Məhkəmə qərarları › İş №2-1(102)-2249/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2249/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2249/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli 2-1(103)1957/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamın çıxarışından müəyyən olunur ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə 50 ailə üçün 5 hektar həyətyanı torpaq fondu, 1.5 ha küçə altında, cəmi 6.5 ha torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri əsasında iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmış və həmin torpaqda iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

3. İddiaçı Bakı şəhəri Xəzər rayon Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi, döngə 3, 7 saylı torpaq sahəsinin dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavab olaraq bild irmişdir ki, Azərbaycan Respublikası Prezidenti işlər İdarəsi X4 tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş siyahıda iddiaçının adı aşkar olunmayıb. Həmçinin, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3 arayışı, torpaq sahəsinin mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 579 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışı n verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il tarixli sərəncamla verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin üzərində əvvəllər yaşayış evi olmuşdur, sonradan həmin əmlak sökülmüş yerində digər yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinə həmin dövrdə qeydiyyat vəsiqəsi də verilmişdir. Fərdi yaşayış evi söküldüyü üçün torpaq o sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavabdeh xx.xx.2021-ci il tarixli **********10 nömrəli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan sonra o DƏDRX-ə xx.xx.2021-ci il tarixdə müraciət ünvanlamışdır. Müraciətinə xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Bildirir ki, onun torpaq sahəsinin nə yanından, nə də ki ətrafından yüksək gərginlikli elektrik xətti keçmir. Bu, tamamilə cavabdehin və onun tabe olduğu idarənin qanunsuz yanaşmasıdır. Bununla da cavabde h onun hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. Cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsasızdır və məhkəmə qaydası ilə atasından qalan torpaq sahəsinə çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Torpaq sahəsinin dörd tərəfdən daş hasar çəkdirmiş və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır.

7. Cavabdehin iddia dair etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3 arayışı, torpaq sahə sinin mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, texniki pasporta əsasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1000 kv.m olsa da, faktiki olaraq 579 kv.m təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1733/2022 nömrəli 1 aprel 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 36026 nömrəli reyestr kitabının, inventor işi 1645 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 17,3 kv.m olan fərdi yaşayış evi sökülmüşdür. Torpaq sahəsi yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmədiyi halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, eləcə də iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat olmadığından iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə h esab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1957/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, İ.Kərimli və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı ka ssasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, onun torpaq sahəsinin nə yanından nədə ki ətrafından yüksək gərginlikli elektrik xətti keçmir. Bu tamamilə cavabdehin və onun tabe olduğu idarənin qanunsuz yanaşmasıdır. Birinci instansiya məhkəməsi Azərişıq ASC-nin məktubu əsasında onun iddiasını təmin etməmişdir. Qeyd edir ki, iş üzrə cavabdehdə onun torpağına və fərdi yaşayış evinə dair bütün sənədlər vardır, o sənədləri cavabdehin arxivindən əldə etmişdir. Bundan başqa həmin ünvan dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmiş, həmin vəsiqə qüvvədədir. Bununla yanaşı torpaq sahəsinin ayrılmasına və qeydiyyat vəsiqəsinin verilməsinə dair arxiv materialları cavabdehin özündə də vardır. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən Torpaq Məcəlləsinin 65.1, 65.2, 66.2, 68-ci və İPM-nin 91-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3 daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin aç ıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6 mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına m üvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X4) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur.

19. İnzibati Prosessual Mə cəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İ nsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan h əcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddiaçının kassasiya şikayətində qeyd etdiyi “onun torpaq sahəsinin nə yanından, nə də ki ətrafından yüksək gərginlikli elektrik xətti keçmir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərişıq” ASC tərəfindən 27 yanvar 2022-ci il tarixli 01/05-06/462 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi, 3 saylı döngədə yerləşən 7 saylı fərdi yaşayış evinin bir hissəsi 537 saylı Komplekt Transformator məntəqəsinin mühafizə zonasında yerləşir.

28. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı AR Pİİ-nin X4 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat yoxdur. Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük" sovxozu Azərbaycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun hüquqi bazasında İşlər İdarəsinin tabeliyində “X4” yaradılmışdır. X3 balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən “X4” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir.

29. Azərbaycan R espublikası Prezidenti İşlər İdarəsinin X4 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısı 331 vərəqdən ibarət olmaqla təqdim edilmiş siyahıda İddiaçı adının olmadığı müəyyən edilmişdir. Həmin siyahıda iddiaçının soyadı və ata adı ilə üst- üstə düşən X2 adı olduğu və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 22K saylı sahəyə hüquqlarının qeydə alındığı müəyyən edilmiş, iddiaçı həmin şəxsi tanımadığını, onunla hər hansı qohumluq əlaqəsinin olmadığını bildirmişdir.

30. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat olmadığından iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün əsas yoxdur.

31. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə təqdim etməmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-19 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yux arıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1957/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar