Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2248/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-87/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi sahibkar İddiaçı1 ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında fəaliyyəti ilə bağlı “X7nin həyata keçirilməsi haqqında” Qərar qəbul etmişdir. 2. 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, 11 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı1 vergi məsuliyyətinə cəlb olunmuş və barəsində 22000 manat məbləğində maliyyə sanksiyasınin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 3. 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli qərarının vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı1 10 00 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək vergi orqanının xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 saylı Ərazi Vergilər İdarəsinin “X7nin nəticəsi haqqında” 16 iyun 2021 ci il tarixli 004710 nömrəli Aktı, ”sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 16 iyun 2021 ci il tarixli 002210 nömrəli Protokolu və «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə tə cəlb edilməsi haqqında» 23 iyun 2021 -ci il tarixli **********4957 nömrəli Qərarı iddiaçıya daxil olmuşdur. Yuxarıda qeyd edilən Protokol və Qərarda qeyd edilir ki, İddiaçı1 tərəfindən əmək qanunvericiliyinə dair qaydaların pozulması halı aşkar edilmişdir. Hesab edir ki, sözü gedən Protokol və Qərar ciddi şəkildə yol verilmiş qanun pozuntuları və uyğunsuzluqlarla qəbul edildiyindən, orada yazılanlar həqiqətə uyğun olmadığından etibarsız hesab edilərək ləğv edilməlidir. Protokolda qeyd edilən iddiaçı tərəfindən yol verilmiş pozuntu həqiqətə uyğun deyil, sadəcə 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarının subyektiv əsaslanmasıdır. Qeyd edilənləri protokolda və qərarda olan uyğunsuzluqlardan da açıq-aşkar görmək olur. Belə ki, yoxlamanın aparılması haqqında protokolda 8 saylı Ərazi Ver gilər İdarəsinin əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun plandankənar (növbədənkənar) yoxlamalara dair bütün müddəalarını pozmuşlar. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 17-ci maddəsinin tələblərinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Lakin məlum olduğu kimi, Azərbaycan Respublikası 8 saylı Ərazi Vergilər İdarəsinin yoxlamanın aparılması haqqında xx.xx.2021-ci il tarixli ****** ****4957 nömrəli Qərarı yoxlayıcı tərəfindən ona təqdim edilməmiş, elektron sistemə yerləşdirilmişdir. Təqdim olunan **********4957 nömrəli Qərardan məlum olur ki, plandankənar yoxlamanın başlanması tarixi xx.xx.2021-ci il, yoxlamanın sona çatma tarixi isə xx.xx.2021-ci il tarixləridir və yoxlama yoxlayıcı orqan tərəfindən məhz həmin tarixlərdə aparılmalıdır. Lakin yoxlayıcı orqan qanunda nəzərdə tutulmuş halları və qaydaları acıq şəkildə pozmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə ”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.3-1-ci bəndində bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-ci və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Məlum olur ki, xx.xx.2021-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlanılmanın aparılması ən azı 1 iş günü əvvəl yəni xx.xx.2021-ci il tarixdə İnformasiya sisteminə yerləşdirilməli idi. Qanunun 16-cı maddəsində plandankənar (növbədənkənar) yoxlamanın əsasları qeyd olunsa da, Dövlət vergi xidməti y oxlama apararkən yoxlamanın təyin edilməsi üçün əsas olaraq ‘'Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar” qeyd etsə də, bunun barədə iddiaçıya heç bir məlumat verməmişdir. Qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********3 nömrəli Arayışına əsasən İddiaçı1 VÖEN **********, 1096 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota xx.xx.2021-ci il tarixdə alınmışdır. Vergi orqanı isə öz növbəsində İnzibati xəta haqqında Qərarda artıq xx.xx.2021 -ci il tarixdən həmin təsərrüfat obyektinin İddiaçı1 istifadəsində olmasını təsdiq edərək Qərarda həmin yerin “Manqalüstü” restoranı kimi qeyd etmişdir. Bu hal ciddi qanun pozuntusudur. Belə ki, xx.xx.2021-ci il tarixdə həmin təsərrüfat subyektində yalnız g ələcəkdə xidmət göstərilməsi ilə bağlı təmir, səfərbərlik işləri, işə qəbul üçün müsahibə aparılmışdır. Dövlət vergi xidmətinin əməkdaşları yoxlama aparan zaman restoranda çalışan işçilərin xidmət göstərməsi ilə bağlı heç bir sübut yoxlama protokoluna əlavə etməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq məlum olur ki, qeyd olunan plandankənar yoxlama xx.xx.2021 -ci il tarixdə təsərrüfat subyekti fəaliyyət göstərmədiyi vaxtda keçirilmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azə rbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, X7 zamanı fərdi sahibkar İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən (**********16001 kodlu obyektdə) Manqal Üstü restoranında 11 nəfər işçinin əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, bununla da, Əmək Məcəlləsinin 49-cu, Vergi Məcəlləsinin 58.10-cu maddələrinin müddəalarının pozulduğu müəyyən edilərək fərdi sahibkar İddiaçı1 barəsində xx.xx.2021 -ci il tarixli DVX seriyalı 004710 saylı Akt tərtib edilmişdir. İşçilər fərdi sahibkar İddiaçı1 ilə aralarında əmək müqav iləsinin olmadığını verdikləri yazılı izahatlarda təsdiq etmişlər. Akt vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli 321064 saylı Etibarnamə əsasında təmsilçisi olan Nümayəndə Vagif oğlu tərəfindən imzalanmışdır. Eyni zamanda iddiaçıya məxsus obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək Vergi Məcəlləsinin 58.7 maddəsi üzrə xx.xx.2021-ci il tarixli DVX seriyalı 005239 saylı akt tərtib edilmişdir. Akt vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli 321064 saylı Etibarnamə əsasında təmsilçisi olan Nümayəndə Vagif oğlu tərəfindən imzalanmışdır. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə qeyd olunan qanun pozuntularına baxılması və qərarın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixə 8 saylı Ərazi Vergilər İdarəsinə **********880000 saylı dəvət bildirişi g öndərilmişdir. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi həmin tarixdə qərarın çıxarılmasında iştirak etməmişdir. Fərdi sahibkar İddiaçı1 barəsində xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 22000 manat məbləğində və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində keçirilmiş vergi nəzarəti tədbiri zamanı qanunvericiliyin pozulması haqqında 6 müddəa irəli sürmüşdür. Birincisi, iddiaçı qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1 -ci maddəsinə əsasən Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bununla əlaqədar olaraq bildirirlər ki, Qeyd edilən qanunun 2.2 maddəsində qeyd edilir ki, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərar X7ni n keçirilməsi haqqında qərar deyil, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardır. X7 isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 saylı “X7 keçirilməsi haqqında” Qərarına əsasən keçirilmişdir. X7 vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi ərazidə onun iş vaxtı aparılır və vergi ödəyicisinin obyektini qeydiyyata almaması vergi nəzarətinin keçirilməməsi üçün əsas deyildir, obyektin qeydiyyatının olmaması vergidənyayınma halı və ya riski kimi qiymətləndirilir. Buna əsasən də ünvan 1 ünvanında yerləşən **********-16001 obyekt kodu olan “Manqal Üstü” restoranında Bakı şəhəri X8 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 sayl ı X7 keçirilməsi haqqında Qərarına əsasən X7 tədbirləri keçirilmişdir. Vergi ödəyicisinin irəli sürdüyü altıncı müddəada qeyd edilir ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılarkən restoranda olan işçilərin xidmət göstərməsi ilə bağlı sübutların olmamasını göstərmişdir. Bununla bağlı olaraq bildirirlər ki, X7 zamanı əmək müqaviləsi olmayan işçilərin hər birindən yazılı izahat alınmış və onlar öz izahatlarında orada işlədiklərini təsdiq etmişlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM -nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.
7. Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2-1(120)-185/2022 nömrəli qərarı ilə (hakim: X1) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarları ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında “X7 tədbirl əri”nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixində iddiaçının həmin təsərrüfat subyekti (obyekti) ilə heç bir bağlılığının olmamasını, qeyd olunan qeyri-yaşayış binasının İddiaçı1 tərəfindən xx.xx.2021-ci il tarixində bağlanmış “İcarə müqaviləsi” əsasında icarəyə götürülməsini və həmin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2021-ci il tarixində uçota alınmasını, “X7 tədbirləri”nin həyata keçirildiyi sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan vergi orqanı tərəfindən ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında xx.xx.2021-ci il tarixində iddiaçıya münasibətdə ciddi qanun pozuntularına yol verilməklə keçirilmiş “X7”nin nəticəsində müəyyən edilmiş və iddiaçınin vergi məsuliyyətinə cəlb olunması üçün əsas olmuş hallar, yəni mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcud deyil və məhkəmə bunu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirir. xx.xx.2021-ci il tarixində bu halların mövcudluğunun mümkün olmadığını nəzərə alaraq vergi orqanının “vergi ödəyicisinin obyektinin qeydiyyatının olmaması” dəlili əsassızdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 30 may tarixli 2- 1(106)-87/2023 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X3) Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - birinci instansiya məhkəməsi prosessual normaların tələbinə zidd olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli qərarın hansı səbəbdən ləğv edilməsini zəruri edən faktiki halları və sübutları, o cümlədən istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsinı göstərməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********5118 nömrəli qərardan görünür ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əs asən İddiaçı1 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmişdir. iddiaçının nümayəndəsi Nümayəndə X7 tədbiri zamanı vergi orqanına verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Manqal Üstü” restoranını həmin əmlakın sahibi X4 xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlamadan fərdi sahibkar İddiaçı1 adına icarəyə götürdüyünü, yeni fəaliyyətə başladığı üçün obyekti vergi orqanında qeydiyyatdan keçirmədiyini və NKA quraşdırmadığını, 11 nəfər işçini əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini, tezliklə obyekti vergi orqanında qeydiyyatdan keçirərək NKA quraşdıracağını və 11 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasını təmin edəcəyini bildirmişdir. Göründüyü kimi “Vergi ödə yicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli qərar işin faktiki hallarına uyğun düzgün qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********5118 nömrəli qərarın ləğv edilməsi hissəsində əsassızdır. - Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə və Vergi Məcəlləsinin 50-ci maddəsinə əsaslanaraq qərar qəbul etmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı tam qanunsuz və ədalətsiz olmaqla yanaşı, qərar həmçinin qanunvericiliyin tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi və prosesual hüquq normalarının pozuntusu ilə qəbul edilməklə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallara və qanun normalarının tətbiqinin əsaslı olmasına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının hüquqları Apellyasiya Məhkəməsi tərəfindən pozulmuşdur. Müqavilə bağlanmadan işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 11 nəfər fiziki şəxsdən alınmış izahatlarda Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Man qal Üstü” restoranına əmək müqaviləsi bağlamadan İddiaçı1 tərəfindən 14,15,16 iyun 2021-ci il tarixlərində işə götürüldüklərinin bildirilməsinin hüquqi əsası olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq həmin izahatların mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etməmişdir. ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranını həmin əmlakın sahibi X4 icarə müqaviləsi bağlamadan fərdi sahibkar İddiaçı1 adına xx.xx.2021 -ci il tarixində, yəni həmin obyektdə X7 tədbirlərinin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdən cəmi 4 gün əvvəl icarəyə götürüldüyü barədə Nümayəndə vergi orqanına verdiyi xx.xx.2021-ci il tarixli izahatının sübut kimi qəbul edildiyi təqdirdə, həmin təsərrüfat subyektində (obyektində) iddiaçının belə qısa müddətli fəaliyyəti ilə bağlı X7 tədbirlərinin həy ata keçirilməsinin hansı zərurətdən irəli gəldiyini cavabdeh təşkilatın nümayəndəsi izah elə bilməmişdir. Halbuki, X7 Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olduqda keçirilə bilər. ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında X7 tədbirlərinin qeyd olunan “Qaydalar”ın 1.5.2-ci maddəsində sadalanan mənbəyi bəlli məlumatların hansının əsasında həyata keçirilməsi nə vergi orqanının Qərarlarında öz əksini tapmış, nə də cavabdeh təşkilat bu məlumatlar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin hallarını tam və doğun araşdırmadan, apellyatorun apellyasiya şikayətinin mülahizə xarakterli dəlillərini əsas götürərək həmin dəlillərin əsaslı olması istiqamət ində birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olmaması qənaətinə gəlmişdir ki, bununla maddi və prosessual pozuntulara yol vermişdir.
14. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 3,24,36, 50-ci maddələrinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınma sından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
17. Vergi Məcəlləsi: Yoxlama zamanı Vergi Məcəlləsinin qüvvədə olan redaksiyası: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlve rişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
50. X7 50.1. X7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 22 1.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişan lama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə mall arın əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. X7nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etd ikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.... 50.3. X7 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X7 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X7nin müddəti və X7ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X7 vergi ödəyi cisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X7ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
18. İnzibati Prosessual Məcəllə: a. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəm ə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
22. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2021ci il tarixli **********3716 nömrəli Qərarına əsasən “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məqsədilə xx.xx.2021ci il tarixində ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında fərdi sahibkar İddiaçı1 fəaliyyəti ilə bağlı “X7 tədbirləri” həyata keçirilmişdir.
23. X7 zam anı iddiaçı tərəfindən 11 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) bağlanmadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, həmçinin obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması faktı aşkar edilmiş, X7 tədbirlərinin nəticələri xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002210 nömrəli Protokol və xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004710 nömrəli və xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005239 nömrəli Aktlarla rəsmiləşdirilmiş, 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərarı ilə 11 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerin ə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı1 vergi məsuliyyətinə cəlb olunmuş və ona 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli digər qərarı ilə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1ci maddəsinə əsasən İddiaçı1 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən, X6 məxsus qeyri-yaşayış binasında X7nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixində İddiaçı1 həmin obyektlə heç bir bağlılı ğı olmamışdır.
25. Belə ki, xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2763,2 kvadratmetr, xüsusi mülkiyyət hüququ əsasında X6 məxsusdur. Həmin qeyri-yaşayış binasının 1000 kv.m. hissəsi notariat qaydada bağlanmış icarə müqaviləsi əsasında İddiaçı1 xx.xx.2021-ci il tarixdə verilmişdir. 26. ünvan 1 ünvanında yerləşən “Manqal Üstü” restoranında xx.xx.2021-ci il tarixində İddiaçı1 mülkiyyət, istifadə və ya icarə hüququ əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməsinə dair vergi orqanı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmin təsərrüfat subyektində (obyektində) iddiaçının belə qısa müddətli fəaliyyəti ilə bağlı X7 tədbirlərinin həyata keçirilməsinin hansı zərurətdən irəli gəldiyi müəyyən edilməmişdir.
27. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmetini təşkil edən Qərar X7 qaydada aparılmış plandankənar yoxlaması əsasında qəbul olunmuş və göstərilən yoxlamanın təyin edilməsi üçün əsas Vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar (Vergi Məcəlləsi 50.2.2) səbəb kimi göstərilmişdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən X7 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirir.
29. Lakin cavabdeh tərəfindən plandankənar (növbədənkənar) operativ vergi yoxlamasının səbəbi əsaslandırılmamış və Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilən əsaslar sübuta yetirilməmişdir. Yə ni cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Vergi Məcəlləsinin 50.2-ci və 50.3-cü maddələrinin tələblərinə zidd olaraq yoxlama tədbirləri görülmüş və nəticədə qanunsuz inzibati akt qəbul etmişdir. 30. “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddənin tələbləri baxımından da inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
31. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
32. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.
33. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin qərarı əsaslı hesab edilə bilməz.
34. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023cü il tarixli, 2-1(103)-241/2023 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarları ləğv edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 30 may tarixli 2- 1(106)-87/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 n ömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarları ləğv edilsin. Qərar qətidir.