Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2245/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala Rayonu Zaqatala Bələdiyyəsinə qarşı “Zaqatala şəhəri Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Zilban kəndində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir.
2. İddiaçı uzun müddət istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özünün mülkiyyətinə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Zaqatala bələdiyyəsinin İqtisadi İnkişaf daimi komissiyasının əməkdaşları tərəfindən iddiaçının ərizəsinə əsasən baxış keçirilmiş, verilmiş rəydə qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə verilməsini xahiş etdiyi torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsindən kənarda yerləşir. Həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olmasına baxmayaraq onun istifadəsində deyil. Komissiya həmin torpaq sahəsinin iddiaçının bilavasitə mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmir.
4. Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı qərarına əsasən Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sahəsinin bilavasitə və ya hərrac və müsabiqə yolu ilə alqı-satqı olunması üçün prosedura başlanılması məqsədə uyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Zaqatala şəhəri Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 34 kv.m torpaq sahəsinin on a satılmasına köməklik göstərilməsi üçün cavabdeh orqana müraciət etmiş, sözügedən torpaq sahəsinin onun istifadəsində olmasını, həmin torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını və torpaq sahəsindən uzun illər ərzində özünün istifadə etməsini bildirmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin bilavasitə və ya hərrac və ya müsabiqə yolu ilə satışının təşkili proseduruna başlanmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə Zaqatala Bələdiyyəsinə müraciət edərək əlavə olaraq hasarlamaq istədiyi 34 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir.
7. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, ünvan 1 ünvanda y aşayan iddiaçı 2022-ci ilin aprel-may aylarında xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərində mişar daşı ilə hasarlama işlərini aparmışdır. Eyni zamanda onun mülkiyyətinə bitişik lakin onun mülkiyyətinə aid olmayan torpaq sahəsinin də sərhədlərində hasarlama işləri aparmaq istəyən zaman, həmin ərazidə yaşayan qonşuların Zaqatala Rayon İcra Hakimiyyətinə şikayəti əsasında qanunsuz aparılan hasar tikintisi işləri dayandırılmışdır. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə Zaqatala Bələdiyyəsinə müraciət edərək əlavə olaraq hasarlamaq istədiyi 34 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Zaqatala Bələdiyyəsinin iqtisadi İnkişaf komissiyası həmin əraziyə baxış keçirmiş, komissiya sədri və digər qonşularla söhbət apararaq mövcud vəziyyəti araşdırmışdır. Araş dırma zamanı məlum olmuşdur ki, iddiaçının Bələdiyyəyə təqdim etdiyi sənədlərə əsasən onun mülkiyyətində 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,2 kv.m əmlakı mövcuddur. Onun mülkiyyətinə verilməsini xahiş etdiyi 34 kv.m torpaq sahəsi isə onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmasına baxmayaraq, ərizədə qeyd etdiyi kimi uzun müddət onun istifadəsində olmamışdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmaqla Səlahəddin Kazımov küçəsinin kənarında yerləşməklə boş sahədir. 34 kv.m torpaq sahəsinin sağ və sol tərəflərindən dalan olmaqla yol keçir, hər iki dalanda yaşayış evləri mövcuddur. Digər tərəfdən qonşuların etirazına əsasən sözügedən 34 kv.m torpaq sahəsinin hasarlanması həmin dalanlarda texnikanın hərəkətinə məhdudiyyət yaradaraq yolu daraldır. Bu da nəqliyyat vasitələrinin həmin ərazidə manevr etməsinə çətinlik yaradır. İddiaçı Zaqatala Bələdiyyəsində olmuş və bütün bunlar ona izah olunaraq həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin məqsədə uyğun olmadığı onun diqqətinə çatdırılmışdır. Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclasında iddiaçının ərizəsi Bələdiyyə üzvlərinin müzakirəsinə verilmişdir. İclasda İqtisadi inkişaf komissiyasının sədri komissiyanın rəyini təqdim edərək araşdırdığı vəziyyəti bələdiyyə üzvlərinin diqqətinə çatdırmışdır. Müzakirələrdən sonra Zaqatala Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sahəsinin bilavasitə və ya hərrac və müsabiqə yolu ilə alqı-satqı olunması üçün prosedura başlanılması məqsədə uyğun hes ab edilməmişdir. Həmin torpaq sahəsinin əvvəllər istifadə olunduğu kimi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində saxlanılması daha məqsədə uyğun hesab edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 19 dekabr 2022-ci il tarixli 21(116)-1648/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi iddiaçıya məxsus, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır, həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. İddia olunan torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşa yış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə aid olması qeyd edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də həmin torpaq sahəsinin əvvəllər kənarlarını bağlayaraq istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə hazırda kənarlarını açmasını və onun faktiki istifadəsində olmamasını bildirmişdir. Belə olan halda bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən və işin yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın l əğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 11.Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2-1(116)-1648/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə təkrar baxılması üçün müvafiq məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şi kayətinin dəlilləri
14. Torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajlarının, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilməlidir. Həmin torpaq sahəsini iddiaçı yuxarıda adı çəkilən qanun qəbul olunmamışdan əvvəl hətta bələdiyyələr yaranmamışdan əvvəl iddiaçı həmin torpaq sahəsindən qaraj kimi istifadə etmiş və hal-hazırda da istifadə edir.
15. Apellyasiya instansiyası məhkəməsi həmin əraziyə yerli baxış keçirərək həmin torpaq sahəsinin həqiqətən də, yalnız iddiaçının istifadəsində olmasını, həmin ərazidən qaraj kimi istifadə edərək iddiaçıya məxsus elektrik dirəyi və yük avtomobilinin qoşqusunun olmasını müəyyən etməsinə baxmayaraq qərarında qeyd etmişdir ki, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. Məhkəmə bu fakta belə qiymət verməklə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinin tələblərini pozmuş, beləliklə də iddiaçının pozulmuş hüquqlarını bərpa etməmişdir. 16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli və ya torpaq üzərində mülkiyyət istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edən sahələr həmin Qanunun 16.4-cü maddəsinə əsasə n iddiaçının istifadəsində olan torpaq sahəsi kimi qiymətləndirilməlidir.
17. Bundan başqa mübahisəli torpaq sahəsi yalnız iddiaçının istifadəsində olduğuna görə ümumi istifadədə olan torpaq sahəsi deyildir. Ona görə də iddia olunan torpaq sahəsi adı çəkilən Qanunun 16.3-cü maddəsi anlamında qarajın fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilməlidir. Həmin torpaq sahəsinin Qanunun 16.4-cü maddəsinə əsasən geri alınmasının mümkünsüzlüyü nəzərə alınmalı idi.
18. Torpaq sahəsinin geri alınmasının mümkün olub-olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Buna görə də iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. İddianın əsaslı olub-olmaması yalnız həmin torpaq sahəsinin geri alınmasının mümkün olub-o lmaması, geri alındıqdan sonra hansı məqsədlər üçün istifadə edilməsinin müəyyən edilməsindən ibarətdir.
19. Əgər həmin torpaq sahəsinin geri alınması mümkün deyildirsə və iddiaçı tərəfindən qaraj kimi istifadə olunursa həmin torpaq sahəsi iddiaçıya satılmalıdır. Yox əgər geri alınması mümkündürsə və istifadə növü müəyyən etmək mümkündürsə yenə də iddiaçıya satılmalıdır. Hazırda Bələdiyyə sədri və memarlığın əməkdaşları həmin torpağı başqa şəxsə satmaq fikrində olduğundan iddiaçıya imtina edirlər. Bu faktlar məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində ola n torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrini n torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərr acları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutul muş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq a pellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
26. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətinə bitişik lakin onun mülkiyyətinə aid olmayan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, hərracdan kənar qaydada ona satılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasından ibarətdir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.
29. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilir ki, iddia olunan torpaq sahəsi iddiaçıya məxsus, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır, həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də həmin torpaq sahəsinin əvvəllər kənarlarını bağlayaraq istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə hazırda kənarlarını açmasını və onun faktiki istifadəsində olmamasını bildirmişdir.
30. Bundan başqa apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı məhkəmə kollegiyası tərəfindən Zaqatala şəhəri Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sahəsinə tərəflərin iştirakları ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin arxa tərəfində iddiaçının mülkiyyətində olan evi n mişar daşından hörülmüş hasarı vardır. Sağ, sol, ön və yan tərəfindən isə avtomobil yolları keçir. İddiaçının iddia etdiyi torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyil. Belə ki, ona məxsus torpaq sahəsi evlə birlikdə mişar daşından hörülmüş hasarla əhatə edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsində elektrik dirəyi yerləşir və yük avtomobili qoşqusu var.
31. Qeyd edilməlidir ki, torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.
32. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə normada qeyd edilən hallar baş verməmiş, torpaq sahəsi ümumi istifadədə olmaqla iddiaçının istifadəsində olmamışdır. Odur ki, iddia olunan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz.
33. Digər tərəfdən qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olsa da, hazırda iddiaçının faktiki istifadəsində olmadığından və bir hasar daxilində yerləşmədiyindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını bildirsə də, iddia ərizəsində özü də qeyd edir ki, həmin torpaq sahəsini hasarlamaq istəyərkən icra hakimiyyətindən müdaxilə olduğuna görə tikintini yarımçıq saxlamışdır. Yəni, iddiaçı iddia olunan torpaq sahəsindən faktiki istifadəni həyata keçirmək üçün torpaq sahəsini hasarlamağa cəhd etmiş, lakin tikinti işlərinin aparılmasına imkan verilməmişdir.
34. Beləliklə, iddia olunan torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə aid olması məhkəmələr tərəfindən müəyyən edilmişdir.
35. Belə olan halda bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən və işin yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.
36. Qeyd etmək lazımd ır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-197/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmə