Məhkəmə qərarları › İş №2-1(102)-225/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-225/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-225/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti uyğunsuzluğa görə tərxis). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1992; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2 -1(103)-2415/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmri ilə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10 mart 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmə tində müddətdən artıq həqiqi hərbi xidmət edən şəxs kimi “Yalama” Sərhəd Nəzarəti məntəqəsinin dəmir yol bölməsində nəzarətçi kimi xidmətə başlamış, xidməti dövründə hər-hansı nöqsana yol vermədiyi üçün 23 avqust 2018-ci il tarixdə daxili əmrlə X8 Aeroportunun daxilində fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində hava limanında sərhəd nəzarət şöbəsinin yük bölməsində nəzarətçi vəzifəsinə təyin olunaraq 13 mart 2021-ci il tarixədək xidmətini davam etdirmişdir. Cari ilin fevral ayında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə əsassız şikayət verildiyi üçün barəsində araşdırma başlanılmış və oktyabr ayının əvvəllərinədək davam etmişdir. Araşdırma qərəzli aparıldığından iddiaçı və valideynləri dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə ərizə ilə müraciət edərək, ədalətli ar aşdırmanın aparılmasını xahiş etsə də, təəssüflər olsun ki, bu ərizələrdən sonra araşdırma əsas götürülməklə Dövlət Sərhəd Xidməti rəisinin 11 mart 2021-il tarixli 549 Ş/H saylı əmri ilə xidmətdən xaric olunmuşdur. İşdən azad olunmağına baxmayaraq, iddiaçı 12 mart 2021-ci il tarixdə növbədə olmaqla öz əmək fəaliyyətini həyata keçirmiş, işdən çıxma barədə əmr iddiaçıya 13 mart 2021-ci il tarixdə elan olunmuş, bundan sonra 15 mart 2021-ci il tarixdə iddiaçı və valideyni dərhal ərizə ilə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə müraciət edərək əmrin ləğvini xahiş etmişlər. DSX-nın xx.xx.2021-ci il tarixli K591/15/C-2098 saylı məktubunda qeyd edilir ki, guya iddiaçı qanunvericiliyin tələblərini kobud şəkildə pozduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsini ə sasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Lakin iddiaçının ehtiyata buraxılmağına əsas və səbəb barəsində edilən əsassız şikayətlər nəticəsində həyata keçirilən qərəzli araşdırma olmuşdur. Barəsində gedən araşdırma xx.xx.2021-ci ildə CPM-nin 39.1.1-ci maddəsinə əsasən başa çatmış, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə 16/7084 saylı 11 saylı məktubla rəsmi məlumat verilmişdir. CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin normalarından da görünür ki, iddiaçının işdən azad olunmağı qanunsuz və əsassız olmuşdur, iddiaçı heç bir kobud qanun pozuntusu törətməmişdir.

4. Cav abdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 423 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində xidmətə qəbul edilməklə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş və kursu bitirdikdən sonra xx.xx.2017-ci il tarixli, 1018 ş/h nömrəli əmrlə vəzifəyə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 1131 ş/h nömrəli əmri ilə “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, həmin vəzifədən xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Sabiq hərbi qulluqçu iddiaçı Sərhəd N əzarətinin “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətdə nöqsanlara yol vermiş, günün nizam və subardinasiya qaydalarına riayət etməmiş, verilmiş tapşırıqları vaxtında yerinə yetirməmişdir. İntizamsızlıqları ilə əlaqədar Sərhəd Nəzarətinin rəhbərliyində dinlənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş, tövsiyələr və vaxt verilmiş, izahedici söhbətlər aparılmasına baxmayaraq, tutulmuş iradlardan, verilmiş göstəriş və tövsiyələrdən nəticə çıxarmamışdır. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermiş, mülki vətəndaşlara xidmətə qəbulla bağlı köməklik edəcəyini və bunun qarşılığında pul alacağını bildirmiş, bu da qarşı tərəfin şikayəti ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşı X7 DSX-nə ünvanladığı şikayət məzmunlu ərizəsində X8 X3 İdarəsində işləyərkən iddiaçı ilə tanış olduğunu, sonuncunun onun DSX-də xidmətə qəbul olunmasında köməklik göstərəcəyini bildirdiyini, bunun qarşılığında isə özünün iddiaçının avtomobilinə bir neçə halda yanacaq doldurduğunu, xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısının sonuncu tərəfindən istənildiyini bildirmişdir. Bütün bu göstərilənlərlə əlaqədar olaraq DSX-nin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, aparılan araşdırma zamanı iddiaçı izahatında yuxarıda göstərilənləri təsdiq edərək Şahin Mirzəyevə xidmətə qəbul məsələsi ilə məşğul olduğunu bildirirərək ondan mütəmadi olaraq 10-20 AZN aldığını, idarə etdiyi avtomobilə Ş.Mirzəyev tərəfindən yanacaq doldurtduğunu, sonuncunu yaşadığı Zabrat qəsəbəsindəki evind ə bir neçə dəfə təmənnasız işlətdiyini, Ş.Mirzəyevindən DSX-də xidmətə qəbul olunduqdan sonra alacağı ilk maaşının yarısını şirinlik kimi istədiyini, Ş.Mirzəyevə DSX-də işə düzəlmək istəməsində köməklik edəcəyini, bunun üçün sənədlərini DSX Aparatına verməli olduğunu dediyini, mütəmadi olaraq Ş.Mirzəyevlə zəngləşib 2-3 dəfə şəhərdə restoranların birində yemək yediyini, 2019-cu ildə Ş.Mirzəyevə Zabrat qəsəbədindəki evində 3 dəfə abadlıq işləri gördürdüyünü və 1 dəfə də yük daşıtdırdığını göstərmişdir. Yekun olaraq Daxili Təhlükəsizlik İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu gizir İddiaçı vətəndaş X1 işə düzəldəcəyini vədd etməklə müxtəlif vaxtlarda mütəmadi olaraq 10-20 AZN pul almış, idarə etdiyi avtomaşına yanacaq doldurtmuş, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətmiş, vətəndaş Ş.Mİrzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq sonuncudan istəmiş, İddiaçı qeyd olunan hərəkətlərə yol verərək DSX hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları izahatında etiraf etmiş, nəticədə iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021 -ci il tarixli, 549 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X4 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının Qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanlara və İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-1(112)-3789/2022 n ömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmri ləğv edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğu əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət vermədən, iddiaçıya mü nasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının ikinci - onun işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının birinci tələbi təmin edildiyindən ondan bilavasitə doğuran ikinci tələbi də təmin edilməlidir.

8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2415/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-1(112)-3789/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daxili Təhlükəsizlik İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu gizir İddiaçı vətəndaş X5 onu işə düzəldəcəyini vədd etməklə müxtəlif vaxtlarda mütəmadi olaraq pul almış, idarə etdiyi avtomaşına yanacaq doldurtmuş, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətmiş, Ş.Mirzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq istəmiş, İddiaçı qeyd olunan hərəkətlərə yol verərək DSX hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları iz ahatında etiraf etmiş, nəticədə iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 549 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Həmçinin iddiaçının xidməti vərəqəsindən görünür ki, 2019-cu il ərzində xidmət etdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmiş, xidmətinin son dövrlərində, yəni xx.xx.2021-ci il tarixdə 1 (bir) halda intizam məsuliyyətinə cəlb edilmişdir. Bu da onun göstəricisi olmuşdur ki, o, xidmətinin son dövrlərində intizamsızlığı ilə fərqlənmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun barəsində aparılmış attestasiyanın mətninə əsasən guya o, özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, şəxsi heyət arasında nüfuza malik deyil, mənəvi- psixoloji səviyyəsi zəif inkişaf etmişdir. Lakin qeyd olunanları attestasiya keçirən vəzifəli şəxslər hansı qaydada və nəyə əsasən müəyyən etdiklərini göstərməmişlər. Belə ki, iddiaçının barəsində şəxsi heyət arasında hər-hansı bir sorğu aparılmadığı halda nüfuza malik olmadığını müəyyən etmək mümkünsüzdür. Həmçinin həkim-psixoloq və ya psixiatr tərəfindən müayinədən keçirilmədən şəxsin mənəvipsixoloji səviyyəsinin zəif inkişaf etdiyini hansı vəzifəli şəxslərin və hansı qaydada müəyyən etdiyi sual doğurur. Attestasiyanın mətnində Sərhəd Nəzarətinin rəhbərliyinin iddiaçı ilə söhbət aparılmasının göstərilməsi də həqiqətə uyğun deyildir. Belə ki, hərbi qulluqçu ilə söhbət rəsmi qaydada aparılır və söhbət xüsusi “söhbət vərəqəsində” rəsmiləşdirilir. Cavabdeh orqan məhkəməyə söhbət vərəqəsi_ və attestasiyanın mətnində barəsində göstərilən digər neqativ halları təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Attestasiyanın mətnində mülki şəxs olan X6 şikayətinə istinad edilməsi də qanunsuzdur. Belə ki, həmin vaxt, yəni 22 fevral 2021-ci il tarixə şikayətə əsasən araşdırma aparılmamış, iddiaçı barəsində yalnız ehtiyata buraxıldıqdan sonra təhqiqat materialları toplanmış və yekun qərar 03 se ntyabr 2021-ci il tarixdə qəbul olunmuşdur. Belə olan halda iddiaçının hansı nöqsanlarına və əməlinə görə tərxis edilməsi əsaslandırılmamışdır. Bununla yanaşı attestasiyanın mətnində iddiaçının funksional vəzifələrini bildiyi göstərilmişdir. Yəni, cavabdeh orqan özü etiraf edir ki, iddiaçının hərbi qulluqçu kimi xidmətdə olduğu və nəzarətçi vəzifəsində işlədiyi zaman vəzifələrinin icrası ilə bağlı barəsində xidmət etdiyi qurumun rəhbərliyinə hər-hansı bir şikayət daxil olmamış, heç bir nöqsana yol verməmiş və bu barədə ona hər-hansı bir irad bildirilməmişdir.

13. İddiaçı qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək ondan heç bir izahat alınmamış, izahatı yalnız Daxili Təhqiqat İdarəsində vermişdir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş attestasiya sənədlərinə əlavə olunmuş 08 fevral 2021-ci il tarixdə iddiaçının adından alınmış izahatın kserosurətində izahatın məhz attestasiya keçirilməsi ilə bağlı verilməsi deyil, vəzifəli şəxs polkovnik-leytenant N.Cəlilov tərəfindən (cavabdehin nümayəndəsi həmin şəxsin Daxili Təhqiqat İdarəsinin əməkdaşı olduğunu bildirmiş) alındığı müəyyən olunur. İzahatın mətnindən isə görünür ki, sual-cavab iddiaçının xidməti fəaliyyəti ilə bağlı aparılmamış, mülki həyatda mülki şəxslərlə olan münasibətinə aid olmuşdur. Həmin sual-cavabdan iddiaçının xidmət əleyhinə nöqsanlara yol verildiyi, hərbi intizam və nizamnamə qaydalarını pozduğu müəyyən olunmur. Həmçinin cavabdehin iddiaya dair məhkəməyə verilmiş 17.01,2022-ci il tarixli 16Ə420 saylı etirazından da göründüyü kimi həmin izahat X6 DSX-nə ünvanladığı şikayət məzmunl u ərizəsi ilə əlaqədar olaraq Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılan araşdırma zamanı alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)... 16. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);... 17. “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış Qaydalarının 2.0.1-ci maddəsinə görə DSX-nin və əməkdaşlarını n nüfuzunun artırılması, vətəndaşların DSX-yə və əməkdaşlarına etimadın yüksəldilməsi. 4.2-ci maddəsinə görə DSX-nin əməkdaşları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır 5.2-ci maddəsinə görə DSX-nin əməkdaşlarının etik davranışı və peşəkar fəaliyyəti ilə DSX-yə qarşı hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir 6.2-ci maddəsinə görə DSX-nin əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) 12-ci maddəsinə görə DSX-nin əməkdaşlarının qanunsuz olaraq maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, DSX-nin əməkdaşları on un hərəkətlərinin (hərəkətsizliyinin) və qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir, qanunvericilikdə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən DSX-nin əməkdaşları həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz), 13.1-ci maddəsinə görə DSX-nin əməkdaşlarına qanunsuz maddi və qeyri-maddi nemətlər və ya güzəştlər təklif olunduğu hallarda DSX-nin əməkdaşı onlardan imtina etməlidir, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-nin əməkdaşlarına ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlər DSX-ya akt üzrə təhvil verilməlidir.

18. Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 423 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində xidmətə qəbul edilməklə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş və kursu bitirdikdən sonra xx.xx.2017-ci il tarixli, 1018 ş/h nömrəli əmrlə vəzifəyə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 1131 ş/h nömrəli əmri ilə "X8 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, həmin vəzifədən xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır.

25. İşin a pellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, X7 cavabdehə şikayət məzmunlu ərizə ünvanlamış, ərizədə bildirmişdir ki, o, X8 X3 İdarəsində işləyərkən iddiaçı ilə tanış olduğunu və onun müəyyən məbləğdə pul qarşılığında DSX-də xidmətə qəbul olunmasında köməklik göstərəcəyini bildirmişdir. Bunun nəticəsində DSX-nin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, aparılan araşdırma zamanı iddiaçı izahatında qeyd etmişdir ki, Şahin Mirzəyevə onun xidmətə qəbul məsələsi ilə məşğul olduğunu bildirərək, bununla bağlı idarə etdiyi avtomobilə Ş.Mirzəyevin yanacaq doldurduğunu, yaşadığı Zabrat qəsəbəsindəki evində bir neçə dəfə təmənnasız işlətdiyini, Ş.Mirzəyevin DSX-də xidmətə qəbul olunduqdan sonra alacağı ilk maaşının yarısını şirinlik kimi istədiyini, Ş.Mirzəyevə DSX -də işə düzəlmək istəməsində köməklik edəcəyini, bunun üçün sənədlərini DSX Aparatına verməli olduğunu dediyini, mütəmadi olaraq Ş.Mirzəyevlə zəngləşib 2-3 dəfə şəhərdə restoranların birində yemək yediyini və hesabı ona ödətdirdiyini və 1 dəfə də yük daşıtdırdığını göstərmişdir. Yekun olaraq Daxili Təhlükəsizlik İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı A.X2 onu işə düzəldəcəyini vəd etməklə müxtəlif vaxtlarda, idarə etdiyi avtomaşına yanacaq doldurtmuş, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətmiş, Ş.Mirzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq ondan istəmiş, İddiaçı qeyd olunan hərəkətlərə yol verərək DSX hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları izahatında etiraf etmiş, nəticədə iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 549 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı bundan əvvəl xidmətinin son dövrlərində, yəni xx.xx.2021-ci il tarixdə intizam məsuliyyətinə cəlb edilmişdir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı qərarın 17-ci bəndində qeyd olunan “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış Qaydalarının tələblərini pozduğundan cavabdeh xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmr ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbayc an Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçını Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərməkdə haqlı olmuşdur.

28. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə cavabdehin əmrinin ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır.

29. Yuxarıda istinad olunan hallara və normalara görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2415/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İddiaçı kasasiya məhkəməsinə vəsatət göndərərək mübahisəyə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişd ir.

31. İPM-in 96.4-cü maddəsinə görə kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

32. Hazırkı işdə İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Odur ki, məhkəmə kollegiyası vəsatəti təmin etmir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 21(103)-2415/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar