Məhkəmə qərarları › İş №2-1(102)-2247/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2247/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2247/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Əsgərov Anar Əliağa oğlunun katibliyi, iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili X1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “silinmiş vəsaitin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1090/2019 nömrəli, 23 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 04 sentyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ƏDV depozit hesabından qanunsuz və heç bir qərar qəbul e dilmədən və ya xəbərdarlıq edilmədən silinmiş olan 22.813,77 manat məbləğində vəsaitin yenidən Filialın ƏDV depozit hesabına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2-1(82)1185/2018 saylı qərardadı ilə, iddiaçının nümayəndəsinin ərizəsinin təmin edilməsi, iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarş ı silinmiş vəsaitin yenidən filialın ƏDV depozit hesabına qaytarılması tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi ərizə təqdim edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(82)1185/2018 saylı qərardadı ilə, iddiaçının nümayəndəsinin ərizəsinin təmin edilməsi, iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabde h Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı silinmiş vəsaitin yenidən filialın ƏDV depozit hesabına qaytarılması tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(82)35/2018 saylı qərardadı ilə, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı silinmiş vəsaitin yenidən filialın ƏDV depozit hesabına qaytarılması tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qər ara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-479/2019 saylı, 05 mart 2019-cu il tarixli qərardadı ilə (hakim:A.A.Abdullayava) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iddiada Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində müəyyən edilmiş inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində vergi ödəyicisinin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması şərti mövcud deyildir. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1090/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmm ədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-479/2019 saylı, 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı mümkün hesab etməməklə bağlı nəticəyə gələrkən iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinə və 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının tələblərinə uyğun hərəkət etmədiyini, iddia tələbinin artıq ödəmənin qaytarılması barədə ərizə formasına uyğun olmayan formada tərtib edilməsi və vergilərin qaytarılması barədə rəyin tərtib olunmamasını əsas kimi göstərmişdir. İddiaçı hesab edir ki, onun tərəfindən qaldırılmış iddia ilə bağlı maddi hüquq normasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının tətbiq edilməsinin heç bir qanuni əsası yoxdur. İddiaçının ƏDV sub-uçot hesabından silinmiş olan pul vəsaitinin artıq ödəmə kimi tövsif edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının 1-ci maddəsinə əsasən, bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra - büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. İddiaçının ƏDV sub-uçot hesabından silinmiş vergi məbləği onun şəxsi hesab vərəqəsində qeyd olunsa da, bu silinmə ilə bağlı iddiaçı tərəfindən hər hansı bir ödəmə tapşırığı hazırlanmamış, ödəmə tapşırığı əsasında tutulma və ya silinmənin aparılması üçün hər hansı bir əməliyyat icra edilməmişdir. Sadəcə olaraq cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabından heç bir xəbərdarlıq edilmədən və ya əsaslandırma aparılmadan həmin vəsaitin silinməsi həyata keçirilmişdir. Belə ki, bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzinə müraciət olunmuş, iddiaçı “xxxx.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid 050 *** ** ** nömrəli mobil telefon nömrəsinin 2017-ci ilin avqust ayına dair bütün əməliyyat tarixçəsinin verilməsi istənilmişdir. Vergilər Nazirliyi tərəfindən verilən cavabda 2017-ci ilin avqust ayı ərzində "ASAN İMZA” ilə aparılan əməliyyatlar barədə məlumatlar təqdim edilmişdir. Həmin məlumatlardan da göründüyü kimi, qeyd edilən mobil nömrə vasitəsilə 2017-ci ilin avqust ayında “ASAN İMZA” ilə aparılan sonuncu əməliyyat 14 avqust 2017-ci il tarixində olmuşdur. Yəni, 28 avqust 2017-ci il tarixində qeyd edilən mobil nömrə vasitəsilə “ASAN İMZA” ilə hər hansı bir əməliyyat aparılmamışdır. Hər hansı bir əməliyyat aparılmadığı, o cümlədən hər hansı bir ödəmə tapşırığı olmadığı və bununla bağlı bir sərəncam verilmədiyi halda cava bdeh tərəfindən birbaşa ƏDV sub-uçot hesabından silinmə həyata keçirilmişdir. Şikayətdə daha sonra qeyd edilir ki, artıq ödəmə dedikdə, müəssisə tərəfindən əvvəlcədən ödənilən və gələcəkdə müəssisənin yaranacaq vergi öhdəliklərinin həmin ödəmə hesabına əvəzləşdirilməsi anlaşılmalı olduğu halda, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi bu anlayışı daha geniş və düzgün olmayan qaydada tövsif etmiş, iddiaçının hesabından heç bir əsas və səbəb göstərilmədən qanunsuz olaraq silinmiş pul vəsaitinə də artıq ödəmənin geri qaytarılmasına dair qaydaların tətbiq edilməli olması kimi əsası olmayan bir qənaətə gəlmişdir. Belə ki, iddiaçının ƏDV sub-uçot hesabından silinmiş vergi məbləği artıq ödəmə kimi tövsif edilə bilməz. Bu səbəbdən Vergilər Nazirliyinin və bunun əsasında apelyasiya instansiyası məhkəməsinin AR Vergi Məcəlləsinin 87.1-ci maddəsinə istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Yəni, Vergilər Nazirliyinin iddiaçıya verdiyi 17 oktyabr 2017-ci il tarixli cavabda qanunsuz silinmiş pul vəsaitinin AR Vergi Məcəlləsinin 87.1-ci maddəsinə istinad edilməklə müvafiq formada təsdiq olunmuş ərizə ilə müraciət əsasında büdcədən geri qaytarıla biləcəyi qeyd olunmuş, məhkəmə də öz qərardadında düzgün verilməmiş bu cavaba istinad etməklə hal-hazırda mübahisə edilən qərardadı qəbul etmişdir. Halbuki, həmin maddənin, yəni Vergi Məcəlləsinin 87.1-ci maddəsində müvafiq qaydada təsdiq edilmiş ərizə ilə müraciət əsasında büdcədən geri qaytarılma ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə ko llegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qayda da əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının dövlət büdcəsindən vergilərin qaytarılması barədə iddiası yalnız “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları ilə müəyyən edilmiş ərizə forması ilə müraciət edildikdən və müvafiq rəy alındıqdan sonra mümkün hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün hesab etməməklə bağlı qərardad qəbul edərkən qərardadın əsaslan dırıcı hissəsində iddianın mümkün sayılmamasını iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının tələblərinə uyğun hərəkət etmədiyini, artıq ödəmənin qaytarılması barədə ərizə formasına uyğun olmayan formada müraciət etdiyini və vergilərin qaytarılması barədə müvafiq rəy alınmadığını əsas kimi göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının 1-ci maddəsinə əsasən, bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra - büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarının 1.1-ci maddəsi vergi orqanları tərəfindən düzgün tutulmayan və ya vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergiləri ehtiva edir. Ona görə də iddiaçının ƏDV sub-uçot hesabından vergi orqanları tərəfindən heç bir əsas olmadan silinmiş vergi məbləği düzgün tutulmayan vergi məbləği kimi tövsif edilə bilməz. Düzgün tutulmamış vergi, düzgünlüyü vergi ödəyicisi və ya vergi orqanı tərəfindən mübahisələndirilə bilən vergi anlayışını ehtiva edir. Vergi orqanı tərəfindən hər hansı bir inzibati akt əsasında hesablanan və tutulan vergi məbləği vergi ödəyicisi tərəfindən m übahisələndirilirsə, yəni tutulmalı vergi məbləğinin miqdarında bir uyğunsuzluq olduğu və bu uyğunsuzluğun vergi ödəyicisi tərəfindən mübahisələndirilərək yekunda tələbinin təmin ediləcəyi təqdirdə (yuxarı vergi orqanı və ya məhkəmə tərəfindən) tutulmuş vergi məbləği düzgün tutulmamış vergi hesab edilməklə, yuxarıda qeyd edilən qaydalar çərçivəsində vergi ödəyicisinə qaytarıla bilər. Qeyd olunmalıdır ki, ƏDV sub-uçot hesabından ƏDV məbləği digər vergi ödəyicisinin sub-uçot hesabına yalnız vergi ödəyicisinin özü və ya səlahiyyət verdiyi şəxslər tərəfindən, dövlət büdcəsinə isə vergi ödəyicisinin ödəniş tapşırığı əsasında köçürülə bilər. İşdə belə sübutlar olmadığından, həmçinin cavabdeh tərəfindən heç bir əsaslandırma və hesablama, o cümlədən vergi yoxlaması (kameral və ya səyyar vergi yoxl aması) aparılmadan iddiaçının ƏDV sub-uçot hesabından vəsaitin silinməsi düzgün tutulmamış vergi kimi tövsif edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddənin tələbindən də göründüyü kimi, vergi ödəyicisinin düzgün tutulmamış vergilərin hesablanmasını və ya yenidən hesablanmasını tələb etmək hüququ vardır. Yəni, qanunvericiliyin tələbinə əsasən, vergi orqanının hər hansı bir inzibati akt əs asında düzgün tutmadığı verginin vergi ödəyicisi tərəfindən geri qaytarılması AR Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli qərarında nəzərdə tutulmuş qaydaya uyğun yerinə yetirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ƏDV subuçot hesabından qanuni əsaslar olmadan silinmiş vəsaitin geri qaytarılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 saylı qərarında göstərilən qaydada mümkün ola biləcəyi və bu qaydaya əməl edilmədiyi üçün hazırkı iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə düzgün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1090/2019 nömrəli iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar