Məhkəmə qərarları › İş №2-1(102)-225/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-225/2020

21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-225/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: işə bərpa, dövlət qulluqçusu, əmək haqqı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ( bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi-bundan sonra mətndə-DSMF-nin Zəngilan rayon şöbəsi) “əmrin ləğv edilməsi, işə bərpa, işləmədiyi müddətdə məhrum olduğu orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1885/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı DSMF-nin Zəngilan rayon şöbəsində pensiya, sosial yardım və müavinət bölməsində məsləhətçi işləmişdir. Cavabdehin “Araşdırma qrupunun yaradı lması haqqında” 03.08.2018-ci il tarixli əmrinə əsasən DSMF-nin Zəngilan rayon şöbəsinin 01.01.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması məqsədilə araşdırma qrupu yaradılmışdır. DSMF-nin Zəngilan rayon şöbəsinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin, xərclərin icrasına dair araşdırmanın nəticələri barədə 24.08.2018-ci il tarixli arayışa əsasən həmin arayış cavabdehin 03.08.2018-ci il tarixli əmrinin icrası məqsədilə aparılmış araşdırmanın nəticələrinə aid tərtib edilmişdir, arayışın 13-cü “Təkliflər” adlı bölməsində əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlarla görə DSMF-nin Zəngilan rayon şöbəsinin işçiləri, o cümlədən iddiaçı barədə müvafiq intizam tənbehi tədbirlərinin tətbiqindən irəli gələn məsələlərin həll edilməsi təklif edilmişdir. İddiaçı cavabdehə verdiyi 10.08.2018-ci il tarixli izahatında göstərmişdir ki, DSMF-nin Zəngilan rayon şöbəsinin 01.01.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı pensiya, sosial yardım və müavinət sektorunda xidmət etdiyi sahə üzrə bir sıra nöqsanlar aşkar edilmişdir. İddiaçı həmin nöqsanlarla tam razı olduğunu qeyd etmiş və aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün üzərinə düşən vəzifələrin icrasını tam şəkildə təmin edəcəyinə söz verdiyini göstərmişdir. İddiaçı göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı cavabdehə verdiyi 10.08.2018-ci il tarixli digər izahatında göstərmişdir k i, məhkəmə qətnamələri ümumi şöbə tərəfindən qəbul edilir, şöbə müdirinin dərkənarı ilə sektor müdirinə verilir. Sektor müdiri pensiya təyin etmək üçün qətnaməni iddiaçıya verdikdə heç bir şübhə doğurmadığına görə pensiya təyin edilmişdir. İddiaçı göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin 24.09.2018-ci il tarixli “DSMF-nin Zəngilan rayon şöbəsinin bir sıra işçilərinin tutduqları vəzifədən azad edilməsi haqqında” əmrinin 1.2-ci bəndinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə DSMF-nin Zəngilan rayon şöbəsinin Pensiya, sosial yardım və müavinət sektorunda məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı ilə 24.08.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 12 noyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 24.09.2018-ci il tarixli əmrinin 1.2-ci bəndinin ləğv edilməsi, işə bərpa olunması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Zəngilan rayon şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində nöqsana yol verməmiş, cavabdehin 24.09.2018-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin iddiaçının işdən çıxarılması ilə bağlı səbəb göstərilməmişdir. Hətta iddiaçının 10.10.2018ci il tarixədək əmrin mövcudluğundan məlumatı olmamış, işə gedib-gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehin 24.09.2018-ci il tarixli əmri qanunsuzdur və o, qərəzli olaraq işdən azad edilmişdir. Bundan başqa iddiaçı işlədiyi dövr ərzində həmkarlar ittifaqının üzvü olmuşdur. İşəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin iddiaçı ilə bağlı həmkarlar ittifaqı təşkilatından belə bir razılıq alınmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-456/2019 saylı iş) 29 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 24.09.2018-ci il tarixli əmrinin 1.2-ci bəndinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqın ın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsini və ya lazımi şəkildə yerinə yetirilməməsini təsdiq edən sübut qismində təqdim edilmiş arayışda məhz iddiaçı tərəfindən hər hansı bir ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əməl edilməməsi barədə heç bir fakt göstərilməmişdir, həmin arayış iddiaçının işlədiyi şöbədə aşkar edilmiş nöqsanlar haqqında tərtib edilmişdir, şöbə isə yalnız iddiaçıdan ibarət olmamış, iddiaçı şöbənin işinə görə cavabdeh olan rəhbər vəzifəsində işləməmişdir. İddiaçının iddia ərizəsi nə əsasən o həmkarlar təşkilatının üzvüdür, cavabdeh işin bu halını inkar etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Nuriyeva Afaq Bayram qızı -məruzəçi, X5 və X3, 2-1(103)-1885/2019 saylı iş) 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir. İddiaçı 15.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə təqdim edilmiş 03.08.2018 -ci il tarixli əmrlə 01.01.2017- 01.07.2018-ci illər dövr üçün DSMF-nin Zəngilan rayon şöbəsində aparılmış araşdırmanın nəticələri (arayış), iddiaçının izahatları, DSMF-nin Zəngilan rayon şöbəsində Həmkarlar İttifaqının ilk təşkilatının mövcud olmaması, Baş Prokurorluğun AR ƏƏSM-nin nazirinə ünvanladığı 27.09.2018-ci il tarixli 02/2-373 məktubunu əsas götürərək apellyasiya şikayətini təmin edib. Lakin qərarın əsaslandırıcı hissəsində iddiaçının, onun nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutlara və onların dəlillərinə hüquqi münasibət göstərməmişdir. Məhkəməyə təqdim edilmiş 03.08.2018-ci il tarixli **********4 nömrəli əmri ilə 01.01.2017-01.07.2018-ci illər dövr üçün DSMF-in Zəngilan rayon şöbəsində aparılmış araşdırmanın nəticələri barədə arayış ümumilikdə bütün şöbə barəsində qəbul e dilmiş və şöbə daxilində yol verilmiş qüsurların və kobud pozuntuların ümumi siyahısını özündə əks etdirir. Araşdırmanın nəticəsi olaraq isə DSMF-nin Zəngilan rayon şöbəsinin əməkdaşlarının əməllərində cinayətin əlamətləri görüldüyündən materiallar Baş Prokurorluğa göndərilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində isə geniş və hərtərəfli istintaq aparılmış və nəticədə şöbənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılmış və hal-hazırda həmin cinayət işi Binəqədi rayon Məhkəməsində baxılmaqdadır. Faktiki olaraq iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş arayışda da Baş Prokurorluqda iddiaçı barəsində heç bir araşdırmanın aparılmadığı bildirilir, elektron məhkəmə sistemindən təqdim edilmiş çıxarışda da cinayət işi üzrə təqsirləndirilən şəxslərin arasında iddi açının adının olmadığı və onun təqsirləndirilən şəxs qismində cəlb olunmadığı öz təsdiqini tapır. Bu isə onu bildirir ki, iddiaçının DSMF-in Zəngilan rayon şöbəsində aşkar olunmuş pozuntularda heç bir təqsiri yoxdur. Təqsir sübuta yetirilmədən onun “törətdiyi kobud pozuntulara” görə işdən azad olunması tam qanunsuzdur. Digər tərəfdən məhkəmə öz qərarında istinad etdiyi dəlillərdən biri kimi Baş Prokurorluğun AR ƏƏSM-nin nazirinə ünvanladığı 27.09.2018-ci il tarixli 02/2- 373mat18/1358 saylı məktubunu göstərsə də, həmin məktuba da düzgün hüquqi qiymət verilməmişdir. Dövlət orqanı olaraq əmri vermiş cavabdeh iddiaçının təqsirli olması və onun barəsində cinayət işinin aparılması və ya başlanılmış cinayət işinə xitam verilməsi barədə qərar olmasını sübuta yetirməlidir. Baxmayaraq ki, inzibati orqan iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı bir qərar təqdim edə bilmir, elektron məhkəmə portalından təqdim edilmiş çıxarış təsdiq edir ki, başlanılmış və Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə iddiaçı təqsirləndirilən şəxs kimi cəlb edilməmişdir. DSMFnin Zəngilan rayon şöbəsində həmkarlar ittifaqının ilk təşkilatının mövcud olmaması barədə gəldiyi nəticə isə tamamilə absurddur. Birinci instansiya məhkəməsinin qərarından və məhkəmə iclas protokollarından da görünür ki, cavabdeh tərəfindən iddiaçının həmkarlar ittifaqının üzvü olması mübahisələndirilməmişdir. Lakin sonra apellyasiya instansiyasında cavabdehin nümayəndəsinin DSMF-nin Zəngilan rayon şöbəsində həmkarlar ittifaqının ilk təşkilatının mövcud olmamasını bildirməsi, yalnız və yalnız məhkəməni ald atmağa yönəlmişdir və müdafiə xarakteri daşıyır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaçının aylıq əmək haqqından həmkarlar ittifaqına üzv olduğu üçün tutulmaların olduğunu etiraf etmişdir. Onda sual yaranır ki, olmayan bir həmkarlar ittifaqının saxlanılması məqsədilə niyə görə işçilərin əmək haqqında tutulmalar aparılır, əgər belə bir həmkar ittifaqı yoxdursa, cavabdeh illərdir insanların əmək haqqını mənimsədiyini etiraf edir?! Şikayətin maddi hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 25.3, 33.1.6cı maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəm ə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı DSMF-nin Zəngilan rayon şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmiş, cavabdehin 24 sentyabr 2018-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı inzibati məhkəmə icra atı qaydasında cavabdehin 24 sentyabr 2018-ci il tarixli əmrinin ona aid hissəsinin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməklə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının qulluq keçdiyi pensiya, sosial yardım və müavinət sektorunda cavabdeh tərəfindən aparılan yoxlama zamanı ciddi qanun pozuntuları müəyyən edilmiş və iddiaçı həmin pozuntuları etiraf etmişdir. İddiaçının mübahisə açdığı cavabdehin 24 sentyabr 2018-ci il tarixli əmrində iddiaçının işdən azad olunmasına əsas kimi 24 avqust 2018-ci il tarixli arayış və 3 sentyabr 2018-ci il tarixli əmrinə istinad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsində dövlət b üdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırmanın nəticələri barədə 24 avqust 2018-ci il tarixdə tərtib edilmiş arayışda qeyd edilmişdir ki, üç halda hüququ olmayan pensiya təyin edilmiş, nəticədə 8.673,41 manat məbləğində artıq ödəməyə yol verilmişdir. Bir halda sığorta stajının düzgün hesablanmaması (qulluğa görə sığorta stajının düzgün müəyyən edilməməsi, eyni dövrün sığorta stajına təkrar daxil edilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi müddətin də sığorta stajına daxil edilməsi) səbəbindən 94,54 manat məbləğində artıq ödəməyə yol verilmişdir. On halda əmək pensiyasının sığorta hissəsinin düzgün hesablanmaması (sığorta davamiyyəti əmsalının, sığortaolunanın fərdi hesabının sığorta hissəsində əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının düzgün müəyyən edilməməsi, ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin pensiya almaq hüququ olan əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməməsi) 22.173,98 manat məbləğində artıq ödəmə ilə nəticələnmişdir. Bir halda ailə başçısını itirməyə görə pensiya işi üzrə müddətinin düzgün nəzərə alınmaması səbəbindən 160,0 manat artıq ödənişə yol verilmişdir. İki halda pensiya təyinatı müddətinin düzgün müəyyən edilməməsi (xüsusi əmək stajının toplandığı tarixdən əvvəlki dövrə güzəştli pensiyanın, yaşa görə pensiyanın hüquq qazanıldığı tarixdən əvvəlki müddətə təyin olunması) səbəbindən cəmi 3.293,61 manat məbləğində artıq ödəməyə yol verilmişdir. İki halda uşaqların sağlamlıq imkanlarının məhdudluğuna g örə sosial müavinət alan eyni zamanda şöbədə İ və İİ qrup əlilliyə görə pensiya məbləğinin üzərinə əmək qabiliyyəti olmayan uşaqlarına görə ailə əlavəsinin hesablandığı və nəticədə ümumilikdə 1.027,86 manat məbləğində artıq pensiya ödənişinin həyata keçirildiyi müəyyən edilmişdir. Altı halda Sumqayıt şəhər Məhkəməsinin saxtalaşdırılmış qətnamələri əsasında (qətnamələrə əsasən əmək pensiyası təyin olunmuş, sosial sığorta stajı yenidən hesablanmış) 29.001,16 manat artıq ödənişə yol verilmişdir. Arayışın iddiaçının qulluq vəzifəsinə aid olan pensiya işləri üzrə artıq ödəmələrlə bağlı qanun pozuntuları barədə məlumatlarla aşağıdakılar müəyyən edilir: pensiya hüququnun düzgün müəyyənləşdirilmədiyindən təyin edilmiş 020770 nömrəli pensiya işi üzrə 1.265,95 manat; ailə başçısını itirməyə görə əmə k pensiyası alan şəxslərin sığorta hissəsinin artıq hesablanaraq ödənilməsi haqqında 020694 nömrəli pensiya işi üzrə 1.621,50 manat; əmək pensiyasının təyin tarixinin düzgün müəyyənləşdirilməmə səbəbi ilə 021512 nömrəli pensiya işi üzrə 620,18 manat; təsdiqini tapmayan məhkəmə qərarlarına əsasən təyin edilmiş 021462 nömrəli pensiya işi üzrə 3.135,28 manat (səh. 66). İddiaçı cavabdehə təqdim etdiyi izahatında 1 yanvar 2017-ci il tarixdən 1 iyul 2018-ci il tarixədək olan dövr ərzində işlədiyi sektorda xidmət etdiyi sahə üzrə bir sıra nöqsanlar aşkar edildiyini və həmin nöqsanlarla tam razı olduğunu bildirmişdir (səh. 86). İddiaçının icra etdiyi vəzifə-Pensiya, sosial yardım və müavinət sektorun məsləhətçisi-“İnzibati və yardımçı vəzifələrin təsnifat Toplusu”nun 2.1.8-ci hissəsinin ikinci bən dinə əsasən inzibati vəzifələrin yeddinci təsnifat üzrə dövlət qulluğu vəzifəsinə aid edilir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1-ci maddə). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbirləri tətbiq edilə bilər (25.2.6-cı maddə). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3-cü maddə). Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (25.5-ci maddə). Bu Qanunun 25.2.6-cı maddəsində nəz ərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər (25.6-cı maddə). Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər (25.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, cavabdeh in əmri ilə araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində iddiaçıdan izahat alınmış və araşdırmanın nəticəsindən sonra 1 ay müddətində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. İddiaçı hesab edir ki, onun barəsində intizam tənbehi tətbiq edilərkən həmkarlar təşkilatının razılığı alınmamış, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbi pozulmuşdur. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd edilməlidir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmamışdır. Bəhs olunanlara əsasən kassasiya şika yətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1885/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar