Məhkəmə qərarları › İş №2-1(102)-2249/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2249/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2249/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar ötürülməsi. sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 178/2018 nömrəli, 16 fevral 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirakı ilə bağlı müharibə veteranı fəxri adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2-1(82)4363/2017 nömrəli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçıya ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə i ştirakı ilə bağlı müharibə veteranı fəxri adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-178/2018 nömrəli iş üzrə 16 fevral 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: S.Q.Hüseynov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 21(82)-4363/2017 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

5. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddət in bərpasına dair ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, 18.02.2018-ci il tarixli qərardadın surətini 26.08.2021-ci ildə almışdır. Ağdam rayonundan məcburi köçkün olmasını nəzərə alaraq prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əriz ə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

8. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. İş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi apelyasiya instansiyası məhkəməsinin 16.02.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş, mübahisələndirilən qərardad onların iştirakı ilə keçirilən həmin iclasda elan edilmişdir. Həmin qərardadın surəti 23.02.2018-ci il tarixli məktubla tərəflərə, eləcə də iddiaçının nümayəndəsinə göndərilmiş, iddiaçı 13.03.2018-ci il tarixli xəbərnaməyə imza etməklə (iş vər. 86) qərardadı almış, həmin qərardaddan 05.10.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.

10. İddiaçı Ali Məhkəməyə ünvanladığı ərizədə də mübahisələndirilən qərardadı 13.03.2018-ci il tarixdə deyil, 20.08.2021-ci il tarixdə aldığını bildirirərək göstərmişdir ki, göstərilən ünvanda Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuşdur və həmin ünvanda bir gün də yaşamamışdır. Göstərilən ünvanda yerləşən 1 otaqlı mənzildə bacısının ailəsi məskunlaşmışdır və onlarla münasibəti soyuq olduğundan onun adına gələn heç bir məktub ona çatdırılmamışdır. Özü isə ailəsi ilə birlikdə əvvəllər kirayə evlərdə yaşamış, 2017-ci ilin əvvəllərindən isə ünvan 2 ünvanda yerləşən Maşınqayırma texnikumunun yataqxanasında məskunlaşmışdır. Həmçinin, iddiaçı ərizəsində bildirmişdir ki, qərardadın surətini 20.08.2021-ci il tarixdə aldıqdan sonra müddətin bərpası və vəkillə təmin olunmağı barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, müraci əti nəzərə alınaraq məhkəmənin 15.09.2021-ci il tarixli qərardadı ilə dövlət hesabına ona vəkil təyin olunması qərara alınmış və icra üçün Vəkillər Kollegiyasına göndərilmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli qərardadı ilə artıq ona dövlət hesabına vəkil təyin olunması ilə eyni zamanda ötürülmüş prosessual müddət də bərpa olunmuşdur. Əks halda, ona vəkil təyin edilməzdi.

11. Göründüyü kimi, iddiaçı qərardadın ona təqdim edilməsi vaxtını mübahisələndirir. Belə ki, o, qərardadı 13.03.2018-ci il tarixdə almadığını, qərardadın surətinin ona müraciəti əsasında 26.08.2021-ci il tarixdə verildiyini bildirsə də (apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi müddət bərpasına dair ərizədə qərardadın surətini 20.08.2021-ci ildə aldığı nı bildirmişdir) yuxarıda qeyd edildiyi kimi, işdə olan (iş vər. 86) xəbərnamə ilə onun bu dəlili təkzib edilir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən qərardad iddiaçının və onun nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında elan edilmişdir və qərardadın qəbul edildiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra iddiaçının qərardadı almadğını bəyən etməsi, bu vaxtadək isə qərardadı əldə etməyə təşəbbüs göstərməməsi, bu barədə heç bir müraciətinin olmaması onun dəlilinin inandırıcı və ağlabatan olmasını şübhə altına alır.

12. İddiaçının apelyasiya instansiyası məhkəməsi tərəfindən ona dövlət hesabına vəkil təyin edildiyi üçün eyni zamanda prosessual müddətin də bərpa edildiyi barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçıya münasibətdə proses sual müddətin bərpa edilməsi barədə məhkəmə qərardadı qəbul edilməmişdir. Digər tərəfdən, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi apelyasiya instansiyası məhkəməsinin deyil, kassasiya instansiyası məhkməsinin sələhiyyətinə aiddir.

13. İddiaçının irəli sürdüyü dəlillər prosessual müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəlməyə əsas vermir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkə tin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

15. Avropa İnsan Hüquqları Məhkəməsi də bir sıra qərarlarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənliyin təmin edilməsində prosessual müddətlərin əhəmiyyətini vurğulamışdır.

16. Belə ki, Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

17. Avropa Məhkəməsi "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında isə qeyd etmişdir ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.

18. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

19. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 fevral 2018-ci il tarixli, 2-1(103)-178/2018 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar