Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-225/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: işin hallarının araşdırılmaması; pensiyanın hüququn qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1108/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1951-ci təvəllüdlü iddiaçıya aprel 2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Daha sonra iddiaçı cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üçün isə pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. 3. 04.12.2019-cu il tarixdən iddiaçının 01.01.2006-01.12.2011-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyası yenidən hesablanmışdır.
4. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək 57 yaşının tamam olduğu 27 aprel 2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qaydalara uyğun olaraq əmək haqqına əsasən illik artımlar tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh müraciətə hər hansı münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən - 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qaydalara, aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ona 27 aprel 2008-ci il tarixindən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, pensiyanın məbləğini düzgün hesabl amamış, həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama aparmamışdır (əmək haqqına əsasən).
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırki redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir.
9. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-1057/2020 saylı qərarı ilə (hakim: F.İ.Mədətli) iddia qismən təmin edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikası Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanması və 04 dekabr 2019cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 04 dekabr 2019-cu il tarixdə təyin edilsə də, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 27 aprel 2008-ci il tarixdə yarandığından, ona təyin edilmiş pensiya hesablanarkən pensiya təyin edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri deyil, hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.2ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməmişdən əvvəl, yəni 27.04.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etdiyindən, ona pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyası hesablanmalıdır.
11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 04 dekabr 2019-cu il tarixdə təyin edilmişdir. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. İddiaçıya pensiya qanunvericiliyin tələblərinə uyğ un olaraq ötən 3 il müddəti üçün hesablanaraq ödənilir. Belə olan halda, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əməkhaqqına əsasən yenidən hesablanması onun hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən deyil, ona pensiya təyin edilən 04 dekabr 2019-cu il tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmalı, yaranmış pensiya fərqi ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1108/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-1057/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2019-cu ilin sonunda qaldırılan iddia, artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki 01.07.2017, hətta 01.01.2010-cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün əsassızdır. Başqa if adə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Yəni, şəxsin qazanılmış pensiya hüququ, əgər həmin şəxs bu hüququnun həyata keçirilməsini hüququn yarandığı dövrdə deyil, daha sonrakı tarixdə tələb etmişsə, həmin pensiyanın sonradan qanunla dəyişdirilmiş hesablanması və ödənilməsi qaydasını əhatə etmir. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan hər hansı qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat (pro sedur, icra) qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin funksiyalarına daxildir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin prosessual-hüquqi məqsədi də məhz bundan ibarətdir. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müə yyən edən norma, həmin norma isə qüvvədə olmalıdır.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir. Belə ki, cavabdeh iddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi xahişini yerinə yetirmişdir. İddiaçının yalnız həmin pensiyanın aylıq məbləğini müəyyənləşdirərkən, hüququnun yarandığı dövrdə qüvvədə olan qaydaları tətbiq edilməsi hissəsində xahişi yerinə yetirilməmişdir. Başqa sözlə, iddiaçıya onun 57 yaşının tamam olduğu 27 aprel 2008- ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını cavabdeh mübahisələndirməmişdir. Bu hal, hazırki işdə mübahisə edilmir, bununla bağlı iddiaçının şikayəti yoxdur, onun şikayəti yalnız pensiya məbləğinin əməkhaqqına əsasən hesablanması, yəni həmin dövrdə qüvvədə olan qaydaların ona münasibətdə tətbiq edilməməsi ilə barədədir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının onun hüququnun yaranmasından 10 il keçdikdən sonra cavabdehə müraciət etməsini qanunazidd sayır. Halbuki, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 2008-ci il tarixində qüvvədə olan tələblərinə uyğun olub-olmamasını araşdırmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
149. Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə ha qlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üçün isə pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddət üçün hesablanmışdır.
23. İddiaçının 57 yaşdan, 27 aprel 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.
24. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı isə iddiaçıya təyin olunan pensiya məbləğinin hesablanma qaydası, yəni pensiyanın hesablanması zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı anda (27.04.2008-ci il tarixdə), yaxud güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdə (04.12.2019-cu il) qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi ilə bağlıdır.
25. Başqa sözlə, hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır.
26. İşin halları baxımından, iddiaçının dəyişikliklər in edildiyi 01 yanvar 2010-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur.
27. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 27.04.2008-ci il tarixində yarandığından, ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan tələblərinə uyğun hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01.01.2010-cu i l tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Lakin, iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhd udlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz.
28. Bundan başqa, sonrakı hesablama qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa norma tiv hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
29. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin pensiya məbləğinin pensiya təyini üçün müraciət edildiyi vaxt qüvvədə olan müddəalara əsasən hesablanmalı olması ilə bağlı hüquqi mövqeyi ilə razılaşmır.
30. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iş materiallarında iddiaçının pensiya işinə aid sənədlər olsa da, həmin sənədlər arasında pensiya məbləğinin hesablanma qaydasını ətraflı izah edən sənədə rast gəlinməmişdir.
31. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, pensiya məbləğinin yenidən hesablanması ilə bağlı iddia tələblərində işə baxan məhkəmələr ilkin hesablanan məbləğin hansı qaydada hesablandığını araşdırmalı, bununla bağlı cavabdehdən zəruri sənədləri və ətraflı arayış tələb etməlidirlər. Bu ona görə zəruridir ki, ilkin pensiya məbləğinin hansı qaydada hesablandığını araşdırmadan pensiyanın yenidən hesablanması ilə bağlı tələbin qanuniliyinə qiymət vermək mümkünsüzdür. Bu həm də məhkəmənin işin hallarının hərtərəfli araşdırılması vəzifəsindən irəli gəlir.
32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qərarda qeyd olunan hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.
33. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1108/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.