Məhkəmə qərarları › İş №2-1(102)-2249/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2249/2019

15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2249/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Əhmədova X1 vərəsəsi X9 və qızının Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; evin söküntüsü ilə bağlı kompensasiya tələbi; mümkünlük GİRİŞ HİSSƏ Hakimlər: 15.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X8 ibarət tərkibdə, İddiaçı qızının və vəkili Vəkil iştirakları ilə, İddiaçılar Əhmədova X1 vərəsəsi X9 və qızının cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliy inə və X7 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı Z.Quliyeva tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar Əhmədova X1 vərəsəsi İddiaçı2 və qızı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya vurulmuş zərərin ödənilməsi öhdəliyinin qoyulması, Cavabdeh2ndən daşınmaz əmlakının sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 80.000 manatın tutularaq iddiaçılara ö dənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim.E.Məmmədov; iş No 2-1(81)-4313/2018) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 21(103)-296/19) iddiaçı qızının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərardadınındəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Z.Quliyeva kassasiya şikayəti verərək, qərardad ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Z.Quliyevanın kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxmış apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddia çı Z.Quliyeva vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və X5 nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın verilməsi üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət olunmalıdır. Yəni, inzibati orqan müvafiq kompensasiyanın ödənilməsindən rəsmi şəkildə imtina etdiyi halda iddiaç ının həmin qərardan məhkəməyə müraciət etmək hüququ yaranır. Lakin iş üzrə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə inzibati orqana müraciət etmədən, kompensasiyanın verilməsindən imtina barədə rəsmi cavab almadan birbaşa məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş tələbləri pozmuşdur. İşdə olan kompensasiya ilə bağlı müraciətlər isə köhnə tarixlidir və həmin cavab məktubları ilə cavabdeh inzibati orqanın hazırki mövqeyini ifadə etməsini qəti müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı qızı mübahisəli sökülmüş mınzili şifahi alqı-satqı müqaviləsi əsasında Əhmədova X2 almışdır və bununla bağlı heç bir rəsmiləşdirmənin aparəlmamasına səbəb kimi Əhmədova X3 həmin əmlakı vaxtilə X4 aldığı zaman müqaviləni Daşınmaz əmlakın dövlət r eyestrindən qeydiyyatdan keçirməməsini qeyd etmişdir. İddiaçı həmin evin alqı-satqı əsasında alınması ilə bağlı Əhmədova ürsüm Xanım Mürsəqulu qızı tərəfindən verilmiş tarixsiz və notarial qaydada təsdiq edilməmiş ərizəni təqdim etmişdir ki, həmin ərizədən Əhmədova X3 2006-cı il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan əmlakını Zəngilan rayonu, Gilətağ kəndində daimi qeydiyyatda olan qızma 45.000 manata nağd pula satdığı qeyd edilmiş, həminçinin, həmin ərizənin aşağısında əlyazma ilə İddiaçı2 anası savadsız olduğu üçün onun xahişi ilə mənzili 45 min manata satıldığı qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı qızı sözügedən yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən mötəbər sənədlər təqdim etməmişdir. İddiaçının təqdim etdiyi Əhmədova X3 adından ərizə isə nə müqav ilə forması baxımından, nə də mahiyyət etibarı ilə daşınmaz əmlaka mülkiyyət hüququnu şəxsə ötürən alqı-satqı müqaviləsini ifadə etmir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mənzil kommunal istismar sahəsindən verilmiş arayış, bina sakinləri olan qonşuların imzaları ilə təsdiq etdikləri akt, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayış, eləcə də qazın alqı satqısına dair müqavilə iddiaçının həmin evdə faktiki yaşadığını təsdiq etsə də, həmin evə hüquqi bağlılığını təsdiq edən hüquqmüəyyənedici sənədlər hesab olunmur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanla rı tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdi q edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin işdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu, 10-cu zavod küçəsi, 1 nömrəli binada yerləşən 10 nömrəli evin sökülməsi ilə bağlı paylı mülkiyyətçilər X10 ilə 13.07.2011 -ci il tarixdə, Əhmədova X6 ilə 14.07.2011-ci il tarixdə və X11 ilə 13.07.2011-ci il tarixdə Cavabdeh2 ilə alqı-satqı müqavilələri imzalanmış və onlara müvafiq kompensasiyalar ödənmişdir. Beləliklə, işin sadalanan hallarına əsasən, sözügedən yaşayış evinin iddi açıya aid olmasına dair hər hansı hüquqmüəyyənedici sənədlər iş üzrə müəyyən olunmadığından iddiaçının mübahisəli evin sökülməsi nəticəsində hazırki kompensasiya tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa sahib olmamışdır. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı). Belə olan halda iddiaçının iddia tələbi mümkün sayıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçın ın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarına müvafiq olaraq mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); mümkünlük şərt lərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyin yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıjarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və v urulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9- bənd). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbə blər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilm ədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərardadı iddiaçı qızı münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar