Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-225/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Samux rayon Alıuşağı bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarlarının qismən ləğv edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Samux rayon Alıuşağı bələdiyyəsinə qarşı “qərarların qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixl i, 2-1(104)-561/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan torpağından 0,08 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri ödənilmişdir.
2. Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 08 nömrəli qərarı ilə bələdiyyəyə məxsus alqı-satqı predmeti olan ərazidən 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə torp aq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmış və həmin torpaq sahəsi üzərində Samux rayon Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli qərarı ilə bələdiyyənin Alıuşağı kənd ərazisində 0,12 ha torpaq sahəsinin fərdi evin tikintisi üçün Əhmədova Hicran Məhəmməd qızına satılması qərara alınmış və xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Əhmədova Hicran Məhəmməd qızına satılmışdır.
4. Həmin 0,12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reye strində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair A 698450 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarının və Samux rayonu, Alıuşağı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tar ixli qərarının qismən – 0,08 ha torpaq sahəsinə dair hissədə ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Samux rayonu, Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi kimi 0,08 ha torpaq sahəsini alqı-satqı yolu ilə satın almışdır. Torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikmişdir. xx.xx.2023-cü ildə 3 saylı Ərazi İdarəsindən arayış alarkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmışdır. Ona görə də iddiaçı hazırkı iddianı qaldırmışdır.
7. Birinci instansiya məhkəməsi tərəfindən Əhmədova Hicran Məhəmməd qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Gülşən Əliyeva) 17 aprel 2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol qərarı və Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol qərarı qismən – 0,08 ha torpaq sahəsinə dair hissədə ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsi üçüncü şəxsə satıldığı zaman artı q həmin torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı mövcud idi. Mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı mövcud olduğundan, sonradan həmin torpaq sahəsinin üçüncü şəxsə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2021-ci il tarixli və həmin torpaq sahəsinin bilavasitə üçüncü şəxsə satılması barədə xx.xx.2022-ci il tarixli qərarları 0,08 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassız olmuşdur.
10. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxs izahat verə rək bildirmişdir ki, o, 2009-cu ildə iddiaçı ilə ailə qurmuş, 2021-ci ildə ayrılmışdır. Ayrıldıqdan sonra özünə torpaq sahəsi alıb, ev tikdirmişdir. Hazırda da 2 azyaşlı uşağı ilə həmin evdə yaşayır. İddiaçının onun aldığı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahat verərək bildirmişdir ki, 0,08 ha torpaq sahəsi ona məxsus olub və həmin torpağa dair bələdiyyə qərarı var. Lakin torpaq sahəsinin yerləşməsinə dair əlavə heç bir sənədi yoxdur. Torpağa dair çıxarış və ya plan-ölçü sənədi almamışdır. Üçüncü şəxs həmin sahədə ev tikməyib, həmin ev onun tərəfindən tikilmişdir.
13. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək iddiaçıya satılan torpaq sahəsinin yerinin bəlli olma dığını, ümumiyyətlə üçüncü şəxsə satılan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını, üçüncü şəxsə torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq satıldığını bildirmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Azər Bayramov) 21 avqust 2024-cü il tarixli, 2-1(104)-561/2024 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə ona satılmış torpaq sahəsinin sonradan üçüncü şəxsə satıldığını iddia edir. Birinci instansiya məhk əməsi tərəfindən Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli qərarı ilə üçüncü şəxsə satılmış 0,12 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınsa da, Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan-ölçü sənədi mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır.
16. Göründüyü kimi iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi ilə bağlı Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı olsa da, h əmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan-ölçü sənədi olmadığından həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və üçüncü şəxsə satılmış 0,12 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iş materiallarının ətraflı araşdırılması nəticəsində müəyyən edilir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuşdur, iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyə tində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsi barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılarkən müvafiq ölçü və yerləşmə barədə sənədlər hazırlanmışdır. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə lazımi qaydada araşdırma aparmadan iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (iddiaçıya bələdiyyə qərarı ilə müvafiq torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyada) Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu pla nı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin ye rə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Maddə 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 65.9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər han sı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiall arla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etmə kdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı o lduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 apre l 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddi anın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instans iyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iddia mümkün sayılaraq iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Samux rayon Alıuşağı kənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarının və Samux rayonu Alıuşağı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının qismən – 0,08 ha torpaq sahəsinə dair hi ssədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə ona satılmış 0,08 ha torpaq sahəsinin mübahisələndirilən qərarlar əsasında üçüncü şəxsə satıldığına istinad edir.
28. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan-ölçü sənədi olmadığından, həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və üçüncü şəxsə satılmış 0,12 ha torpaq sahəsi ilə eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir. Belə olan halda da, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilməsi barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir.
29. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
30. Obyektiv araşdırma prin sipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
31. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtləri xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
32. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq laz ımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. İş üzrə materiallardan görünür ki, Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsinin cizgi planı mövcuddur. Həmin cizgi planında göstərilən torpaq sahəsinin yerləşməsi (i.v. 74) ilə üçüncü şəxsə satılmış 0,12 ha torpaq s ahəsinin yerquruluşu planında (i.v. 126) göstərilən torpaq sahəsinin yerləşməsində oxşarlıq vardır. Belə ki, həmin sənədlərə əsasən torpaq sahələrinin istinad oriyentirlərinin eyni olduğu görünür. Bu isə ən azından iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğuna dəlalət edir.
34. Bundan əlavə, iddiaçı da kassasiya şikayətində cavabdeh tərəfindən ona 0,08 ha torpaq sahəsi ayrılarkən, həmin torpaq sahəsinin ölçüsü və yerləşməsinə dair müvafiq sənədlərin hazırlandığını qeyd edir.
35. Lakin qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, mübahisəli torpaq sahələrinə yerində baxış keçirilməmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən olunması üçün məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər yerinə yetirilməmiş (sorğuların verilməsi, torpağın ayrılmasına dair sənədlərin tələb olunması və s.), habelə bu məqsədlə müvafiq ekspertiza təyin edilməmişdir. Nəzərə almaq lazımdır ki, iş üzrə obyektiv qərarın qəbulu baxımından qeyd olunan məqamların müəyyən olunması xüsusi əhəmiyyət daşıyır və həmin xüsusatlara aydınlıq gətirmədən qəbul olunmuş məhkəmə qərarı əsaslandırılmış və şübhələri susduran qərar hesab oluna bilməz.
36. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. İşə baxacaq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırm alı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(104)-561/2024 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.