Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2248/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi, valideynlərin məcburi köçkün statusunun ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rəsulbəyova Nigar və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı "məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 2-1(103)-1653/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası Qanuni nümayəndə, anası X2r.
2. Cavabdeh tərəfindən verilmiş AA 158539 və AA050438 nömrəli “Məcburi köçkün” vəsiqələrinə əsasən, iddiaçının atası və anası “Məcburi köçkün” statusuna malikdir.
3. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, iddiaçının ailəsi məcburi köçkün kimi hər ay vahid aylıq müavinət alır.
4. İddiaçı “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubun da iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, ünvan 1i işğal edildiyindən və 08 noyabr 2020ci il tarixdə torpaqların işğaldan azad edilməsi ilə təmas xətti ləğv edildiyindən, müraciətin müsbət həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Füzuli rayonundan “məcburi köçkün” statusunun verilməsi və onu təsdiq edən vəsiqəni təqdim etmə öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia ərizəsində qeyd edilmişdir ki, Qanuni nümayəndə 1993-cü ildə Füzuli rayonunun işğalı ilə əlaqədar məcburi köçkün düşmüşdür. X4 ilə birgə nikahdan xx xxxxxx 2007-ci il təvəllüdlü İddiaçı anadan olmuşdur. Qanuni nümayəndə və həyat yoldaşı İddiaçı “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdirlər. Buna görə də qızları xx xxxxxx 2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh 19 sentyabr 2023-cü il tarixli məktubu ilə ünvan 1i işğaldan azad olduğu üçün, 08 noyabr 2020-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığı əsası ilə tələbini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14617/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, iddiaçı xx.xx.2007-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının atası və anası məcburi köçkün statusuna malikdirlər, iddiaçı onların himayəsindədir. Dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. ünvan 1i işğaldan azad olduğu üçün, 08 noyabr 2020ci il tarixdən işğaldan azad edilməsind ən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin əsassız olaraq dayandırılması hüquq normalarının tələblərinə ziddir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1653/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14617/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək ape lyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa, eləcə də “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburiköçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, Füzuli rayonu, Şükürbəyli kəndi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ə razidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Beləliklə, iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 1i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Həmin Qanuna əsasən, 1994-cü ildə işğaldan azad olunmuş Şükürbəyli kəndində yaşayış yeri üzrə qeydiyy atda olan şəxslərə və onların övladlarına məcburi köçkün statusu və onu təsdiq edən sənədin (vəsiqə) verilməsi dayandırılıb. b.kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.. 19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilind ə həyata keçirirlər;.
20. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:
3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;
21. İnzibat Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhk əmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələb inə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digə r mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir.
27. İş materiallarından görünür ki, iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının qeydiyyatda olduğu ünvan 1inin işğaldan azad kənd olduğu, eləcə də xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilər azad edildikdən sonra təmas xətti ləğv olunduğu əsas gətirərək müraciətin müsbət həllindən imtina etmişdir.
28. İddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, həm birinci i nstansiya məhkəməsi, həm də işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, iddiaçıya münasibətdə köçkün statusunun itirilməsi halları – məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə-baş vermədiyindən iddia tələbi əsaslıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin tamamilə azad edilməsindən sonra təmas xəttinin ləğv olunması, həmin ərazilərdən vaxtilə köçkün düşmüş şəxslərin müstəqil şəkildə həmin yaşayış məntəqələrinə qayıtması və məskunlaşması, bunun üzərindən onların məcburi köçkün statusunun ləğv olunması üçün hüquqi əsasın mövcud olması anlamına gəlmir.
30. Koll egiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır. 31. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.
32. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmi ş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərara alınmışdır.
33. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X6, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-c ı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.
34. Göründüyü kimi, oxşar işlər üzrə məhkəmədə mübahisəyə baxılarkən cavabdehin Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun İəğv edilməsi barədə qərarı mövcud olmamışdır. Lakin hazırkı iş üzrə apelyasiya məhkəməsinin qərarından sonra cavabdeh iddiaçının atası Qanuni nümayəndə verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024-cü il 31 may tarixli inzibati akt qəbul etmişdir.
35. Məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
36. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli, yuxarıda qeyd edilən inzibati aktın məcburi köçkün statusu ləğv edilmiş şəxslər tərəfindən mübahisə predmeti olub olmaması ilə bağlı sorğular verilməli, aparılan araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
37. Cavabdeh şikayətində iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə üzrə əlavə araşdırmanın aparılmasına zərurət yarandığından bu hissədə şikayət təmin edilməməlidir.
38. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-1653/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.