Məhkəmə qərarları › İş №2-1(102)-2246/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2246/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2246/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçü verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-ölçü verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2527/2022 nömrəli, 1 sentyabr 2022 -ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10 iyun 2000-ci il tarixli akta əsasən, Suraxanı rayonunun Baş memarının, mütəxəssisinin, Qaraçuxur qəsəbə nümayəndəsinin iştirakı ilə Suraxanı İcra Hakimiyyəti başçısının 06 iyun 2000-ci il tarixli 894 saylı sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 №-li binanın qarşısındakı sahədə, iddiaçının istifadə etdiyi 300 kv. metr torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Akt bölgüdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 №-li bina nın qarşısında yerləşən, İddiaçı məxsus olan torpaq sahəsinin naturada ölçüsü və planı tərtib olunmuşdur.

3. İddiaçı torpaq sahəsinə dair plan ölçü verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

4. Cavabdehin 17 fevral 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı RİB-nin xx.xx.2000-ci il tarixli 894 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsinə hazırda mövcud olan ölçüdə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək, ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra, iddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 6 iyun 2000-ci il tarixli, 894 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6 №-li binanın qarşısındakı sahədə, bağ sahəsi kimi istif adə etdiyi 300 kv. metr torpaq sahəsinə dair plan ölçünün tərtib olunaraq, verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6431/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə icraata qəbul edilmişdir. iddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı RİB-nın 6.6.2000-ci il tarixli, 894 saylı Sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında yerləşən, əvvəllər bağ sahəsi istifadələrində olan 300 (üç yüz) kv. metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxtdan da torpaq sa həsinin ətrafı tərəfindən daş hasara alınmış və hal-hazırda da istifadəsindədir. Bakı şəhəri Suraxanı RİB-nın xx.xx.2000-ci il tarixli, 894 saylı Sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin yerləşmə sxem-cizgisinin əslini itirdiyindən, o, həmin torpaq sahəsinə təkrarən, yeni yerləşmə sxem-cizginin tərtib və təsdiq edilərək ona verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 17 fevral 2022-ci il tarixli, Q-22091 saylı məktubu ilə RİH-in sənədləri 2016cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi və bu barədə Suraxanı RİH-də heç bir məlumatın olmadığı” bildirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Ona ayrılmış tor paq sahəsinin yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmədiyindən o, qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarımı rəsmiləşdirə bilmir. birinci instansiya məhkəməsindəki icraat

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6431/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2000-ci il tarixli, 894 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 6 №-li binanın qarşısındakı sahədə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulm uşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda, iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2527/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X. A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə topl anmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci it tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnaməmdə Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmamışdır.

17. Eyni zamanda, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən, həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlah iyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydası haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikan ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməsinə baxmayaraq, hər iki məhkəmə instansiyası İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünü nəzərə almadan qərar qəbul etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessu al Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edi lməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsind ə məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

23. İşin hallarına əsasən, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin “Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi, ev 6, mənzil 76 ünvanında yaşayan İddiaçı İsmayıl oğluna fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 894 №li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli, 274 nömrəli, BŞİK-nin xx.xx.1989-cu il tarixli, 13/713 nömrəli və BŞXDS-nin xx.xx.1989-cu il tarixli, 11/412 nömrəli qərarlarına əsaslanaraq - İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 66 saylı binanın qarşısındakı sahədə bağ sahəs i kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinin ayrılması və İddiaçı ayrılmış sahədə 185-000-İİİSN bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin konkret yerləşdiyi ünvanın göstərilmədiyini bildirsə də, 6.6.2000-ci il tarixli, 894 №li sərəncamda fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 66 saylı binanın qarşısındakı sahədə iddiaçının bağ sahəsi kimi istifadə etdiyi 300 kv. metr torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.

25. Sərəncamın qəbul edildiyi 6.6.2000-cı il tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən,...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqla r istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ye rli icra hakimiyyəti orqanları həyata keçirirlər).

26. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA02493-2022 №li, 6.5.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 6.6.2000-ci il tarixli, 894 saylı sərəncamına cizginin əlavə edilmədiyi qeyd olunmuşdur.

27. Beləliklə, istinad edilən sərəncama əsasən torpaq sahəsi iddiaçıya naturada və akt əsasında təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin – öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona t əhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə bağlı şikayətin dəlilinə gəldikdə, nəzərə alınmalıdır ki, İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gə ldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2527/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar