Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2250/2020 29.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünə əliliyə görə güzəştli şərtlərlə yaşayış sahəsi verilməsi, inzibati orqanın öhdəliyini icra etməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı xxx nun cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qarşı güzəştli şərtlərlə mənzil növbəsinə götürülərək mənzil ilə təmin olunması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-786/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı AA seriyalı, 222251 saylı məcburi köçkün vəsiqəsinə əsasən Şuşa şəhərindən məcburi köçkündür.
2. Hərbi xidmət vəzifələrini yerinə yetirən zaman aldığı xəsarətlər nəticəsində iddiaçı ikinci qrup əlil olmuş və bu barədə ona ******* nömrəli, xx xxxxxx 2015-ci il tarixli vəsiqə verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək yaşayış sahəsi ilə təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.02016-cı il tarixli, 01/1008 nömrəli məktubla onun müraciətini təmin etməmiş və bildirmişdir ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamları və bu sahə ilə bağlı təsdiq olunmuş Dövlət Proqramları əsasında mərhələli şəkildə həyata keçirilir. Hazırda Komitənin balansında Bakı şəhəri və Bakı ətrafı ərazilərdə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə boş mənzil fondu olmadığından müraciətin müsbət həlli hələlik imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiаçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin onun ikinci dərəcəli müharibə əlili kimi mövcud qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə mənzil növbəsinə götürülərək, mənzillə təmin olunması üçün tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməsinə dair məcburetmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Şuşa şəhərindən məcburi köçkün düşərək 2006-cı ilə qədər Bakı şəhəri, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında müvəqqəti məskunlaşmışdır və hal-hazırda orada məcburi köçkün kimi qeydiyyatdadır. Hərbi xidmət dövründə vəzifəsini yerinə yetirərkən güclü yanıq xəsarətləri aldığından, müalicə vaxtlarında ona dəfələrlə “narkoz” verildiyindən, bu onun əsəb sisteminə mənfi təsir göstərmişdir. Buna görə də o, “Abşeron” sanatoriyasının ümumi binasında yaşaya bilmədiyi üçün 2006-cı ildən yaxın tanışının ünvan 1 ünvanda yerləşən mənzilində müvəqqəti məskunlaşmışdır. Cavabdehə mü haribə əlili kimi mənzil ilə təmin edilməsi barədə müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmişdir.
7. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehin Əsasnamə ilə üzərinə düşən ümumi hüquqi öhdəlikləri icra etməməsi və nəticədə ümumi hüquqi öhdəliklərin pozulması səbəbindən iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 200000.00 manat kompensasiyanın iddiaçının xeyrinə ödənilməsi və iddiaçının ikinci dərəcəli müharibə əlili kimi mövcud qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə qısa müddət ərzində mənzillə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı Şuşa rayonundan məcburi köçkündür və ünvan 1 ünvanı nda tanışına məxsus yaşayış sahəsində məskunlaşmışdır. Gələcəkdə iddiaçı kimi vəziyyətdə yaşayan məcburi köçkünlərin evlə təmin edilməsi məsələsi ilə bağlı Dövlət Proqramına əlavələr edilərsə, onun da mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsində əlillik dərəcəsi olan məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi ilə bağlı siyahı yoxdur və məcburi köçkünlərin hər hansı kateqoriyaya aid olmasından asılı olmayaraq onların yerləşdirilməsi Dövlət Proqramında nəzərdə tutulan obyektlərdə məskunlaşması üzrə həyata keçirilir. Əgər məcburi köçkün Dövlət Proqramında göstərilən köçürmə obyektində məskunlaşıb faktiki yaşayırsa, bu məqsədlə hazırlanmış siyahıya daxil edilir və mənzillə t əmin olunur. Əlilliyi olan şəxslərin mənzillə təmin olunması aidiyyət üzrə mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçirildiyindən iddiaçı aidiyyət üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilmir və bu qaydada mənzillə təminedilmə Komitənin imkanı xaricindədir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)2599/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əlillərin mənzillə təmin edilməs i vəzifəsi cavabdehə aid olmadığı üçün iddiaçının cavabdehin üzərinə onun müharibə əlili kimi mənzillə təmin edilməsi vəzifəsinin qoyulması haqqında tələbinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiqini tapmadığından maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi əsassızdır.
11. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-786/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E. E.Nağıyeva, hakimlər: V.Məmmədov və H.Ü.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2599/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə qərar qəbul edərkən heç bir hüquqi əsas olmadan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi nin 51.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 3.1.26-cı bəndinə istinad etmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehin hərəkətləri ilə ona maddi və mənəvi zərərin vurulmasını qəbul etməmiş, bu zaman öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kass asiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamə: Maddə 1.1 Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Maddə 2.3 Komitənin əsas vəzifələrinə qa çqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək daxildir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: Maddə 2.1 Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzil lə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Maddə 2.4 Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqd im olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 31.1 Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 51.3 Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 21. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
22. Azərbay can Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunver iciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerl i özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi bar ədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24.Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 33.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin İİİ hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 130.... Vİ Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
26. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsi: Maddə 13.6 İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı ikinci qrup müharibə əlili ki mi mövcud qanunvericiliklərin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə qısa müddət ərzində mənzillə təmin olunması barədə qərar qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmışdır.
32. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, əlillərin mənzillə təmin edilməsi vəzifəsi cavabdehə aid olmadığı üçün iddiaçının cavabdehin üzərinə onun müharibə əlili kimi mənzillə təmin edilməsi vəzifəsinin qoyulması haqqında tələbinin heç bir hüquqi əsası yoxdur.
33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı məcburi köçkün olsa da, mənzillə təmin edilməsi məsələsinin məcburi köçkünlər üçün müəyyən edilmiş qaydada deyil, əlillər üçü n müəyyən edilmiş qaydada həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 3.1.26-cı bəndinə görə, əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirləri görmək qeyd edilən Fondun vəzifələrinə aid edilmişdir.
34. Yəni, Fərmanın da müddəalarından göründüyü kimi, əlillərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir.
35. Qeyd edilməlidir ki, əlillik dərəcəsi olan məcburi köçkünlərin güzəştli şərtlərlə, növbədənkənar mənzillə təmin edilməsi Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid deyil və məcburi köçkünlərin hər hansı kateqoriyaya aid edilməsindən asılı olmayaraq onların Komitə tərəfindən yerləşdirilməsi Dövlət Proqramında nəzərdə tutulan obyektlərdə məskunlaşması üzrə həyata keçirilir. Əgər məcburi köçkün Dövlət Proqramında göstərilən köçürmə obyektində məskunlaşıb faktiki yaşayırsa, bu məqsədlə hazırlanmış siyahıya daxil edilir və mənzillə təmin olunur. Əlilliyi olan şəxslərin mənzillə təmin olunması isə aidiyyəti üzrə mərkəzi və yerli icra orqanları tərəfindən həyata keçiri lir.
36. Odur ki, iddiaçının ikinci dərəcəli müharibə əlili kimi mövcud qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş güzəşt və imtiyazlara uyğun olaraq güzəştli şərtlərlə qısa müddət ərzində mənzillə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə tələbinin təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. İddiaçı kassasiya şikayətində cavabdehin hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu qeyd etmişdir. İddiaçı eyni məsələni apelyasiya instansiyası məhkəməsində də mübahisələndirmiş, apelyasiya instansiyası məhkəməsi bu dəlili əsassız hesab edərək bildirmişdir ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi (hərəkətsiz liyi) ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilmədiyindən iddiaçının bu tələbi əsassızdır.
38. Məhkəmə kollegiyası bu hissədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
39. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2- ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
40. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməs i, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
41. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təq sir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir.
42. Məhkəmə araşdırmaları nəticəsində hazırkı iddia üzrə cavabdehin qanuna zidd əməli - hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən iddiaçıya maddi və mənəvi zərər dəyməsindən söz edilə bilməz. Ona görə də iddianın maddi və mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olması və təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, mü bahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
44. İşə kassasiya icraatında baxılan ərəfədə iddiaçı “Elektron məhkəmə” informasiya idarəetmə vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə vəsatət göndərərək Azərbaycan Respublikasi Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 21(102)-2250/2020 saylı inzibati iş üzrə iddianın “güzəştli şərtlərlə mənzil növbəsinə götürülərək mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublika sının Konstitusiya Məhkəməsinə müraciət olunmasını xahiş etmişdir.
45. Verilmiş vəsatəti əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının və MPM-in bu qərarın “Tətbiq edilən hüquq” bölməsində qeyd edilən normalarına əsasən, icraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Hazırkı işdə belə zəruriyyət olmadığından iddiaçının vəsatəti təmin edilməməlidir.
46. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-786/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.