. Digər tərəfdən vergi orqanı sığortaedənin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi məqsədinə nail olmaq olmaq istəyirsə, bu halda Vergi Məcəlləsinin 90.1-ci maddəsinin tələbinə əsasən sığortaedənin əmlakını siyahıya aldıqdan sonra 30 gün müddətində əgər borc üzrə öhdəlik yerinə yetirlməyibsə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Halbuki, hazırkı iş üzrə iddiaçı olan vergi orqanı cavabdehin əmlakını siyahıya almamış və və həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, həm 01.01.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, həm də hazırkı qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməninin həyata keçirən orqanının sığortaedənin məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcunun onun əmlakı hesabına tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ təsbit edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1,1.2,1.4,2.1,6.1,6.2, və 7 –ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdırki, mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır(1. 1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir(1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur(1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır(2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmal ıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır(6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun(6.2). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia m ümkün sayılır. Beləliklə,Ali Məhkəmənin X1 sadalanlara hüquqi qiymət verərək hesab edirki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edirki,iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/19 saylı 19 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departementinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-513/19 saylı 19 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar