Məhkəmə qərarları › İş №2-1(102)-2245/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2245/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2245/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik maddi yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2021 nömrəli, 23 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh 20 iyul 2020-ci il tarixli, **********9 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 22.07.2019-cu il tarixdə iddiaçı işsiz kimi qeydiyyata alınsa da, İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən o, torpaq mülkiyyətçisidir. Bu səbəbdən də ona 190 manat birdəfəlik maddi yardım ödənilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin düzgün məlumat əldə etməməsi nəticəsində dövlətin verdiyi yardımı almaqdan məhrum olduğu üçün 4 ay, hər ay 190 manatdan hesablanmaqla 760 manat və mənəvi ziyana görə 1000 manat, ümumilikdə 1760 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Koronavirus (COVİD-19)" pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nın təsdiq edilməsi barədə" Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin ona təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onun torpaq mülkiyyətçisi olduğunu əsas gətirərək 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı kənd təsərrüfatına yararlı pay torpaq sahənin mülkiyyətçisi olduğundan, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” o na şamil edilməmiş və birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6314/2021 saylı, 13 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu 4 (dörd) aylıq dövr üzrə hər ay üçün 190 (yüz doxsan) manat olmaqla, cəmi 760 (yeddi yüz altmış) manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində daşınmaz əmlakın olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçıya işsiz statusuna malik olan şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı il ə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası” dövründə birdəfəlik ödəmə verilməli idi. Cavabdeh inzibati orqanın bundan imtinası qanunun tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

8. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə bildirmişdir ki, iddiaçı mənəvi zərərlə bağlı sübut təqdim etmədiyindən iddia həmin hissədə əsaslı sayıla bilməz.

9. İddianın təmin edilməyən hissəsindən iddiaçı apelyasiya şikayəti verməmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6314/2021 saylı, 13 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icra müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən cavabdehə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel - may ayları) digər sahələrdə olduğu kimi, əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X1 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır.

15. Prosessual qanunvericiliyin tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərti yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Cavabdeh kasasiya məhkəməsinə göndərdiyi vəsatətində mübahisəyə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

21. İPM-in 96.4-cü maddəsinə görə kasasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında b axılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

22. Hazırkı işdə İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Odur ki, məhkəmə tərkibi vəsatəti təmin etmir.

23. İşin mahiyyətinə gəlincə, şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir.

24. Cavabdeh bu dəlilin əsası kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qə rarına istinadla qeyd etmişdir ki, “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə i nzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

25. Məhkəmə kollegiyası cavabdehin dəlilini və bu dəlilin əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarına istinadını əsaslı hesab etmir. Belə ki, hazırkı iddianın mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl olunmadığına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, yaxud işdə belə bir əsasın mövcud olduğu müəyyən edilməmişdir.

26. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıd ır.

27. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-897/2021 saylı iş üzrə 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar